Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində 6 ədəd böyük gəmi minası aşkarlanıb. Minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi sürücülüyü üçün müvəqqəti bağlanılıb. Minaların mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə zərərsizləşdirilməsi planlaşdırılıb. Həmçinin, axtarış tədbirlərinin davam etdiriləcəyi deyilib. Daha sonra açıqlama verilib ki, minalar keçmiş SSRİ dövründə minalanma standartlarına tam əməl edilmədən suya atılıb.
Gundemxeber.az-ın məlumatına görə, politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, ümumiyyətlə, tapılan mina indiki situasiyada təsadüfi deyil. Ekspertin sözlərinə görə, Xəzər dənizi hərbi qarşıdurma meydani deyil və belə bir münaqişə yaxın perspektivdə olmayıb:
“Xəzər dənizində Azərbaycanın strateji neft yataqları var və Azərbaycan iqtisadiyyatının ürəyi burada yerləşir. İddiaların olması təbiidir. Əlbəttə, buna görə birbaşa Rusiyanı ittiham etmək doğru olmaz. Amma, bunun arxasında müəyyən qüvvələrin olması mümkündür. Məqsəd Azərbaycanı təhdid etməkdir. Görünən odur ki, bununla bağlı dəqiq informasiya ictimaiyyətə verilməyəcək. Ancaq bəlli olan odur ki, Azərbaycanı təhdid edirlər. Rəsmi Bakıya indiyə qədər təhdidlər təkcə Rusiyadan olub. Xəzərin Azərbaycan hissəsində, özü də 60 metr dərinlikdə minaların aşkarlanması sıradan məsələ deyil. Ölkəmizə mesaj verilir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?