GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “...hərbçi Nəcməddin dönüb alverçi Nəcməddin oldu”

“...hərbçi Nəcməddin dönüb alverçi Nəcməddin oldu”

Tarix: 11-11-2013, 11:26 Bölmə :Müsahibə Baxış: 1 652
 “...hərbçi Nəcməddin dönüb alverçi Nəcməddin oldu”
Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun Moderator.az-a müsahibəsi
-Rəhim Qazıyevin Surət Hüseynovun gizli toplantıda Etibar Məmmədovun baş nazirliyə namizədliyini irəli sürdüyü məşhur 92-ci ilin 5 noyabr görüşündə iştirak etmisinizmi? Doğrudanmı Surət Hüseynov təklif edib ki, siz Etibar Məmmədova baş nazirlik verin, əl-ələ verək Qarabağ məsələsini birdəfəlik həll edək?

- Birincisi, noyabrın 5-ədək artıq Surət Hüseynova iki vəzifə birdən verilmişdi və o Milli Qəhrəman adına layiq görülmüş korpus komandiri idi. Doğrudan da artıq Surət Hüseynov böyük nüfuz sahibinə çevrilmişdi. Odur ki, onun təklifi ilə Rəhim Qazıyevin göstərişi əsasında Hərbi Dəniz Donanmasının Mərdəkandakı bağ evinə yığışdıq. Dəqiq xatırlamıram, ancaq səhv etmirəmsə mən, İsa bəy, Pənah bəy, Rəhim Qazıyev və Surət Hüseynov həmin görüşdə olub.

-Bəs Rəhim Qazıyev Etibar Məmmədovun, Şadman Hüseynovun, Tahir Əliyevin də həmin görüşdə olduğunu iddia edir.

-Məncə başqa adam yox idi. Elə ki, Surət Hüseynov Etibar Məmmədovun namizədliyini irəli sürdü, biz gördük ki, burda əsas niyyət heç də Qarabağ problemini birdəfəlik həll etmək yox, vəzifə davası aparmaqdır. Doğrusu, həmin gün mənim rəhbərlik edəcəyim başqa bir əməliyyat var idi, ona görə də daxili işlər naziri kimi kabinetimdə olmağım lazım idi, ona görə də həmin məşhur görüşün sonrakı məcrasını oturub gözləmək imkanım olmadığından çox tez çıxdım.

- Surət Hüseynovun təklifi Sizi qane etmədiyindən görüşü yarımçıq tərk etdiniz?

- Yox, mənim üçün əslində heç fərqi də yox idi. Mən daxili işlər naziri idim, hər dəqiqə iş başında olmaq lazım idi və ona görə də belə deyək ki, üzrlü səbəbdən sonadək otura bilmədim. Ancaq görünür elə düz etmişəm ki, nə danışıldığını gözləmədən çıxmışam. Çünki sonralar İsa bəy dedi ki, çox düz edib getdin, elə ən ağıllı adam sən imişsən.

- Tahir Əliyev də həmin görüşdə olmayıb?

- Məncə olmayıb. Keçmiş gündü, dəqiq deyə bilmərəm, ancaq məncə o yox idi.

- İsgəndər Həmidovun istefa məsələsinin hansı Rusiya rəsmisinin dilindən səslənməsi barədə də birmənalı fikir yoxdur. Rəhim Qazıyev iddia edir ki, onun iştirak etdiyi heç bir görüşdə Rusiya müdafiə naziri Pavel Qraçov İsgəndər Həmidovun istefa məsələsini qoymayıb. Cümşüd Nuriyevsə iddia edir ki, Qraçov deyil, o vaxt Rusiyanın Azərbaycandakı səfiri Valter Şoniya rəsmi Moskvanın bu istəyini dilə gətirib ki, İsgəndər Həmidov istefaya göndərilsin, o zaman Rusiya Kəlbəcərin geri qaytarılmasına razılıq verəcək...

-Mən Cümşüd Nuriyevin bir müddət öncə mətbuatdakı müsahibəsini özüm oxumuşam ki, Qraçov bu təklifi bir neçə dəfə səsləndirib.

-Amma indi Valter Şoniyanın adını çəkir...

- Bilirsiniz, hətta mənim özümə də kimsə bunu desəydi istefa verməzdim, nəinki Qraçov, lap Yeltsin tələb etsəydi belə. Ancaq söhbət mənim doğma rayonumdan getdiyinə görə dinə bilmədim. Amma bu o demək deyil ki, başqa rayonun taleyindən də söhbət getsə analoji addımı atmazdım. Mən nəinki Kəlbəcərin və ya başqa rayonun, hansısa bir kəndin qaytarılmasında seçim qarşısında qalsaydım, tərəddüd etmədən nazir kürsüsünü verərdim.

