GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Paşinyan İNDİ NƏ FİKİRDƏDİR? - Ekspert danışır

Paşinyan İNDİ NƏ FİKİRDƏDİR? - Ekspert danışır

Tarix: 22-12-2021, 11:37 Bölmə :Müsahibə Baxış: 755


Ermənistan baş naziri Nikol Paşinyan ölkə konstitusiyasında islahatlarla bağlı fərman imzalayıb. O bildirib ki, ölkənin əsas qanununda müəyyən boşluqlar var, eyni zamanda 2015-ci ildə həyata keçirilən referendumda tətbiq edilən bəzi dəyişikliklərə əslində zərurət yox idi.

Erməni baş nazirin sözlərindən belə nəticəyə gəlmək olarmı ki, o, Ermənistanda parlamentli respublika idarəçiliyini ləğv edib 2015-ci ilədək mövcud olan prezident üsul-idarəçiliyinə qayıtmağı hədəfləyib.

Gundemxeber.az-ın "Yeni Müsavat"a istinadən məlumatına görə, politoloq Elxan Şahinoğlu bildirib ki, keçmiş prezident Serj Sərkisyanın istəyi ilə 2015-ci ildə tələsik qəbul olunan Ermənistan Konstitusiyasında həqiqətən də boşluqlar var. Misal üçün, hazırkı konstitusiyaya görə, baş nazirin Konstitusiya Məhkəməsinin rəhbərini vəzifəsindən azad etmək hüququ yoxdur: “Paşinyan 2018-ci ildə inqilab yolu ilə Sərkisyanı devirdi və növbədənkənar parlament seçkisində qazandığı qələbə hesabına hakimiyyətə yiyələndi. Ancaq bu hakimiyyət Paşinyana Konstitusiya Məhkəməsinin tərkibini dəyişdirməyə imkan vermədi. Konstitusiya Məhkəməsinin üzvlərini və rəhbərini isə keçmiş prezident Sərkisyan təyin etmişdi. Keçmiş hakimlər Sərkisyanın adamları olduğundan Paşinyana uzun müddət problemlər yaratdılar. Paşinyanın ölkənin əsas qanununu dəyişdirməkdə əsas məqsədi gələcəkdə prezident kürsüsünə yiyələnmək də ola bilər. Sərkisyan konstitusiyanı 2015-də ona görə dəyişdirmək həvəsinə düşdü ki, hakimiyyətdəki müddəti bitirdi, parlament və baş nazirin statusunu artırmaqla özü yeni kürsüyə sahib olmaq istəyirdi. Ancaq onun bu planı alınmadı. Sərkisyan baş nazir kürsüsündə cəmi bir neçə ay otura bildi. Paşinyan tərəfdarlarını küçəyə çıxardaraq ”mən baş nazir olmayacam" deyən Sərkisyana vədini xatırlatdı və onu devirdi. İndi isə belə çıxır ki, Paşinyan Sərkisyanın yolunu tərsinə getmək istəyir.

Paşinyan konstitusiya islahatları ilə bağlı fərman imzalayıb. Bu fərmana görə islahatlarla məşğul olacaq şura təsis ediləcək. Şuranın tərkibi hələ müəyyənləşməyib. Tərkibin formalaşmasının özü böyük mübahisələrə səbəb olacaq, hamı orada öz adamını görmək istəyəcək.

Paşinyan tələsmir. O yeni konstitusiya islahatlarına razılaşmaqla, sadəcə, radikal rəqiblərini zəiflətmək istəyir. İslahatlar məşğul olacaq şuranın təsisi və yekun sənədini hazırlaması xeyli vaxt aparacaq. Bu zaman kəsiyində isə Paşinyan mövqelərini gücləndirməyə çalışacaq".

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov isə bildirdi ki, Paşinyan hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi və siyasi sistemi iflic vəziyyətdən çıxarıb öz şəxsi maraqlarına xidmət səviyyəsinə çevirməyə çalışır. Ermənistanda neçə illərdir ki, hakimiyyətdə və müxalifətdə olan siyasi qüvvələr ölkənin konstitusiyasın oyuncağa çeviriblər: “Hesab edirəm ki, Paşinyanın konstitusiya dəyişikliklərinə getməyinin əsas səbəblərindən biri prezident üsul-idarəçliyini tətbiq etmək istəyidir. Çünki hazırkı idarəetmə üsulu Ermənistanda xaosun yaranmasının səbəblərindən biri kimi görünür. Parlamentdə olan müxalifət Paşinyan hökumətinə çox ciddi maneələr yarada bilir. Hökumətin işi iflic vəziyyətinə düşür. Paşinyan bilir ki, üzərinə götürdüyü bir sıra öhdəliklərin yaxın gələcəkdə yerinə yetirilməsinə hazırkı konstitusiya müəyyən maneələr yarada bilər”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan: Paşinyan bu gün hamını yenidən meydana çağırıb, amma bu dəfə etiraza yox

    Ermənistan: Paşinyan bu gün hamını yenidən ...

    7-05-2018, 11:10

  • 
  • Paşinyan istefa verəcək – İrəvanda vəziyyət qarışır

    Paşinyan istefa verəcək – İrəvanda vəziyyət ...

    3-10-2018, 11:24

  • 
  • Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?

    Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir? ...

    27-04-2018, 13:42

  • 
  • Paşinyan Sərkisyanı “KQB evinə” köçürür

    Paşinyan Sərkisyanı “KQB evinə” köçürür ...

    26-05-2018, 21:18

  • 
  • Paşinyan Qarabağ rejiminə sərt irad bildirdi

    Paşinyan Qarabağ rejiminə sərt irad bildirdi ...

    29-11-2018, 18:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu