GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Paşinyan sülh danışıqlarından geri çəkilir? - İNCƏLƏMƏ...

Paşinyan sülh danışıqlarından geri çəkilir? - İNCƏLƏMƏ...

Tarix: 5-05-2022, 14:48 Bölmə :Müsahibə Baxış: 454

“Paşinyanın nə qədər geri çəkilmək potensialına diqqət etmək lazımdır. Yəni hara qədər geri çəkilə bilər? Mahiyyət etibarilə, onun tamamilə geri çəkilməsi hakimiyyətinin indikindən daha zəif duruma düşməsi deməkdir. Əgər indiki şəraitdə revanşist qüvvələr hakimiyyət dəyişikliyinə nail olmaq istiqamətində cəhdlər göstərsələr, əks qüvvələrin ortaya çıxmasını görə bilərik. Yəni biz onlara qarşı əks qüvvələrin olduğunu da nəzərə almalıyıq. Əks qüvvələr də revanşistlərdən heç də az deyil, bəlkə də daha çoxdur. Nikol Paşinyanı hakimiyyətə gətirən qüvvələr və onların daxildəki təmsilçiləri kifayət qədər fəaldır. Yəni revanşistlər hakimiyyəti dəyişmək üçün addım atsalar, ciddi qarşıdurma baş verə bilər”. Gundemxeber.az politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Bir həftədən çoxdur İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Sizcə, bu proses nə ilə nəticələnəcək – etirazlar Paşinyanı istefaya məcbur edəcək xarakter ala bilərmi?

- Düşünürəm ki, İrəvandakı etiraz dalğası indiyə qədər olan aksiyaların ən kütləvisidir və isti qarşıdurmaların baş verdiyini müşahidə edirik. Paşinyanın müqaviməti də göz qabağındadır. Aksiya iştirakçılarına qarşı sərt tədbirlərin görülməsi, saxlanılan və həbs edilənlərin olması da nəzərdən qaçmır. Bu da onu göstərir ki, Paşinyan ciddi müqavimət göstərir. Qənaətimə görə, qısa zaman kəsiyində Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxara biləcək ciddi siyasi hadisələr baş verməyəcək.

Proseslərin kənardan idarə olunduğu bəllidir. Etiraz aksiyalarının, xüsusən də sosial şəbəkələrdə və Rusiyada fəaliyyət göstərən bəzi internet resurslarında təqdir olunması və prosesə buradan dəstək verilməsi nəzərə çarpır. Həmin resurslarda aksiyaların “kütləvi” olduğu bildirilir. Burada “vətəndaş itaəsizliyi” faktoru də ortaya gətirilir. Artıq İrəvanda əsas yolların bağlanması ilə müşayiət olunan proses onu deməyə əsas verir ki, uzun müddət bu aksiyalara hazırlıq gedib. Təbii ki, bu, erməni müxalifəti tərəfindən hazırlanmış texnologiya deyil. Baş verənlər məqsədyönlü şəkildə “anti-rəngli inqilab” texnologiyalarının stimullaşdırılması prosesinə bənzəyir.

Rusiya texnoloqları vaxtilə hadisələri tezləşdirmək məqsədilə öz elektoratının, daha doğrusu öz “nüfuz müvəkilləri”nin əlləri ilə kütləvi aksiyaların yetişmədiyi bir zamanda süni şəkildə belə aksiyaların keçirilməsi texnologiyasını tətbiq edirdilər. İndi də bunun şahidi oluruq. Bu süni texnologiyalar açıq şəkildə özünü göstərir. Prosesin təbliğatı da sübut edir ki, bunlar Ermənistan müxalifətinin gücü və potensialı daxilində olan hadisələr deyil.

- İrəvanı Rusiyanın qarışdırdığı iddiası da var. Bəs Kremli nə narahat edir: Ermənistan və Azərbaycan, eləcə də Ermənistan və Türkiyə arasında gedən danışıqlar onun narahatlığına səbəb ola biləcək həddə inkişaf edirmi? Söhbət konkret nəticələrdən gedir, bəllidir ki, Rusiya Ermənistanın bu iki ölkə ilə əlaqələrinin bərpasında maraqlı deyil...

- Qənaətimə görə, buna indiki şəraitdə önləyici tədbirlər kimi də yanaşmaq olar. İki hal var: əgər hakimiyyət dəyişikliyi olacaqsa, birmənalı şəkildə Rusiyadan idarə olunan siyasətçilərin iqtidara gəlməsinə şərait yaranacaq. Bu olmasa, baş verənlər Paşinyan hakimiyyətində qorxu yaradacaq ki, bu da son nəticədə onu müəyyən addımlardan çəkinməyə sövq edə bilər. Paşinyanın zəif xarakterli siyasətçi olduğu Rusiyanın siyasi texnoloqlarına bəllidir. Yəni bu aspektdən olan addımlarla Paşinyanı birbaşa Brüsselin vasitəçiliyi ilə həyata keçirilməsi nəzərdə tutulan sülh müqaviləsinin imzalanması üzrə danışıqlardan yayındırmağa çalışırlar.

Vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər biri sülh prosesinin irəli getməsinə imkan verməməyə çalışırdı, onlar Cənubi Qafqazda daimi sülh istəmirdilər, münaqişənin qalmasını istəyirdilər ki, bölgə ölkələrinə təsir vasitələrini əllərində saxlaya bilsinlər. Aşkar formada olmasa da, tərəflər dolayı yolla status-kvonun saxlanılması yönündə razılaşmışdılar. Amma indi qabarıq şəkildə bir-birinə mane olduqları özünü göstərir. Çünki bölgədəki reallıq dəyişib. Rusiya da belə bir durumda, xüsusən də Ukraynada apardığı hərbi əməliyyatlar kontekstində Cənubi Qafqazda daimi sülh və sabitliyin əldə olunmasında maraqlı deyil. İndi əsas diqqətini Ukraynaya yönəltdiyi üçün buradakı prosesləri müvəqqəti də olsa, dondurmaq istəyir.

- Bəs İrəvandakı son gəlişmələr Paşinyanın mövqeyində dəyişikliyə səbəb ola bilərmi?

- Onsuz da Nikol Paşinyanın mövqeyində dəyişikliklər nəzərə çarpmaqdadır. Paşinyan Brüsseldəki görüşdən sonra başqa açıqlamalar verdi, Moskva görüşündən sonra isə tamam əks istiqamətdə fikirlər səsləndirdi. Amma Brüsseldən olan telefon zənglərindən sonra yenidən mövqelərində müəyyən qədər də olsa, dəyişiklik əmələ gəldi. Yəni Paşinyan indi situasiyaya uyğun oynamağa çalışır. Qərbdən təzyiq gəlirsə, bu təzyiqləri azaltmaq üçün manevrlər edir, Rusiyadan təzyiq olursa, bunu azaltmaq üçün addımlar atır. Nəticədə prosesdə dəyişikliyin şahidi olmuruq.

Hesab edirəm ki, Paşinyanın nə qədər geri çəkilmək potensialına diqqət etmək lazımdır. Yəni hara qədər geri çəkilə bilər? Mahiyyət etibarilə, onun tamamilə geri çəkilməsi hakimiyyətinin indikindən daha zəif duruma düşməsi deməkdir. Əgər indiki şəraitdə revanşist qüvvələr hakimiyyət dəyişikliyinə nail olmaq istiqamətində cəhdlər göstərsələr, əks qüvvələrin ortaya çıxmasını görə bilərik. Yəni biz onlara qarşı əks qüvvələrin olduğunu da nəzərə almalıyıq. Əks qüvvələr də revanşistlərdən heç də az deyil, bəlkə də daha çoxdur. Nikol Paşinyanı hakimiyyətə gətirən qüvvələr və onların daxildəki təmsilçiləri kifayət qədər fəaldır. Yəni revanşistlər hakimiyyəti dəyişmək üçün addım atsalar, ciddi qarşıdurma baş verə bilər.

Ermənistan əhalisinin əhəmiyyətli hissəsi də revanşistlərin hakimiyyətə gəlməsində maraqlı deyil. Çünki onların hakimiyyətə gələcəyi təqdirdə müharibənin qaçılmaz olacağı, həmçinin Ermənistanın indikindən daha ağır duruma düşəcəyi şübhə doğurmur. Paşinyanın təəbirincə desək, Ermənistan yenidən “qurbanlıq qoyun” rolunu oynamağa davam edəcək. Yəni növbəti dəfə geosiyasi oyunların güdazına gedəcək. Buna görə də, qarşı tərəfin asanlıqla geri çəkiləcəyini gözləmirəm. Hətta ola bilsin ki, indikindən daha sərt tədbirlər həyata keçirilsin. Bu sərt tədbirlərin də beynəlxalq miqyasda ciddi rezonans doğuracağını da gözləmirəm. Əksinə, Paşinyan revanşistlərə qarşı atacağı sərt addımlara görə təqdir olunacaq. Əlbəttə insan haqları və azadlıqlarının pozulması kimi də qiymətləndiriləcək. Bir sözlə, biz Moskvanın ikili və ənənəvi qaydada simasız oyunlarının şahidiyik.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrəvanda yeni etiraz aksiyası başladı

    İrəvanda yeni etiraz aksiyası başladı ...

    16-11-2020, 19:04

  • 
  • Paşinyanın tərəfinə keçdilər - Partiyasından Sərkisyana xəyanət

    Paşinyanın tərəfinə keçdilər - Partiyasından ...

    10-10-2018, 13:23

  • 
  • Paşinyana sui-qəsd planı istisna olunmur: - “Amma Rusiyanın hələ yeni namizədi yoxdur”

    Paşinyana sui-qəsd planı istisna olunmur: - “Amma ...

    30-12-2020, 12:36

  • 
  • “Qarabağ klanı” son “qala”nı qoruyur - GƏLİŞMƏ

    “Qarabağ klanı” son “qala”nı qoruyur - GƏLİŞMƏ ...

    3-10-2019, 15:47

  • 
  • Kreml Paşinyan üçün plan hazırlayır - GƏLİŞMƏ

    Kreml Paşinyan üçün plan hazırlayır - GƏLİŞMƏ ...

    17-10-2019, 12:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu