GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Saleh Məmmədovun “ölüm” açıqlamasına sözardı - AKTUAL

Saleh Məmmədovun “ölüm” açıqlamasına sözardı - AKTUAL

Tarix: 24-02-2022, 10:43 Bölmə :Müsahibə Baxış: 722


Saleh Məmmədovun sözünü tam qəribçiliyə salmaq istəməzdim: ölüm doğrudan da haqdır, Allahın qərarıdır və onun necə gəldiyini biz bilmərik.

Ancaq hətta Haqq olan bir qəzaya görə də insanın bəzən vicdanı sızıldayır, bəzən özünü müqəssir görür, mənəvi yük daşıyır.

İki ailə tam məhv olub: bir ailənin 5 üzvü qazdan zəhərlənib, bacısının ailəsi ilə yasa gedərkən Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında qəzaya düşərək ölüb.

Bir gündə iki bacı ailəsi ilə birlikdə Yer üzündən silinib. Böyük faciədir və hər qurum bu faciədə “Allahın hökmü” təskinliyindən sonra bir əlini vicdanının üzərinə də qoymağı bacarmalıdır.

Niyə qazdan ölüm halları artıb? Bu insanlar illərlə qızındıqları qazdan niyə ölürlər? Kimdir günahkar? Yalnız ölənlərmi, onların öz həyatlarına səhlənkarlığımı?

Bəlkə, qazın tərkibi yoxlanılsın; bəlkə, qaz sobasını düzgün yerləşdirməyə nəzarət edən qurum da bir təəssüflənsin; bəlkə, qeyri-standart qaz sobası gətirib satan iş adamı və yaxud satıcı, yaxud qeyri-standart qaz sobası qaynaqlayan usta, onu quraşdıran fəhlə, nə bilim, onun quraşdırılmasına göz yuman sahə rəisinin… də vicdanı sızıldasın?

Bakı-Quba yolu 2008-ci ildə təhvil verilib, Azərbaycanda beton yol təcrübəsi ilə salınan ilk yollardan idi. Bu yola həmin vaxt 545 milyon 287 min 800 manat xərclənmişdi. O dövrün məzənnəsi ilə bu, 700 milyon dollara yaxın pul edirdi, indiki məzənnə ilə 1,2 milyard manata yaxın edir.

Ziya Məmmədov qürurla bu yola ən azı 30 il qarant verildiyini bildirmişdi. Heç 3 il də keçmədi, yol darmadağın oldu.

Bakı-Quba yolu 2012-ci ildən təmirdədir – hər yeri dağılır, hər yeri sökülür, hər yeri çökür, hər yeri dalğalanıb. Sonda məcbur olub, indiki yola paralel yeni yol çəkmək haqda qərar verilib.

O sürücü doğrudan da sürət həddini aşıb, əlbəttə, həyəcanlı olub, böyük faciə baş veribmiş, tələsirmiş filan-fəşməkan - bunlar aydındır. Ancaq qəzanın baş verməsinin əsas səbəbi yolda olan çökmədir, dalğalanmadır. Maşın bu dalğalanmalara, çökməyə qəfil düşdüyü üçün idarəetmədən çıxıb və aşıb. Bunu videoda tam aydın şəkildə görmək olar.

Saleh Məmmədov deyir ki, o hissədə sürət 60 km/saata endirilib, təhlükəsizlik üçün yol nişanı qoyulub.

Yaxşı, izah edin: Tağıyev qəsəbəsinin yanından keçən və heç bir maneə olmayan yolda sürət həddi niyə 60-a endirilməlidir? Şəhərin içində heç sürət 60 olmur. Niyə o qədər aşağı sürət qoyulub?

Əlbəttə ki, yol dağılıb, məhv olub və təhlükə mənbəyidir, ona görə!

Bunu niyə demirsən? Sənə nə mane olur ki, Ziya Məmmədovun çəkdiyi yolun bu qəzada heç bir səbəb yaratmadığına kimisə inandırmağa çalışırsan? Niyə və nəyi danmağa çalışırsan? Niyə özünü hədəfə çevirirsən? Z.Məmmədov o yolu çəkərkən hansı vəzifədə çalışmağının araşdırılacağındanmı narahatsan?

Yolun dağılmasına, bərbad günə düşməsinə görə kim məsuliyyət daşıyır? Təmiri ilə birlikdə 180 km-lik yola 700 milyon dollar xərclənib və bu yol 3 ildən sonra can almaqla məşğuldur?

Heç kəsi korrupsiyada və yaxud yeyintidə ittiham etmək niyyətim yoxdur. Ancaq səni yol mühəndisi aldadıbsa, yol yatağının analizi düzgün aparılmayıbsa, beton örtük qeyri-peşəkar salınıbsa - fərqi yoxdur, nə olubsa da, cavabdeh o yola 30 illik qarant verdiyini elan edən şəxsdir. Adam ya yerində olmayıb, ya da qanunsuzluqlara göz yumub.

Bunları Baş Prokurorluq və bu qurumun Korrupsiya İdarəsi bilər. Bəlkə də Aydan-arı, sudan durudur, bəlkə də Azərbaycanın hər yerindəki villalarının, xaricdəki külli miqdarda vəsaitinin mənbəyi Bakı-Quba yolunun çəkilişi zamanı buldozerin Şeyx İbrahimin xəzinəsinə ilişməsidir, ya da ulu babasında qalan külçələr…

Amma bu ölümlərə görə vicdan sızlamalıdır, adama yuxusu haram olmalıdır, ailələrin Yer üzündən silinməsindəki roluna görə adam ağrınmalıdır.

Mütləq bunun bir cəzası olacaq – necəsini görəcəyik.

Ancaq bu olanlara haqq qazandırmaq üçün Allah və Haqq anlayışlarını bu qədər istismar etmək olmaz! //axar.az//



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sərnişin avtobusu dəhşətli qəzaya düşdü: yaralılar var

    Sərnişin avtobusu dəhşətli qəzaya düşdü: ...

    27-05-2015, 12:33

  • 
  • Qubada 33 yaşlı kişi qazdan boğulub öldü

    Qubada 33 yaşlı kişi qazdan boğulub öldü ...

    24-10-2018, 12:33

  • 
  • Ötən gün körpüdən aşan TIR-da ölənlər Masallı sakinləri olub (FOTO)

    Ötən gün körpüdən aşan TIR-da ölənlər Masallı ...

    23-11-2019, 22:31

  • 
  • Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxdı: 9 nəfər zəhərləndi

    Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxdı: 9 ...

    10-10-2018, 14:46

  • 
  • Qazdan boğulduğu deyilirdi, İNTİHAR EDİBMİŞ

    Qazdan boğulduğu deyilirdi, İNTİHAR EDİBMİŞ ...

    7-06-2019, 12:58


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu