Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasından olan millət vəkilləri ilə müxalifətdən MHP-li deputatlar arasında əlbəyaxa dava düşüb.
ANS TV “CNN Türk"ə istinadən verdiyi məlumata görə, məclisin sessiyasında səsvermə keçirilən zaman yumruqlar işə düşüb.
MHP-dən olan Ali Uzanırmaq AKP partiyasından olan millət vəkillərinin iclasda iştirak etməyə-etməyə onların adından səslərin verildiyini bildirib və iqtidar partiyasını saxtakarlıqda ittiham edib. Bundan sonra isə AKP partiyasından olan millət vəkili Mustafa Şahin müxalifətçi deputatın üzərinə hücum çəkib. Əlbəyaxa dava zamanı Uzunırmaq yerə yıxılıb, AKP partiyasından olan deputatın isə alnından qan açılıb.
5 dəqiqəyə yaxın davam edən çəkişmə deputatların müdaxiləsi ilə sona çatıb.
İnsidentlə bağlı Millət Məclisinin sessiyası təxirə salınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?