GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Xalid Ağaliyev: Azərbaycan Avropa Şurası məkanında hüquq pozuntuları sahəsində liderdir

Xalid Ağaliyev: Azərbaycan Avropa Şurası məkanında hüquq pozuntuları sahəsində liderdir

Tarix: 14-04-2022, 17:45 Bölmə :Müsahibə Baxış: 521

Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində Avropa Şurası Nazirlər Komitəsinin son hesabatını şərh edərək, Avropa məhkəmə qərarlarının icra edilməməsinin səbəbləri barədə danışıb.


Amerikanın Səsi: Avropa Şurası Nazirlər Komitəsinin son hesabatına görə, Azərbaycan Avropa məhkəməsinin qərarlarının icra edilməməsinə görə 5-ci yerdədir. Belə vəziyyətin səbəbi nədir?

Xalid Ağaliyev: Ümumiyyətlə Azərbaycanın 5-ci yerdə qərar tutması icra edilməmiş qərarların sayına görə olan göstəricidir. Amma təəssüflər olsun ki, vəziyyət daha da mürəkkəbdir. Məsələn, icra edilməmiş qərar sayına görə ilk pillədə olan Rusiya faizlə hesabladıqda Rusiyaya qarşı çıxardılmış qərarların təxminən 40 faizini icra edib. Amma Azərbaycanla bağlı faizlə hesabladıqda Azərbaycan ölkəyə qarşı çıxarılmış qərarlarn 15-18 faizini icra edib. Bu baxımdan vəziyyət o qədər də yaxşı deyil. Avropa məhkəməsinin qərarlarının icrasını həyata keçirən uyğun məmurlar var. Amma biz o məmurların işə necə yanaşması, fəaliyyətinin məzmununa icradakı pis mənzərəni aid edə bilmərik. Ümumilikdə hesab edirəm ki, bu, daha çox siyasi iradəyə bağlı olan məsələdir. Çünki Azərbaycanda məhkəmə sistemi problemlidir. Daha çox siyasətdən asılıdır. Siyasətin istəyini həyata keçirir. Bütün bunlara baxanda, bu, neqativ mənzərənin əsas səbəbkarı kimi biz siyasi iradəni, ölkədəki siyasi sistemi göstərə bilərik.

Amerikanın Səsi: Ölkədə Avropa məhkəməsinin qərarlarının icra mexanizmi necə qurulub, bu nə dərəcədə təkmildir? Bu sahədə hansi islahatlara ehtiyac var?

Xalid Ağaliyev: Azərbaycan Avropa məhkəmə yurisdiksiyasını təxminən 20 ilə qədərdi qəbul edib. Bu müddət ərzində qərarların icrası mexanizmi dedikdə, bizim gözümüzün önündə bu mənzərə canlanır. Avropa məhkəməsi qərar qəbul edir, hansısa hüququn pozuntusunu tanıyır. Azərbaycan höküməti həmin qərarda nəzərdə tutulmuş təzminatı ərizəçiyə ödəyir və bununla da proses sanki bitmiş hesab olunur. Amma bütövlükdə icra mexanizmi bundan ibarət olmamalıdır. Həm təzminat ödənilməlidir, həm həmin işlərə daxili məhkəmələrdə yenidən baxılmalıdır. Eyni zamanda, o qərarda üzə çıxarılmış problemlərin həlli üçün lazım olan addımları atmaq lazımdır ki, gələcəkdə bu işlər təkrarlanmasın. Amma Azərbaycanda təəssüflər olsun ki, hələ ki, təzminatların ödənilməsi hissəsi qabarıq olaraq nəzərə çarpır.

Amerikanın Səsi: Azərbaycan hakimiyyəti daha çox hansı tipli qərarları icra etmir?

Xalid Ağaliyev: Ümumilikdə daha çox bu prizmadan yanaşmaq faydalı olardı ki, Avropa məhkəməsi Azərbaycanla bağlı daha çox hansı hüquqların pozuntusunu tanıyıb. Daha çox ədalətli məhkəmə araşdırması hüququ Azərbaycanda pozulub. Bundan sonra azadlığın toxunulmazlığı hüququnun pozuntularının sayının artıq olması nəzərə çarpır. Eyni zamanda elə hüquqların pozuntusu var ki, Azərbaycan Avropa Şurası məkanında bu sahədə liderdir. Bu, seçki hüququnun pozuntuları ilə bağlıdır və 18-ci maddənin ( hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu ilə bağlı olan işlərdir ki, Avropa məkanında heç bir ölkə bu hüququ Azərbaycanda olduğu qədər pozmayıb. Dediyiniz məsələyə gəldikdə, mən fikirləşmirəm ki, hökümət qərarlara o dərəcədə ciddi ayrıseçici yanaşır. Ümumi monitorinqə baxdıqda, müşahidə etdikdə görürük ki, seçki hüququnun pozuntusu tanınmış vətəndaşa necə yanaşırsa, mülkiyyət hüququnun pozuntusu tanınmış vətəndaşa da hökümətin yanaşması eynidir. Təzminat ödənilir və sonrakı addımlar atılmır.

Amerikanın Səsi: Qərarların icrasından imtina üzv dövlətlər üçün hansı məsuliyyəti yaradır?

Xalid Ağaliyev: Avropa İnsan Haqları Konvensiyasını qəbul etmiş ölkələr Avropa məhkəməsinin qərarlarını icra etməklə bağlı öhədəlik götürürlər. Bu öhdəliklərə əməl etmək məcburidir. Avropa məhkəməsinin qərarının icra edilməməsi Avropa Şurası qarşısında götürülmüş öhdəliyin həm də pozulması deməkdir. Biz Avropa İnsan Haqları Konvensiyasından çıxış eləsək, eyni zamanda ortadakı təcrübədən çıxış eləsək onu deyə bilərik ki, Avropa məhkəməsinin qərarlarının icra edilməməsi bir ölkənin Avropa Şurasından çıxarılmasına qədər gətirib çıxara bilər. Amma bu təcrübə hələ indiyə qədər baş verməyib. Həmin mexanizm də təəssüflər olsun ki, yalnız Azərbaycana münasibətdə işə salınıb. Real Partiyasının sədri İlqar Məmmədovun işində bu proses işə salınmışdı. Amma dediyim kimi indiyə qədər bundan istifadə olunmayıb.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa məhkəməsi qərarlarının icrası ilə bağlı vəziyyəti müzakirə edəcək

    Avropa məhkəməsi qərarlarının icrası ilə bağlı ...

    6-06-2018, 21:50

  • 
  • Fuad Ağayev: Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı ikinci qərarı da icra edilmir

    Fuad Ağayev: Avropa Məhkəməsinin İlqar Məmmədovla ...

    6-06-2018, 13:30

  • 
  • Rəsul Cəfərov: Son həbslər hakimiyyətdən fərqli düşünənlərə qarşıdır

    Rəsul Cəfərov: Son həbslər hakimiyyətdən fərqli ...

    9-06-2018, 12:22

  • 
  • DTİ: Azərbaycan Avropa məhkəməsinin mülkiyyət hüququ qərarı ilə bağlı 354 229,06 avro kompensasiya ödəyib

    DTİ: Azərbaycan Avropa məhkəməsinin mülkiyyət ...

    26-08-2019, 14:36

  • 
  • Hüquq və azadlıqların müdafiəsi üzrə qərarların Azərbaycan tərəfindən icrası mexanizmi dəyişdirilir

    Hüquq və azadlıqların müdafiəsi üzrə qərarların ...

    23-09-2016, 14:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu