"Biz qələbə qazanmış ölkəyik, Prezidentin də dediyi kimi, heç kim bizi qələbəmizdən geriyə döndərə bilməz".
Bunu "Report"a açıqlamasında Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov deyib.
Onun sözlərinə görə, bundan sonra da görülən işlər davam etdirilməlidir: "Bu zamana kimi Azərbaycanda gedən proseslər barədə dünya ölkələrinə məlumat verməli, Azərbaycanın mövqeyini deməliyik. Biz diaspor olaraq, gələcəkdə Azərbaycanın çiçəklənməsinə öz töhfəmizi verməliyik. Necə ki, 44 günlük Vətən müharibəsində əlimizdən gələni etməyə çalışırdıq. İndi də bizim və Azərbaycanı sevənlərin borcudur ki, azad olunan əraziləri yenidən gözəl guşəyə çevirək".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?