GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Mütəxəssis: "Qış fəslində mədə-bağırsaq xəstəlikləri artır"

Mütəxəssis: "Qış fəslində mədə-bağırsaq xəstəlikləri artır"

Tarix: 28-12-2021, 13:07 Bölmə :Müsahibə Baxış: 976


"Mədə və həzm sistemi xəstəliklərinə ilin bütün fəsillərində sıx rast gəlinir. Havalar soyuduqca isə bu şikayətlərin artdığını müşahidə edirik".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

Onun sözlərinə görə, ilk növbədə hava soyuduqca mədənin turşu ifrazi artır: "Soyuq hava insan üçün stres faktorlardan biridir. Bir digər səbəb isə qışda insanların turşu tutmalarından çox istifadə etməsidir. Duzlu qidaların qəbulu mədəyə qıcıqlandırıcı təsir göstərir və bunlarda öz növbəsində reaktiv qastritlərə səbəb olur. Mədə xəstəliyindən əziyyət çəkən xronik qastrit xəstələrinə duzlu turşulardan uzaq durmağı tövsiyə edirik. Konservləşdirilmiş, duzlu və marinə olunmuş qidalar eyni zamanda öd daşı və öd xəstəliyi olan insanlar üçün də ciddi tətikləyici səbəblər sırasındadır. Bu qidaların qəbulu həmin insanlar üçün ağrıların artmasına və xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər".

Mütəxəssis qeyd edib ki, qış fəslində axşam saatlarında yeyilən daha çox xəmir yeməklərini istifadəsinin artması və fiziki aktivliyin azalması da bu problemlərin tez-tez rast gəlinməsinə gətirib çıxarır: "Bir məsələni də vurğulamaq istəyirəm ki, qarşıdan yeni il bayramı gəlir. Bayramla əlaqəli insanların qidalanma tərzi hər zaman qarışır. Qidaların qarışdırılması, artıq miqdarda qəbulu və alkoqolun istifadəsi bayramdan sonra hər il mədə-bağırsaq şikayəti ilə müraciət edən xəstələrin sayının artmasına səbəb olur. Kəskin mədə ağrıları, mədə xorası, eroziyalar, öd daşı tutmaları, mədəaltı vəzi iltihabları, alkoqola bağlı mədə zədələnmələri, qaraciyərin zədələnmələri şikayətlərinə daha çox rast gəlirik. Bu səbəbdən vətəndaşları bayram süfrələrində qida qəbuluna diqqət etmələrini tövsiyə edirəm".

Nazirlik rəsmisi bildirib ki, mədə xərçəngi çox ciddi sosial və iqtisadi zərərə səbəb olan bir xəstəlikdir və dünyada çox ciddi artım tendensiyası olan problemdir: "Belə ki, Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin (IARC) proqnozlarına görə, 2020-ci ildən başlayaraq 2040-ci ilə qədər mədə xərçənginə statistikasında çox ciddi artım tendensiyası gözlənilir. Eyni zamanda, bu hesabatda bildirilir ki, məhz kişilərdə qadınlara nisbətən mədə xərçənginin rast gəlmə halında çox ciddi şəkildə fərq olacaq. Buna görə də ÜST mədə xərçənginin erkən araşdırması, qarşısını alınması və profilaktikası məqsədilə hər bir ölkədə buna dair strategiyanın olmasını tövsiyə edir. Burada əsas məqamlardan biri mədə xəstəliklərinin, xüsusilə də mədə xərçənginin erkən diaqnostikasıdır, çünki bu xəstəlik gec mərhələlərdə aşkar edildiyi zaman xəstənin 5 ilə qədər yaşama ehtimalı 30 faizdən aşağıdır. Yəni, bu çox ciddi letallığı olan bir xəstəlikdir, ona görə də dünyada erkən mərhələdə aşkarlandığı təqdirdə mədə xərçəngi tam müalicə oluna bilər".

"Vətəndaşlarımızı məlumatlandırmalıyıq ki, əgər mədə-bağırsaq şikayətləri varsa və bu proses bir aya yaxın davam edirsə, o təqdirdə mütəxəssis həkimə müraciət etmək mütləqdir. Çünki həkim məsləhəti və tövsiyəsi olunmadan dərman qəbulu ilə mədə xəstəlikləri üçün bir zəmin hazırlayırsınız. Mədə-bağırsaq xəstəliklərinin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, onlar qarşısı alınan xəstəliklərdir, yəni profilaktikası ən işlək olan xəstəliklər sırasında məhz mədə-bağırsaq xəstəliklərdir. Mədə-bağırsaq traktının ən ciddi xəstəliyi olan mədə-bağırsaq xərçənginin erkən endoskopik müayinələr (erkən dövrdə aşkarlamaq) əsasında qarşısını almaq mümkündür. Yəni, bir növ endoskopiya və müasir qastroenterologiya insanların həyatının xilas olunması üçün əvəzsiz rola malikdir. Yekunda onu demək istərdim ki, normal yuxu, sağlam qidalanma və erkən müayinələr sayəsində insanların ömrünü uzatmaq olar və xəstələnmə hallarının qarşısını ciddi şəkildə almaq mümkündür" - E.Məmmədov əlavə edib.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bürclərin əziyyət çəkdiyi xəstəlik

    Bürclərin əziyyət çəkdiyi xəstəlik ...

    13-02-2017, 14:32

  • 
  • Dişlərin vəziyyəti insanın sağlamlığına necə təsir edir?

    Dişlərin vəziyyəti insanın sağlamlığına necə ...

    24-04-2016, 23:45

  • 
  • Mədəni xarab edən 8 vərdiş

    Mədəni xarab edən 8 vərdiş ...

    23-10-2016, 21:02

  • 
  • Yeməkdən sonra bunu etmək olmaz!

    Yeməkdən sonra bunu etmək olmaz! ...

    24-01-2016, 13:14

  • 
  • Polislə Səhiyyə Nazirliyinin "Duzlu göl" DAVASI - Rəsmi qadağa havada qalıb

    Polislə Səhiyyə Nazirliyinin "Duzlu ...

    25-06-2013, 15:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu