GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Türkiyə Qazaxıstandakı hadisələrə niyə səssiz qalıb? - İlginc açıqlamalar

Türkiyə Qazaxıstandakı hadisələrə niyə səssiz qalıb? - İlginc açıqlamalar

Tarix: 8-01-2022, 10:26 Bölmə :Müsahibə Baxış: 659


"Türkiyənin çağırılmamış və sərhədindən uzaq olan bir yerə müdaxiləsi mümkün deyil”.

Gundemxeber.Az bildirir ki, bu sözləri Bakupost.az -a millət vəkili Fazil Mustafa Qazaxıstandakı prosesləri şərh edərkən deyib.

Millət vəkili vurğulayıb ki, Türkiyə hazırda təmkinli mövqe sərgiləyir:



“Qazaxıstanın prezidenti problemin həlli üçün Türkiyəyə müraciət etməyib. O, əsasən KTMT-yə üzv olan ölkələri kömək üçün dəvət edib. Ona görə də Türkiyənin çağırılmamış və sərhədindən uzaq olan bir yerə müdaxiləsi mümkün deyil. Türkiyə hasısa ayrı-ayrı siyasi liderlərin adından arzu, bəyanat, fikir səsləndirə bilər. Hətta Qazaxıstanın lideri zəng vurub Türkiyə ilə məsləhətləşməni də özünə rəva bilmədiyinə görə zorla Türkiyə müdaxilə edə bilməz. Lakin əvəzində Türkiyə Azərbaycanla, Özbəkistanla və başqa türk qüvvətləri ilə bu məsələylə bağlı telefon danışığı apardı. Yəni, indiki məqamda Türkiyənin izlədiyi siyasət təmkinli və müəyyən dərəcədə gözləmə siyasətidir. Qarşılıqlı çağırışlar olmasa, birtərəfli hansısa bir addımı atmaq beynəlxalq hüquq nöqteyi-nəzərdən mümkünsüzdür. İkincisi isə Qazaxıstanda baş verən hadisələrin əslində, hamı üçün təhlili ona görə vacibdir ki, biz hansı geopolitik məkanda olduğumuzu bir daha dərindən anlamalıyıq”.

Millət vəkili vurğulayıb ki, Qazaxıstan prezidenti böyük tarixi səhvə yol verib:

“KTMT ölkələrini Qazaxıstana dəvət etmək böyük siyasi səhv idi. Bunu ona görə söyləyirəm ki, hər hansı bir şəkildə ölkənin bir müddət prezidenti olmuş şəxsin əlində həm təhlükəsizlik qüvvələri, həm polis qüvvələri bu cür hadisələrə daha hazırlıqlı olmalı idi. Kənar müdaxilə Qazaxıstanda prosesləri müvəqqəti şəkildə sakitləşdirmiş olsa da, sonradan bunun daha böyük formatda partlamasına gətirib çıxaracaq. Təbii ki, Qazax xalqının böyük hissəsi Nazarbayev siyasətini anlayır. Amma Qazax xalqında da təqribən bizdə olan obrazlara uyğun bir məsuliyyətsiz təbəqə var. O məsuliyyətsiz təbəqə ki, 20 Yanvarda, başqa proseslərdə burnundan uzağı görə bilmədiyinə görə rus qoşununun gəlməsinə də şərait yaratdılar, o həddə gətirib çıxartdılar. Qazaxıstanda da bu cür qüvvələr ölkənin məhz bu vəziyyətə gəlməsinə səbəb oludular”.



Politoloq Teymur Qasımlı bildirib ki, 
Türkiyə Qazaxıstandakı proseslərlə bağlı Rusiya ilə danışıqlar aparıb, gücü çatdığı qədər aktiv ola bilər:



