Xankəndidəki Ana və Uşaq Mərkəzinin ginekoloqu Manuş Sarkisyan erməni qızların pul qarşılığında bədənlərini Rusiya sülhməramlılarına satdığını bildirib.
Ginekoloq belə deyib: “Onlar fahişəliklə məşğul olan qadınlar deyil. Müraciət edənlərin əksəriyyəti 17-24 yaşlı qızlardır. Onlar çətin həyat şəraitindən, maddi imkansızlıqdan rus hərbiçiləri ilə münasibətdə olurlar. Bu dəhşətli mənzərədir. Mənə müraciət edən 344 qız sülhməramlılar tərəfindən zorlanıb”. Son vaxtlar Qarabağda rusların sayının artmasını bu amillə əlaqələndirənlər var. Doğrudanmı, rus sülhməramlılarının sayının artması erməni qızları ilə bağlıdır? Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, ermənilərin tarixən bu cür addımlar atdığını bildirib: “Bu hadisə ilk dəfə yaşanmır. Ermənilər hər zaman arvadlarını qabağa verməklə özlərinə kariyera qurublar, vəzifə əldə ediblər. İstər xaricdə, istərsə də daxildə. Bu gün Xankəndidə rus ordusunda olan əsgərlər erməni qızları ilə evlənmək istəsələr bunu pis qarşılamaq olmaz. Ermənilər qızlarını qabağa verməklə özlərinə nüfuz, dost qazanmaq istəyirlər. Bu isə təbiidir, “ermənilərin bicliyi” kimi qəbul etmək lazımdır. Ermənilər tarixən arvad hesabına irəli gedən millət olublar, təəccüblü bir hadisə deyil”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?