Özünü yandıran Elvin Cəfərov belə demişdi bir müsahibəsində.
Mauqli Elvin Cəfərovun cəbhə yoldaşı xəstəxananın həyətində ağlayaraq dəhşətli bir cümlə işlətdi:
“Bizi burda ağlatdılar, burda, erməninin döyüş meydanında edə bilmədiyini müharibədən sonra bizimkilər etdi”.
Özünə yandıraraq qəsd edən Elvin Cəfərov isə görün necə döyüş yolu keçib.
Əsl cəngavər idi.
O, cəbhə yoldaşları arasında “Mauqli” ləqəbi qazanmışdı.
Elvin Cəfərov bu adı necə qazandığı barədə bunları demişdi:
“Xüsusi təyinatlıların cərgəsinə qoşulmaq istəyirdim. Bunun üçün məni test etdilər. Ermənilərin Laçın meşələrindəki ağacların üstünə yerləşdirdikləri kameraları gətirmək tapşırığı aldım. Bir saat müddətində 5 kamera gətirə bilsəm, mən arzuma çatacaqdım. Bu tapşırığı mənə ona görə verdilər ki, kameralar bizi çəkirdi, emənilər harada olduğumuzu görüb vururdular.
Ağacların başından xeyli kamera yığdım. Beş kameranı komandirə təhvil verdim. Komandır bildirdi ki, sınaqdan keçmək üçün gərək heç olmasa 6 kamera gətirəydin. Üst geyimimin düyməsini açıb kameraları göstərəndə heyrət etdilər. Əlavə 20-dən çox kamera gətirmişdim. Beləcə, xüsusi təyinatlıların cərgəsinə qoşularaq ən ağır döyüşlərdə oldum”.
Müharibədə kəllə-beyin travması alan, sol böyürəyi sıradan çıxan, nitq və görmə qabiliyyətini itirən (sonradan bir qismi bərpa olunub) Elvin Cəfərov:
“Yaxınlığıma çox sayda mərmilər düşüb. O dəhşətləri canımla, qanımla yaşamışam. Həmin günlər ərzində kəllə-beyin travması almışam, sol böyrəyim sıradan çıxıb. Gözüm yaxşı görmür, qulağım zəif eşidir. Ən böyük travma isə dostlarımın ölümünə şahidlik etməyim idi. Bu qədər ağrı-acını asanlıqla unutmaq mümkün deyil. Döyüş meydanından çiynimdə 70-dən çox şəhid, 20-dək yaralı çıxarmışam”. (c)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?