“Sovetlər birliyi dağılandan sonra Turqut Özalın vaxtında Türkiyə Respublikası Orta Asiyaya maraq göstərməyə başladı və Amerikanın dəstəyi ilə sürətlə Orta Asiyaya daxil oldu. Orada həm iqtisadi layihələrdə, həm də digər məsələlərdə uğurlu addımlar atdı. Amma sonrakı proseslər göstərdi ki, Türkiyənin Orta Asiya dövlətlərilə Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla çox soyuq münasibətləri olub. Hətta Özbəkistanla düşmənçilik səviyyəsinə qədər gəlib çıxıb. Həmçinin Qırğızıstanda da Akayevin saxta soyqırımı tanıması Türkiyənin Orta Asiya dövlətləri arasında müəyyən sərinlik yaradıb. Amma buna baxmayaraq, Türkiyə dövləti Qırğızıstanda, o cümlədən də Qazaxıstanda universitet yaradıb. Türkiyə konkret olaraq Qazaxıstanın dövlət müstəqilliyini 1991-ci ildən tanıyıb və 1992-ci ildən orada öz səfirliyini açıb. Eyni zamanda Türkiyə orada iqtisadi layihələrdə iştirak edib, investisiyalar yatırıb, Türk Əhməd Yəsəvi universitetini açıb.



Politoloq əlavə edib ki, iqtisadi layihələrdən fərqli olaraq siyasi güc baxımından Türkiyə Orta Asiyada zəif olub:

“Bunu əsasən Rusiya, İran, Çin əngəlləyib və üstəgəl bu dövlətlərin özləri Türkiyəyə yaxın gəlməyiblər. Son illərdə müəyyən mənada Nursultan Nazarbayevin Türk Şurasının Qazaxıstana gəlməsi ilə bağlı dəstəklər verdi. Konkret olaraq Qazaxıstanda Türkiyənin bu məsələlərə müdaxilə etməməsinə gəldikdə isə, diqqətə çatdırmaq istəyirəm ki, 15 ilin hərbi çevrilişindən sonra Nazarbayev Ankaraya gəlmişdi. Ankarada Ərdoğanla görüşündə Qazaxıstanda Türkiyədə çevrilişə cəhd edənlərə dəstək verən qüvvələr vardı, daha sonra orada bir sıra məktəblərin bağlanmasını Ərdoğan istəyirdi, amma Nazarbayev bunu etmədi. Eyni zamanda Qazaxıstanın tarix kitablarında Osmanlılara qarşı mənfi imic yaradılmışdı. Bunlar üzdə görünsə də, pərdəarxası münasibətlərdə iki ölkə arasında sərinlik yartmışdı. Türkiyənin Qazaxıstandakı siyasi proseslərə, ümumiyyətlə, Orta Asiyada baş verən siyasi proseslərə müdaxilə imkanı hələ ki yoxdur. Buna həm Rusiya imkan vermir, həm də Orta Asiya ölkələri özləri yaxın gəlmirlər. Qazaxıstan Rusiya ilə telefon danışıqları aparıb, müəyyən müzakirədən sonra Türkiyəni dəvət edə bilərlər. Amma indiki dövrdə bu, çətin məsələdir. Bu gün Qazaxıstan prezidenti Tokayev, Türkiyə və Azərbaycana isti baxmayan insanlardan biridir. O, sırf Rusiyaya meyili insandır. Düşünmürəm ki, o Türkiyənin Qazaxıstanda hər hansı bir məsələlərə müdaxilə olunmasına icazə versin. Amma yenə də Türkiyə, bu məsələlərə müdaxilə olunması üçün Rusiya ilə danışıqlar aparıb. Düşünürəm ki, bu proseslərdə Türkiyə gücü çatdığı qədər aktiv ola bilər”.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə Böyük Millət Məclisindən Azərbaycana ciddi dəstək – 4 partiya bəyanat yaydı

    Türkiyə Böyük Millət Məclisindən Azərbaycana ...

    17-07-2020, 10:13

  • 
  • ​2023-cü il PLANI: "Ərdoğansız Türkiyə" layihəsi...

    ​2023-cü il PLANI: "Ərdoğansız Türkiyə" ...

    14-08-2019, 12:45

  • 
  • Türkiyə Böyük Millət Məclisində dava

    Türkiyə Böyük Millət Məclisində dava ...

    4-08-2014, 23:20

  • 
  • Davudoğlu: “Ermənistanla bir araya gəlməyimiz cinayət deyil”

    Davudoğlu: “Ermənistanla bir araya gəlməyimiz ...

    16-12-2013, 01:41

  • 
  • Türkiyə Cumhuriyyətinin yaradılmasından 90 il ötür

    Türkiyə Cumhuriyyətinin yaradılmasından 90 il ötür ...

    29-10-2013, 12:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu