GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qarabağ Qazisindən icra başçısına: "Nolar... süpürgəçilik də olsa, bir iş verin" - 052-nin döyüşçüsü GİLEY EDİR

Qarabağ Qazisindən icra başçısına: "Nolar... süpürgəçilik də olsa, bir iş verin" - 052-nin döyüşçüsü GİLEY EDİR

Tarix: 16-06-2021, 11:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 333
Qarabağ Qazisindən icra başçısına: "Nolar... süpürgəçilik də olsa, bir iş verin" - 052-nin döyüşçüsü GİLEY EDİR


“Müharibədən öncə günü 10 manata fəhləlik edirdim, indi o qədər travmalarım, problemlərim yaranıb ki, mümkün deyil. Getdiyim yerlərdə də deyirlər: “Əsəbisən”. Nə edim, ailəmi necə dolandırım, bilmirəm”.

Gundemxeber.Az DİA.AZ-a istinadla xəbər verir ki, Sabirabadın Qalağayın kəndinin sakini Elvin Cəfərov belə deyir. O, İkinci Qarabağ Müharibəsi iştirakçısıdır, 39 gün döyüşdüyünü söyləyir:

“Vətənimə canım da qurban. Travmalarım, problemlərim var, amma sabah yenidən döyüş olsa, bir də gedərəm. Şükür iki əlim, iki ayağım yerindədir. Amma indiki dövrdə də ailəmi dolandırmalıyam axı. Onu necə edim, bilmirəm. Anamın 78 yaşı var, onun ümidinə qalmışıq, bizə baxa bilmək üçün alağa gedir. Çöldə-bayırda fəhləlik edir, gətirir ki, mənim ailəm dolansın. Bu, mənə çox ağırdır və əlimdən nəsə gəlməməyi pis incidir”.

Elvin Cəfərov anasının həftədə bir neçə dəfə işə getdiyini söyləyir. Gününə 8-10 manat arası qazanır. Bununla da 5 nəfər çox çətinliklə dolanırlar:

“Anam pensiya da alır, düzdür. Onun da yarıdan çoxu müharibədən əvvəl uşaqların müalicəsi üçün bankdan götürdüyümüz kreditə çıxır. Mən demirəm ki, kimsə ailəmi saxlasın, mənə pul versin. İşlə təmin etsinlər, bəsimdir”.

Elvin müharibəyə könüllü gedib. Deyir, oktyabrın 1-də çıxıb evdən. Əvvəlcə Ağcabədidə 4 günlük təlimdə olub. Ordan 98 nəfər könüllü ilə bərabər döyüşə yollanıb:

“Döyüşlərdə sonacan iştirak etdim. Bu zaman kəllə-beyin travması almışam, sol böyrəyim sıradan çıxıb. Gözüm yaxşı görmür, qulağım eşitmir. 39 gün ərzində yanıma saysız-hesabsız mərmi düşüb. O dəhşətləri canımla-qanımla yaşamışam. Ən böyük travma isə dostlarımın ölümünə şahidlik etməyim idi. Bu qədər ağrı-acını asanlıqla unutmaq mümkün deyil. Kaş bunu anlaya, bizə müvəqqəti də olsa, dəstək verələr. Elə ailəmizi dolandıra biləcəyimiz işlə təmin etsələr, bəsdir”.

Elvin Cəfərov müharibədə “mauqli” ləqəbi qazanıb. Deyir, xüsusi təyinatlıların sırasına qoşulmaq üçün onu test ediblər. Ermənilərin Laçın meşələrindəki ağacların üstünə yerləşdirdikləri kameraları gətirmək olub aldığı tapşırıq. Ağacların başından xeyli kamera yığıb. Beləliklə, adı “mauqli” qalıb:

“Kameralar bizi çəkir, harada olduğumuzu görür vururdular. Tapşırıq aldım ki, 1 saata 5 kamera gətirim. Bu müddətdə o qədər kamera gətirə bilsəm, məni 052-yə qoşacaqdılar. Getdim, 5 kameranı gətirdim. Komandir dedi ki, sınaqdan keçməmisən. 5 tapşırıblarsa, heç olmasa 6 dənəsini gətirməliydin. Bu zaman üst geyimimin düyməsini açdım. İçində yalan olmasın 20-dən çox kamera var idi. Beləcə 052-nin sıralarına qoşuldum. Həmin gündən də ən ağır döyüşlərə girdim”.

“Mauqli” ləqəbi Elvinin xoşuna gəlir. Deyir, sevdiyi personajdır və zəhmətinin bəhrəsi ilə qazanıb bu adı:

“Can qoyduq, ürəklə döyüşdük. Olsa yenə gedərəm, vətəndir, başqa heç nəyə bənzəmir. Amma o da həqiqətdir ki, dəyər verənimiz yoxdur”.

34 yaşlı Elvinin 2 oğlu var. Deyir, bayramlarda qapısını xeyirxah insanlar açır. Amma o bunu dövlətindən gözləyir:

“Gələndən işsizəm. Deyirlər: “Kontuziya almısan, əsəbisən”. Heç yerdə işə götürmürlər. Bəs mən balalarımı nə ilə dolandırmalıyam, deyən yoxdur. Veteranlığa görə müavinət də olsun 80 manat. Onunla bir ailə dolana bilərmi? Gün ərzində cəmi 11-12 dəqiqə yata bilirəm. Yuxularımı qarışdırıram deyə, yatmaqdan qorxuram. Getmədən öncə mühafizədə işə düzəlmək üçün heyvan satıb 2500 manat vermişdim. İndi görürəm ki, mənlik iş deyil. Ancaq həmin o əlimlə verdiyim pulun arxasınca ayağımla düşmüşəm, geri ala bilmirəm. Hər tərəfdən əlim üzülüb, qalmışam ortalıqda”.

Elvin Cəfərov deyir ki, bir neçə dəfə iş üçün Sabirabad Rayon İcra Hakimiyyətinə də gedib. Ancaq kömək etməyiblər:

“Hər dəfə yola verib, göndərirlər. Axırıncı dəfə dedim ki, nolar süpürgəçilik də olsa, bir iş verin. Onu da vermədilər. Daha o qapıya getməmək qərarı almışam. Gedirəm, əsəbiləşirəm, şəkərim qalxır 350-380-nə. Halım pisləşir, çətinliklə özümə gəlirəm. Onu da deyim ki, mən şəkəri də hərbidə tapmışam. Gedəndə 87 kilo idim, indi 58-ə düşmüşəm”.

Elvin Cəfərov deyir ki, maraqlanmırlar, iş vermirlər, heç olmazsa lazım olan müalicələri etdirsinlər:

“Bu problemlərin, xəstəliklərin heç biri mənim başıma evimin içində gəlməyib axı. Niyə müalicəni özüm etdirməliyəm? Açığı heç gücüm də çatmır. Sığorta haqqı verilməlidir, heç onu da ala bilməmişəm. Veteranlıq üçün veriləcək təqaüdün kartına görə bizdən 10 manat yığdılar. Yəni kart nədir ki, onu da bizə pulsuz vermədilər”.

Elvin Cəfərovun bədəninin bəzi yerlərində qəlpələr qalıb. Deyir, ona görə də müalicə, əməliyyat lazımdır, amma imkanı yoxdur:

“Əlbəyaxa döyüşə qədər hər şeyə girmişəm. İnanın, orda bəzən siqareti pulla alırdıq. Amma Paşinyan bizim adamdır. Şuşada, Laçında bizə dolu mağazalar qoymuşdu, ordan hər şeyi pulsuz götürürdük (zarafat edir, gülür)”.

Elvin Cəfərov deyir ki, döyüş zamanı çiynində 70-dən artıq şəhid, 20-dək yaralı çıxarıb. Videoları da var, inanmayan baxa bilər:

“Tik-Tokda da belə videolarım var, kürəyimdə şəhid, yaxud yaralı qaçıram. Ermənilər minomyot və snayperlə çox yaxşı işləyirdilər. Hədəfi uzaqdan çox yaxşı vururdular. Bir gün çox yaxınıma mərmi düşdü və dilim batdı. Uzun müddət danışa bilmədim. Gələndən sonra qardaşım aldı iynə-dərmanımı. Ondan sonra dilim açılmağa başladı”.

Elvin Cəfərov deyir ki, arada evdəkilərdən gizlin gedib yük daşıyır. Hazırki dövrdə fəhləlik etmək ona çətindir, amma başqa şansının olmadığını söyləyir:

“O gün evdə heç kimə demədim. Getdim, dəmir yolunun yanında günü 8 manata qum daşıdım. Evdə desəydim, qoymayacaqdılar. Nə deyim, bilmirəm. Ölümə qol çəkmişdik. Axırı da bu oldu”.

Elvin Cəfərov Füzuli, Qubadlı, Hadrut, Xocavənd, Şuşa-Laçın dəhlizi istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Deyir 34 yaşı var, gördüklərini isə bundan sonrakı 34 il danışsa, bitməz:

“Bir dostum var, döyüşdə bir yerdə idik. O da könüllü getmişdi. Bizim kənddə yaşayır. Aldığı zədələrdən sonra beynindən irin tökülür, burnundan, qulaqlarından gəlib çıxır. Bayram günü baxıram ki, ağlayır. Soruşuram, bayramdır, camaat deyir, gülür, sən niyə ağlayırsan? Deyir: “Balamı öpə bilmirəm, nə bayram? Qızım „ata, səndən pis iy gəlir“ deyir”. Donub qaldım. Deməyə sözüm yox idi. Baxmırlar, saymırlar, kömək etmirlər, qiymət vermirlər”.

Elvin Cəfərov deyir ki, döyüşdən əvvəl 1 hektar ərazidə pambıq əkibmiş. Anası ilə birgə nəzarət edirmişlər:

“Mən getdim, anam tək bacara bilmədi. Bir gün getdi, 5 gün gedə bilmədi. Yığdılar, oğurladılar apardılar. O da qaldı ağzıgünə. İndi çox şey istəmirəm ki, iş versinlər deyirəm. Balalarım var, yaxşı yaşamaq onların da haqqıdır”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Beynəlxalq Bank" 2-ci qrup əlili incidir - GİLEY

    "Beynəlxalq Bank" 2-ci qrup əlili ...

    22-10-2020, 13:50

  • 
  • “Ailəmi dolandıra bilmirəm, maaş almamaq mənə çox çətin başa gəlir” - NARAZILIQ...

    “Ailəmi dolandıra bilmirəm, maaş almamaq mənə çox ...

    23-11-2020, 11:17

  • 
  • "Məndə torpağın sənədləri var, sübutum var..." - GİLEY

    "Məndə torpağın sənədləri var, sübutum ...

    19-03-2021, 11:46

  • 
  • "Nə qazanıram ki, mənə 190 manat düşmür?" - GİLEY

    "Nə qazanıram ki, mənə 190 manat ...

    18-01-2021, 10:33

  • 
  • Vilyam Hacıyev şikayətlərə belə baxır... - "Lap istəyirsən, get, dilən..."

    Vilyam Hacıyev şikayətlərə belə baxır... - ...

    7-03-2020, 15:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu