GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Mən belə görüş təşkil etsəm, mütləq polis basqını olacaq” – Mehman Hüseynov

“Mən belə görüş təşkil etsəm, mütləq polis basqını olacaq” – Mehman Hüseynov

Tarix: 19-04-2022, 13:30 Bölmə :Müsahibə Baxış: 269


Bloger Mehman Hüseynovun Yenisabah.az-a  müsahibəsi:

-  Park Bulvarda baş verən izdihamdan yəqin ki, sizin də xəbəriniz oldu. Azərbaycanda niyə hansısa bloger bu qədər populyarlaşa bilmir?

- Bunun cavabı çox sadədir, Azərbaycanda bu qədər imkana malik olan, bu qədər var dövləti olan bloger yoxdur. Hüseyn Həsənov bildiyiniz kimi, Rusiyada yaşayır, imkanları çoxdur, əhatəsi genişdir, vəzifədə olan dostları çoxdur. Onun “takıldığı”, görüşdüyü adamlar da sanballı adamlardır. Populyarlaşmaq üçün bütün bu kriteriyalar olmalıdır. 

Azərbaycanda niyə bir bloger onun qədər məşhurlaşa bilmir? Məsələn, mənim ətrafıma baxsanız Ramzan Kadırov kimi yüksək vəzifəli şəxslərdən bir nəfər belə görə bilməzsiniz. Mənim o qədər maddi imkanım, gəlirlərim yoxdur. Bir blogerin məşhurlaşması üçün bunlar şərtdir. Hüseyn Həsənov təkcə bloger deyil, araşdırsanız görərsiniz ki, onun yüksək vəzifəli məmurlarla əlaqələri var və s.

- Bu izdihamlı görüşdən sonra Azərbaycan gəncliyini qürursuz adlandıranlar da az olmadı. Siz bununla razısınızmı?

- Xeyr, mən bu fikirlərlə razı deyiləm. Gəncləri buna görə qınamaq olmur, çünki bu cür hal bir çox ölkələrdə baş verir. Məsələn, mən sabah “İnstagram”da, “YouTube”da, “Facebook”da paylaşım etsəm ki, “20 dənə “İphone” almışam və fanatlarımla görüşdə bu telefonları öz sahiblərinə verəcəyəm” yenə də o qədər gənci bir yerə yığmaq olar. 

Amma problem ondadır ki, Mehmanın o qədər imkanı, maddi durumu yoxdur ki, 20 “İPhone” təşkil etsin və insanlara paylaşın. Burada yenə də bir məqama gəlib çıxırıq: çox şey sənin ətrafında olan insanlardan asılıdır. 

Məsələn, mən – Mehman Hüseynov “Park Bulvar” a müraciət edib desəm ki, şərait yaradın, 1-2 saatlıq buranı mənə verin ki, öz fanatlarımla görüşüm, təbii ki, bu imkan mənə yaradılmayacaq. Çünki mənim təsiredici dostlarım yoxdur. 

Amma Hüseyn Həsənovun “İnstagram” profilinə baxsanız, görəcəksiniz ki, kimlərlə, hansı vəzifəli şəxslərlə dostdur və ona bu imkanlar yaradılır. Dost-tanışlıq mütləqdir, burada söhbət məşhurluqdan getmir. Məşhur olmaq üçün də sənin imkanın və imkanlı dostların olmalıdır. Bu kriteriyaların heç biri məndə yoxdur, nə maddi imkanım, nə məmur dostlarım, nə də “dayday”ım var. 

Düşünürəm ki, Azərbaycanda hər hansı bloger elan eləsə ki, mən görüş təşkil edəcəm və “İPhone” paylayacam, yenə də gənclərin izdihamına rast gələcəyik. Ona görə də bu mənada həmin gəncləri qınamaq düzgün deyil, onlardan kimsə məktəblidir, kimsə tələbədir və bütün dünyada bu belə şeylər baş verir. Hansısa müğənni, bloger İngiltərədə belə bir şey təşkil etsə, eyni izdiham orada da yaşanacaq.

- Bəs siz özünüz bloger kimi pərəstişkarlarınızla nə vaxtsa görüş təşkil etmək istəyərsinizmi?

- Əlbəttə. Görüş təşkil etmək  olar, amma gəlin görək bu Azərbaycanda mümkündürmü? Əlbəttə ki, yox. Mənə heç kim məkan verməyəcək, şərait yaratmayacaq. Nə zamansa fanatlarımla görüş təşkil etsəm, mütləq ora polis basqını olacaq, yozulacaq ki, gənclər yeni inqilaba hazırlaşırlar, min cür nağıl uyduracaqlar. Bu görüşü təşkil etməyə imkan verməyəcəklər.

İstəyirsinizsə, günü sabah “Park Bulvar”a müraciət edim, deyim ki, mənə fanatlarımla görüş üçün yer verin. Bunu etməyəcəklər. Necə ki, müxalifətə “Məhsul” stadionunda mitinqlərin keçirilməsi üçün icazə verilmir, eləcə də mən “Park Bulvar”dan eyni cavabı alacam. Deyəcəklər ki, məqsədə uyğun deyil, amma Hüseyn Həsənovun əlaqələrinə görə “Park Bulvar”da fan görüşü keçirməyə heç bir əngəl yoxdur. 

“İPhone”ları almağa imkanım və “Park Bulvar”ın “hə” cavabı olsa,  həmin o coşqunu və izdihamı mən də yarada bilərəm. Buna don geyindirə bilərlər ki, inqilab etməyə hazırlaşır və s. 

Düşünürəm ki, azərbaycanlı blogerlər heç də Hüseyn Həsənovdan geri qalmırlar. Hər bir şəxs o cür coşqulu görüş təşkil edə bilər, bunun üçün imkan, şərait və “dayday”ın olmağı kifayətdir.

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bloger Mehman Hüseynovun təkrar məhkəməsi başlayır

    Bloger Mehman Hüseynovun təkrar məhkəməsi başlayır ...

    30-10-2017, 18:53

  • 
  • Bloger Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

    Bloger Mehman Hüseynovun apellyasiya şikayəti ...

    15-12-2017, 17:40

  • 
  • Mehman Hüseynov azadlığa buraxılıb

    Mehman Hüseynov azadlığa buraxılıb ...

    2-03-2019, 12:16

  • 
  • Vaşinqtonda Mehman Hüseynovla bağlı mətbuat konfransı keçirləcək

    Vaşinqtonda Mehman Hüseynovla bağlı mətbuat ...

    10-01-2019, 10:57

  • 
  • Amnesty İnternational: “Mehman Hüseynov dərhal və şərtsiz həbsdən azad edilməlidir”

    Amnesty İnternational: “Mehman Hüseynov dərhal və ...

    9-01-2019, 23:26


Təqvim

«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

İyul 2022 (39)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu