Görünür, ABŞ-ın Rusiya ilə müzakirə edəcəyi heç bir məsələ yoxdur.
Bu sözləri Astanada Qazaxıstan prezidenti ilə görüşdən sonra jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin deyib. O, ABŞ-ın Suriya məsələsində Rusiya nümayəndə heyəti ilə görüşdən imtina etməsini tənqid edib:
“ABŞ-ın həm birbaşa dialoq qurmağı rədd edib, həm də ölkəmizin Suriyadakı əməliyyatını tənqid etməsini başa düşə bilmirəm. Görünür, müzakirə ediləcək heç bir məsələ yoxdur. Buna baxmayaraq, qapılarımız açıqdır. Bu çətin prosesin bütün aktyorları ilə danışmağa ümid edirik”.
Qeyd edək ki, ABŞ Rusiya heyətinin Suriya məsələsi ilə bağlı Vaşinqtona səfər etməsinə icazə verməyib.
Sorğu
Yeni dizaynımız necədir?