Gundemxeber.az » Müsahibə » Sahil Babayev Qaziləri şəxsən QARŞILAYACAQ? - AÇIQLAMA
“Bizə dövlət tərəfindən hər cür dəstək göstərilib və bu dəstək davam edir. Millətimiz, torpağımız və dövlətimiz üçün döyüşüb sağlamlığımızı itirmişik. Bu gün də dövlətimizin, millətimizin yanındayıq. Heç kim hansısa radikal qüvvələrin oyununa getməsin. Buna qarşıyıq. Aksiyadakı şəxslərin, qapı qıranların kim olduğunu araşdırsanız, bütün sualların cavabı aydın olacaq. Kim öz mədəniyyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedərsə, qarşılanar. Kim qapı qırmağa gedib, şou düzəldirsə, bu, onun öz mədəniyyətidir. Xüsusi Təyinatlı Qüvvələrdən indiyə kimi hələ heç kim harasa, kiməsə satılmayıb. Bizim şərəfimiz mənliyimizdir!”
Gundemxeber.az xəbər verir ki, bu sözləri Pravda.az-a Vətən Müharibəsi qazisi Namiq Seyfəddinli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qazilərlə təşkil olunmuş görüş barədə danışarkən deyib.
N.Seyfəddinli qeyd edib ki, döyüşdə ön xəttdən 500-dən çox yaralı təxliyə edib, kimsə bədəninə bir cızıq düşmədən, döyüşmədən əlillik diaqnozunun təyin edilməsini istəyirsə, bu, qazilərin haqqına girməkdir: “Biz müharibədə ona görə qalib gələ bildik ki, “dəmir yumruq” kimi bir və möhkəm idik. Kimsə bu birliyi parçalasa, bizi məğlub etmiş olar. Həmişə də yumruq kimi qalib Ali Baş Komandanın ətrafında birləşməliyik. Növbəti dəfə keçiriləcək görüşə aksiyada qapı qıranlar da dəvət olunacaqlar, nazirliyin rəhbər şəxsləri özləri onları qarşılayacaqlar. Qaranlıq heç nə qalmasın deyə çəkiliş də olacaq. Bütün jurnalistlərimizdən xahiş edirəm ki, təxribat törətmək istəyən şəxslərə mane olsunlar. Xalqı düzgün maarifləndirsinlər ki, hər kəs nəyin necə olduğunu bilsin. Axı 11 500 yaralının hər biri əlil olmayıb. Onların arasında yüngül yaralananlar da, tam sağalanlar da, əlil qalanlar da var. Kim əlil olubsa, ona əlillik təyin olunur, hər bir dəstək göstərilir. Şou göstərənlər isə, sadəcə, qazi adımızı batırırlar…”
GUNDEMXEBER.AZ
25-01-2019, 17:25
16-11-2018, 11:41
7-06-2022, 11:31
1-12-2020, 09:45
5-08-2016, 00:23
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?