- Rəhim Qazıyev iddia edir ki, 93-cü ilin 4-5 aprelində, Kəlbəcərin işğalından bir neçə gün sonra o, Pənah Hüseyn və Abbas Abbasov Qraçovun kabinetində razılaşıblar ki, aprelin 20-də Gəncədəki 23-cü hərbi hava-desant diviziyasının komandanının köməyi ilə Kəlbəcərin geri alınması əməliyyatına rus qoşunları lazımi köməkliyi göstərsin. Rəhim Qazıyev elə bir razılaşmanı sonradan Azərbaycan tərəfinin pozduğunu iddia edir. Sizin belə bir razılaşmanın hər hansı konturlarından məlumatınız olubmu?

- Mən başa düşə bilmirəm. Ya həmin adamlar bilərəkdən tarixi təhrif edirlər, ya da yaddaşları pozulub. Gəncədəki 23-cü diviziya 92-ci ilin sonlarında Gəncədən köçüb getmişdi. Mən belə bir razılaşmanın mövcudluğundan və ya kimlərinsə günahı üzündən pozulmasından xəbərsizəm, belə bir şeyi də cəfəngiyat hesab edirəm.

- Hərəkat yoldaşlarınızdan biri də Qurban Məmmədovdur ki, o üçüncü məhbəs həyatı dövrünü yaşayır.

-Mən bir dəfə də Qurbanın həbsinə kəskin etirazımı bildirmişəm. Bu gün də deyirəm ki, mənə görə Qurban həbsdədirsə, deməli, Azərbaycanın vicdanı məhbəsdədir. Mən hər zaman Qurbana Azərbaycanda haqq səsin carçısı, qoruyucusu kimi baxmışam və onun ikrahdoğurucu ittihamlarla dəmir barmaqlıqlar arasına salınmasını mən Azərbaycanda ədalətin, haqq səsin, vicdanın və ləyaqətin buxovlanması kimi başa düşürəm. Eynilə Pərviz Həşimlinin də uydurma ittihamlarla həbsi adamda ikrah hissi doğurur. Tanınmış bir jurnalistə qarşı Bin Ladenin cangüdəni kimi davranılması, ona qarşı ağlasığmaz zorakılıq, amansızlıq sərgilənməsi bu həbsi həyata keçirənlərin, onu sifariş verənlərin gücünü deyil, acizliyini göstərir. Qurbana və Pərvizə də deyirəm ki, darıxmasınlar, ya onları ordan çıxaracağıq, ya da onların yanına gələcəyik

- Daha bir hərəkat yoldaşınız-Müsavat başqanı İsa Qəmbər də obrazlı desək, yol üstədir. O partiya başqanlığından getmək istəsə də gedə bilmir. İsgəndər bəy kimi 25 illik hərəkat yoldaşının qoltuğunda varis görür?

- Nə gizlədim, mən də İsa bəyin getməsini istəməyənlərdənəm. Başım xeyli vaxtdı yaxın qohumumun yas mərasiminə qarışdığından çoxdandı İsa bəyi görmürəm. Mən də onunla ilk fürsətdəcə görüşüb fikirlərimi bildirəcəm ki, hələ getmək vaxtı deyil. Amma bu heç də o demək deyil ki, onun davamçıları yoxdur. Bu partiyada başqanlığa layiq kifayət qədər adam var.

- Üzvü olduğunuz Milli Şuradakı həmsədrlik söz-söhbəti qurumda ikitirəlik yaradıb. İsgəndər Həmidovun mövqeyi necədir?

- Mən həmsədrliyin tamamilə əleyhinəyəm. Çünki bu institut keçilmiş və özünü doğrultmayan yoldur. Amma mən də hesab edirəm ki, bu qurumun tərkibinə əl gəzdirilməli və kabab iyinə gələnləri deyil, mücadilə aparmaq istəyində olanları birləşdirmək lazımdır. Məncə Milli Şura bundan sonra da xeyli iş görəcək və sonda istəyinə nail olacaq. Qısa zamanda bu qurum nəyə qadir olduğunu göstərdi.

- Yeni müdafiə naziri təyin olundu. Amma az qala ölkənin bütün hərbi ekspertləri və ehtiyatda olan zabit korpusu Baş Qərargah rəisi Nəcməddin Sadıqovun da istefa verməli olduğunu bildirir, əks halda orduda hər şeyin köhnə hamam, köhnə tas olacağını iddia edirlər...

- Mən hərbi ekspertlərin açıqlamalarından və mətbuatdakı müzakirələrdən məlumatlıyam. Ancaq deyəsən, o qədər unutqan olmuşuq ki, yaxın tariximiz belə yadımızdan çıxmağa başlayıb. Xatırladım ki, birinci Qarabağ savaşında iki ən uğurlu hərbi əməliyyatımız olub, Biri Ağdərədə, o biri Goranboy ətrafında, onların hər ikisinə Nəcməddin Sadıqov rəhbərlik edib. Mən Nəcməddin Sadıqovu 21 ildir görmürəm, heç ömrümün sonunadək də onu görmək arzusunda da deyiləm. Ancaq mənim tanıdığım Nəcməddin bacarıqlı, peşəkar hərbçi, Jukov kimi bir cəngavər idi. Ancaq nə yazıq ki, indiki iqtidara qoşulandan sonra hərbçi Nəcməddin dönüb oldu alverçi Nəcməddin.

- Vasyakı da yaxından tanımısınız, çiyin-çiyinə döyüşmüsünüz. Onun yenidən Bakıya gətirilib Müdafiə Nazirliyində yüksək vəzifə verilməsi nə anlama gəlir? Olmaya üfüqdə ikinci Qarabağ savaşı görünməyə başlayır?

- Niyə təkcə Vasyakın adını çəkirik? Onunla bərabər Komarov, Mudryak kimi rəşadət gösərmiş insanları xatırlamalıyıq. Mudryakın həyat yoldaşı azərbaycanlı idi və Qarabağda can qoydu bu adam, bir müddət öncə də vəfat edib. Komarov həm Tərtərdə, həm Goranboyda artilleriya komandiri idi, bu istiqamətdəki uğurlarımızda onun da böyük əməyi olub. Vasyak da milliyətcə belarusdur və kifayət qədər peşəkar, hərbi biliyə malik, döyüş şəraitini və əməliyyat planını zərgər dəqiqliklə işləməyi bacaran qiymətli hərbçidir. Xatırladım ki, onlar vaxtilə bu torpaqlar uğrunda rəşadətlə döyüşsələr də sonradan hamısı bizimkilərin başının alverə qarışdığını görərək burdan baş götürüb getmişdilər. Əgər bu hakimiyyət birinci Qarabağ savaşında mətanət göstərmiş həmin hərbçiləri bura ikinci Qarabağ savaşına görə gətiribsə, alqışlanmalıdır, yox əgər alverə, ordudaxili intriqalarda alət kimi istifadə etmək üçün gətiriblərsə onlar elə gəldikləri kimi yenə də çıxıb gedəcəklər.

- Birinci Qarabağ savaşında Sizinlə çiyin-çiyinə döyüşmüş, sonradan bəlli səbəblərdən baş götürüb Rusiyaya qaçmış 10 minlərlə döyüşçü bu gün həmin ölkədə məhrumiyyətlərə düçar edilib. Hər halda onların başına gələnlərdən məlumatlısınız.

- Ordakı soydaşlarımıza göstərilən amansızlıq və bizim hakimiyyətin buna ögey münasibəti adama çox yer eləyir. Heç bir millətin başına açılmayan oyun Rusiyada azərbaycanlıların başına gətirilir. Tək Orxan Zeynalov məsələsi deyil ki. İllərdi buna oxşar olaylar demək olar ki, hər gün yaşanıb, amma səsin çıxaran olmayıb.

- Siz də daxili işlər naziri olmusunuz. Heç nə vaxtsa kabinetinizə ağır cinayət törətmiş şəxsi gətiriblərmi?

- Axı buna nə ehtiyac var? Nazir həmin cinayətkarın sifətinə baxmalıdırmı? Bunun üçün qanun və cəza var. Tam məsuliyyətlə deyirəm ki, nazir işlədiyim dövr nə qədər qanlı-qadalı olsa və cinayətkarlar bizə rahatlıq verməsə də heç vaxt heç bir cinayətkarı kabinetimə gətirtməmişəm. Orxan Zeynalovu Rusiya daxili işlər nazirinin kabinetinə gətirib alçaltmaq da sadəcə “pokazuxa” idi və bununla bütün azərbaycanlıları alçaltmaq istədilər və buna nail oldular. Bununla biz azərbaycanlılara qarşı nə qədər patoloji nifrət bəslədiklərini çılpaqlığıyla ortaya qoydular.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dubay polisi Sürət Hüseynovu saxladı

    Dubay polisi Sürət Hüseynovu saxladı ...

    10-12-2013, 14:14

  • 
  • Surət Hüseynovdan Azərbaycanı tərk etmək tələb olunub?

    Surət Hüseynovdan Azərbaycanı tərk etmək tələb ...

    18-07-2013, 13:40

  • 
  • Surət Hüseynov Azərbaycanın inşaat sektorunda necə payçıya çevrilib?

    Surət Hüseynov Azərbaycanın inşaat sektorunda ...

    18-09-2014, 13:03

  • 
  • Ərdoğan 23 il öncə Rəhim Qazıyev haqda nə deyib - şok video

    Ərdoğan 23 il öncə Rəhim Qazıyev haqda nə deyib - ...

    2-05-2016, 12:25

  • 
  • Rəhim Qazıyevdən əl çəkmirlər

    Rəhim Qazıyevdən əl çəkmirlər ...

    10-04-2013, 10:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (228)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu