GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Qaziz Abışev: “KTMT Qazaxıstana lazımdır, Rusiya dairələri Astananın siyasətindən qıcıqlanırlar”

Qaziz Abışev: “KTMT Qazaxıstana lazımdır, Rusiya dairələri Astananın siyasətindən qıcıqlanırlar”

Tarix: 21-06-2022, 10:27 Bölmə :Müsahibə Baxış: 310

Bu yaxınlarda başa çatmış 24-cü Peterburq Beynəlxalq İqtisadi Forumu Rusiya prezidenti V.Putinlə Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin mövqelərinin birbaşa toqquşması ilə tarixdə qalacaq. Qazaxıstan prezidenti moderator Marqarita Simonyanın təxribatçı sualının cavabında bildirib ki, Rusiyanın Ukraynada yaratdığı "xalq respublikaları"nı tanımaq niyyətində deyil. Bunun cavabında Putin qeyd edib ki, bütün keçmiş sovet respublikaları "tarixi Rusiya" olan SSRİ-yə daxil olublar. Qeyd edək ki, Ukraynaya təcavüz ərəfəsində Putin xalqa Kremlin tarixi Rusiya torpaqlarını geri qaytardığını izah edib. Qərbdə Putinin tarixi torpaqlarla bağlı söylədiyi fikirləri Qazaxıstana təhdid kimi qəbul ediblər, bundan öncə RF Dövlət Dumasında və KİV-də bu ölkədə "Rusiya torpaqları" haqda söylənilən göstərişləri yada salıblar.

Forumun sonunda Çeçenistan rəhbəri Ramzan Kadırov qazaxların əleyhinə çıxış edib, onları separatçı respublikaları tanımamaqda qınayıb və Qazaxıstan ərazisində Rusiya yüklərinin (1,7 min vaqon Rusiya kömürü) blokadaya alınması barədə məlumatlar yayılıb.

Astanadan olan siyasi şərhçi Qaziz Abışev Turan-ın suallarını cavablandırıb.

- İstər Sankt-Peterburqdakı çıxışlardan, istərsə də Forum öncəsi bir çox hallardan belə təəssürat yaranır ki, Rusiya və Qazaxıstan arasında münasibətlər gərgindir. Bu, belədirmi?

Qaziz Abışov- Rusiyanın mürtəce dairələrində təbii ki, Rusiyanın tərəfində münaqişəyə cəlb olunmayan, həm Moskva, həm də Kiyev, Brüssel və Vaşinqtonla yaxşı münasibətləri saxlayan Qazaxıstanın mövqeyindən qıcıqlanırlar. Bununla yanaşı, Rusiyada Qazaxıstanın özünü niyə məhz belə apardığı başa düşülür: Qazaxıstanlı passionarilərin Ukraynapərəst əhval-ruhiyyəsi, təkrar sanksiyalar təhlükəsi, həmçinin Ukraynaya qarşı əməliyyatın  başlanmasını müttəfiqlərlə razılaşdırmayan, özündə hərbi vəziyyət tətbiq etməyən və kömək  üçün Qazaxıstana rəsmən müraciət etməyən Rusiyanın ikili mövqeyi.

Kadırovun çıxışı mütləq Putinin reaksiyası deyil. Kadırov  öz fikrincə, Putinin nəyi bəyənə biləcəyini deyə bilər. Yəni, bu, Kadırovun anladığı kimi Putinin mövqeyini müdafiə etmək üçün öz təşəbbüsü ola bilər. Dövlət Dumasının deputatı Zatulin də analoji mesajı verib ki, Qazaxıstanla da "Ukrayna kimi" davranmaq mümkündür. Lakin Federasiya Şurasının birinci vitse-spikeri, Vahid Rusiya Partiyasının Baş Şurasının katibi Turçak yazıb ki, xarici siyasətə cavabdeh olmayan məmurların təxribat xarakterli şərhlər verməməsi daha yaxşı olar (Kadırova eyham).

Zatulinə isə birbaşa deyib ki, MDB ölkələrilə münasibətləri möhkəmləndirməklə məşğul olsa daha yaxşı olar. Başqa sözlə, Kadırov və Zatulinin fikirləri, sadəcə, stavkaların artırılması üçün emosional oyun və Putinin inspirasiya etdiyi hücumdan

daha çox özünü böyük qırğı kimi ifadə etmək ola bilər.

- Qazaxıstan daxili müxalifət qüvvələrini neytrallaşdırmaq üçün ölkənizə qoşun yeridən KTMT-nin üzvüdür. Kadırovun, daha əvvəl isə M.Simonyanın çıxışlarında birbaşa deyilirdi ki, Qazaxıstan KTMT-nin üzvü kimi Ukraynada “xalq respublikaları”nı tanımalıdır. Bu təşkilata üzvlük Qazaxıstanın nəyinə lazımdır?

- KTMT-nin Qazaxıstan, eləcə də MDB, qismən də Avrasiya İqtisadi Birliyi üçün əsas funksiyası Qazaxıstanı bir növ imperiya ekspansionist yüksəlişi yaşayan Rusiyanın iddialarından qorumaqdır. Bu perimetrin daxilində olan Qazaxıstan özünün Rusiya hərbi-siyasi maşınının potensial hədəfləri siyahısına düşməsinin qarşısını alır.

Digər məqsəd dövlət qəflətən səndələyərsə, Cənubdan və daxildən terror hücumundan sığortadır. Bu funksiyaların hər ikisi yerinə yetirilir, ona görə də hələ ki KTMT-dən çıxmağa ciddi ehtiyac yoxdur.

- Astananın Rusiya yüklərinin daşınmasına qadağa qoyması barədə məlumat nədir?

- Rusiya yüklərinin Qazaxıstan ərazisilə tranzitinə qadağa qoyulması çox güman ki, saxta məlumatdır, Sənaye Nazirliyi artıq bu şayiələri təkzib edib. Qazaxıstan və Rusiya münasibətlərinin səviyyəsi bu cür kəskin ziddiyyətlərin yaranmasını nəzərdə tutmur, məmurlar məsələləri işgüzar qaydada həll etməyə qadirdirlər


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rus deputat əsl niyyəti açıqladı: “Keçmiş respublikaları ələ keçirək, “Böyük Rusiya”nı bərpa edək” - VİDEO

    Rus deputat əsl niyyəti açıqladı: “Keçmiş ...

    27-11-2015, 19:39

  • 
  • Qazaxıstanda növbədənkənar prezident seçkilərinin tarixi açıqlandı - YENİLƏNİB

    Qazaxıstanda növbədənkənar prezident seçkilərinin ...

    9-04-2019, 12:36

  • 
  • “Biz SSRİ-ni bərpa etmək istəmirik”

    “Biz SSRİ-ni bərpa etmək istəmirik” ...

    25-05-2014, 13:14

  • 
  • Putin getdi

    Putin getdi ...

    14-08-2013, 00:47

  • 
  • "ABŞ-ı başa düşmürəm…" - Putin

    "ABŞ-ı başa düşmürəm…" - Putin ...

    15-10-2015, 21:58


Təqvim

«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

İyul 2022 (62)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu