GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Boşanma işlərini qəbul etmirəm” – Türkiyənin ilk qadın vəkilinin müsahibəsi

“Boşanma işlərini qəbul etmirəm” – Türkiyənin ilk qadın vəkilinin müsahibəsi

Tarix: 10-01-2022, 12:24 Bölmə :Müsahibə Baxış: 490

Prezident İlham Əliyev 2022-ci ili Şuşa ili elan edib. Bu ilə töhfə vermək baxımından Gundemxeber.Az “Şuşalılardan xatirə” başlıqlı layihəyə başlayır. Layihə çərçivəsində Şuşada doğulan məşhur azərbaycanlıların həyatlarından maraqlı epizodları təqdim edəcəyik. Layihəmizin birinci yazısında Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlunun 1935-ci ildə Türkiyə mətbuatına verdiyi bir müsahibəni təqdim edirik.

Sürəyya Ağaoğlu 29 iyul 1903-cü ildə Şuşada doğulub. 1910-cu ildə ailəsi ilə birlikdə Türkiyəyə köçüb. 1921-ci ildə Bezmə Aləm Validə Sultan məktəbini bitirib. 1921-ci ildə İstanbul Universitetinin hüquq fakültəsinə sənədlərini verib, 1925-ci ildə oranı bitirib. 5 dekabr 1927-ci ildə Ankara Vəkil Bürosuna üzv olub. 1928-ci ildə müstəqil vəkil lisenziyasını alaraq Türkiyə Cümhuriyyətinin ilk qadın vəkili, qadın hüquqlarının müdafiəçisi ünvanını qazanıb. 1936-cı ildə Ankara Vəkil Bürosundan İstanbul Bürosuna keçib. İngilis və fransızca mükəmməl bilən Sürəyya Ağaoğlu məslək həyatı boyunca çox sayda dövlətlərarası beynəlxalq konfranslarda iştirak edib. 1946-1960-cı illərdə İstanbul Vəkil Bürosunun İdarə Heyətinin yeganə qadın üzvü kimi fəaliyyət göstərib.

S.Ağaoğlu Türkiyənin sosial-ictimai həyatında bir çox ilklərə imza atıb: Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin, Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olub, həmin dərnəklərin bir çoxuna rəhbərlik edib.

Sürəyya xanım iki kitab müəllifidir. “Londonda gördüklərim” və “Bir ömür belə keçdi” əsərləri Ağaoğlu ailəsi ilə bağlı zəngin xatirələrdən ibarətdir. Sürəyya xanım 1982-ci ildə Bakıda olub.

29 dekabr 1989-cu ildə İstanbulda “Qadın hüquqları və müasirləşmək” adlı bir konfransdan ayrılarkən beyninə qan sızması nəticəsində vəfat edib.

***

“Bir qadın vəkil məhkəməyə gedərkən yetərincə boyana bilər”

Sürəyya xanım əlində şıq çantası, üzərində olduqca şıq və yaxşı tikilmiş qara cübbəsi ilə dəhlizdə gəzişərək növbəsini gözləyirdi. Dəyərli mütəfəkkir Ağaoğlunun nəzakətli qızı gənc yaşına rəğmən böyük hüquq proseslərində qara cübbəlilər arasında səs salıb. Məhkəmədən çıxanda onu sorğu-suala tutdum. Gördüm ki, gənc qara cübbəlinin dodaqlarında pomada, üzündə xəfif pudra vardı. Çox gözəl danışığı ilə tanınan vəkildən soruşdum:

- Bir qadın vəkilin məhkəməyə makiyajlı çıxmasının tərəfdarısınız, elə deyilmi?

Gülümsədi:

- Olduqca təbii deyilmi? Necə ki kişi vəkillər məhkəməyə təraş olmuş, saçlarını daramış vəziyyətdə daxil olurlarsa, bir qadın vəkil də xəfif makiyajla vəkalət kreslosuna otura bilər. Nəhayət, məhkəmə hüzuruna mədəni bir qiyafətdə çıxmaq lazım deyilmi? Əmin olun ki, Fransada ən şıq qadınlar vəkil qadınlardırlar. Halbuki bizdə nəyə görəsə bir məsləkdə çalışan qadının qadınlığından ayrılıb mütləq kişi kimi hərəkət etməsi, yaşaması əsas zənn edilir. Sizdən soruşuram. İş otağı darmadağınıq, saçı-başı bir-birinə qarışmış, saqqalı bir qarış uzanmış bir vəkilə işinizi həvalə edərdinizmi? Belə bir mənzərə qarşısında: “Bu adamcığaz özünə bu qədər səhlənkardırsa, mənim işimlə nə dərəcədə maraqlanacaq?” deyərək çıxıb gedərsiniz. Bir kişi vəkil özünə necə qayğı göstərirsə, bir qadın vəkil də eyni vəziyyətdə olmalıdır.

- Sizin haqqınızda “qadınların işini qəbul etmir, kişilərin müdafiəçisidir” deyirlər.

Bu sualım gənc vəkili xeyli güldürdü

- Səbəb? Elə bir şey yoxdur. Amma qadınların əksər işləri boşanma ilə bağlıdır. Halbuki mən prinsip olaraq boşanma işlərini qəbul etmirəm. Ona görə də qadın müştərim azdır. Bəlkə, buna görə səhv anlaşılmışam.

- Heç boşanma işi götürmürsünüz?

- Demək olar ki, yox. Yaxından tanıdığım kimsələr istisnadır.

- Bunun səbəbini soruşa bilərəmmi? Nə üçün boşanma işlərini götürmürsünüz?

- Bilmirəm. Hər kəsin kirli işlərini görmək istəmirəm. Boşanma işləri həyatın bir çox kirli, pis tərəflərini vəkilə göstərir. Hər kəsin kirli işləri ilə məşğul olursunuz. Bu, insana ümidsizlik verir, həyatdan soyudur. Halbuki mən həyatı yaxşı görmək tərəfdarıyam.

- Həqiqətən, vəkilliyin qazancı çoxdurmu?

- Qətiyyən. Əmin olun ki, bu cəmiyyət içərisində həyatdan nəsibini ala bilməyən bir kütlə varsa, o da vəkil sinfidir. Nə çarə ki vəziyyət həqiqətən də belədir.

- Buna rəğmən məsləyinizdən məmnunsunuz?

- Olduqca. Öz hesabıma deyim ki, vəkillikdən mükəmməl bir məslək görmürəm.

- Məhkəməyə çıxdığınız zaman insanlardan sıxılırsınızmı? Bir qadın vəkil... Bizdə olduqca yeni bir şeydir. Bütün nəzərlər sizdə. Nələr hiss edirsiniz?

- Hər dəfə hakim qarşısına çıxdığımda ilk dəfə məhkəməyə daxil olduğum zamankı həyəcanı qüvvətli şəkildə hiss edirəm. Bu həyəcan məndə heç əskilməyib.

- Yaxşı, işinizdən yorulduğunuz zaman necə dincəlirsiniz, necə vaxt keçirirsiniz?

Axşam evimə gedincə dincəlirəm. İnsanın zəkalı bir atası və gözəl bir süfrəsi olduqdan sonra bu, yetərli səadət deyilmi? Ən böyük zövqüm gözəl bir süfrənin başında atamla söhbət etməkdir. Atama hər xüsusda heyranam. Necə gənc adamdır. Gecə yarısına qədər oxuyur. Hətta gecə yarısından çox sonraya qədər. Onun yata bilməsi üçün iki şey lazımdır: kitab və bromid. İkisindən biri olmasa, çox narahat olur. Oxumadan və bromid qəbul etmədən yata bilmir.

- Atanız sizin məsləyinizdən məmnundurmu?

- O da hər ata kimi mənim çöldə çox məşğul olmağımdan bəzən şikayət edir, evdə olmağımı istəyir. Lakin bir az nəşəsiz görünsəm, o an ovutmağa çalışar.

Yavaş-yavaş pilləkanlardan endik. Qara cübbələrin olduğu böyük qarderob otağının önünə gəlmişdik. Ədliyyənin neçə illik eşməbığlı cübbəçisi həmən gəldi. Xanım Sürəyyanın cübbəsini böyük bir etina ilə üzərindən götürdü. Cübbə çıxınca Sürəyya xanımın şıq əlbisəsini gördük. Başına şıq bir şapka qoydu.

- Geyiminizə çox diqqət edirsiniz, deyəsən.

Güldü:

- Aman nə deyirsiniz. Bu gün özümə diqqət etməmişəm heç. Bir az xəstələnmişəm.

Böyük bir nəzakətlə məndən ayrıldı.

Hikmət Feridun

(Taha Toros arxivi)

Müəllif: Dilqəm Əhməd
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ən çox qadın “Fatma”, ən çox kişi “Məmməd” - Statistika

    Ən çox qadın “Fatma”, ən çox kişi “Məmməd” - ...

    16-12-2013, 00:10

  • 
  • İranlı hüquq müdafiəçisi 10 il həbsə və 148 qamçı cəzasına məhkum edildi

    İranlı hüquq müdafiəçisi 10 il həbsə və 148 qamçı ...

    13-03-2019, 17:07

  • 
  • Bu gün Azərbaycanda Konstitusiya Günüdür

    Bu gün Azərbaycanda Konstitusiya Günüdür ...

    12-11-2020, 11:00

  • 
  • Atatürkün həyatındakı sirli 9 rəqəmi – 19.09.1909

    Atatürkün həyatındakı sirli 9 rəqəmi – 19.09.1909 ...

    14-05-2017, 19:54

  • 
  • Türkiyənin Cümhuriyyət, Atatürkün prezident olduğu gün

    Türkiyənin Cümhuriyyət, Atatürkün prezident ...

    29-10-2019, 14:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu