GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Dörd qardaşı ilə birlikdə döyüşən qazi: "Milli ruhda böyüməyimizdə atamızın və müəllimlərimizin böyük rolu olub"

Dörd qardaşı ilə birlikdə döyüşən qazi: "Milli ruhda böyüməyimizdə atamızın və müəllimlərimizin böyük rolu olub"

Tarix: 20-07-2022, 13:36 Bölmə :Müsahibə Baxış: 647

"Bu gün şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən göstərilən diqqət təqdirəlayiqdir. Mən özüm də bir qazi kimi məhz bu qayğı ilə əhatə olunmuşam".

Gundemxeber.az bildirir ki, bu sözləri "Report"a açıqlamasında Vətən müharibəsi qazisi Faiq Nadirli deyib.

O vurğulayıb ki, Vətən müharibəsində iştirak edən bütün şəhid və qazilər əsl fədakarlıq, cəsarət və qəhrəmanlıq nümayiş etdirib. Qazimizin sözlərinə görə, məhz Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi şücaəti sayəsində düşmən ya məhv edilib, ya da hərbçilərimizin gücü qarşısında tab gətirə bilmədikləri üçün qaçıblar

F.Nadirli bildirib ki, düşməni torpaqlarımızdan qovan Azərbaycan hərbçisinin nümayiş etdirdiyi döyüş bacarıqları dünya hərb tarixinə qızıl hərflərlə həkk olunub:

"Biz Azərbaycan döyüşçüləri olaraq hər zaman bununla fəxr etmişik və qürur duymuşuq. Biz məhz İkinci Qarabağ müharibəsindəki qəhrəmanlıqlarımızla bütün dünyaya necə cəsur xalq olduğumuzu göstərmiş olduq".

Hər zaman hərbiyə və orduya marağı olan qazimiz deyir ki, hələ uşaq vaxtlarından qardaşları ilə birlikdə vətənpərvərlik ruhunda böyüyüblər. Onun sözlərinə görə, bu ruhda böyümələrində həm valideynlərinin, həm də orta məktəb müəllimlərinin böyük rolu olub. Müsahibim bildirir ki, vətənpərvər və milli ruhda böyüməsinin əsl səbəblərindən biri də atasının müəllim olmasıdır:

"Çünki atam həm evdə, həm də məktəbdə bizə əsl və layiqli vətəndaş olmağın yollarını öyrədib. Bizə dövlətimizə, xalqımıza və millətimizə sadiq vətəndaş olmağı aşılayıb, öz bilik və bacarıqlarını bizə yönləndirib və bizi bu istiqamətdə tərbiyələndirib.

Qazi bildirir ki, məhz bunun sayəsində Vətən müharibəsi başlayandan daha üç qardaşı ilə birlikdə döyüşlərə qatılıb. Belə ki, Faiq, Kənan, Novruz və Zəkan Nadirli qardaşları Vətənimizin, torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdiriblər. Amma döyüşlərin şiddətli vaxtında qardaşı Kənanın şəhidlik zirvəsinə ucaldığını bildirən qazimiz özü ilə birlikdə digər qardaşlarının isə yaralandığını qeyd edib.

Qorxmaz və mərdliyi ilə seçilən F.Nadirli şəhid və qazi qardaşları ilə fəxr etdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə həm özü, həm də qardaşları müxtəlif medallarla təltif olunub.

Hazırda "Azərpoçt" MMC-nin Cəlilabad Regional Poçt filialının Kövüzbulaq kənd poçtunda çalışan qazimiz Azərbaycan xalqına xidmət etməklə qürur hissi duyduğunu bildirib:

"İşimdən razıyam. Çünki sevdiyim peşədir, xalqıma xidmət edirəm. Ona görə də işimdən yorulmuram. Ümumiyyətlə düşünürəm ki, xalqa xidmətə yönəlmiş hər bir peşənin sahibi işindən yalnız və yalnız zövq almalıdır. Bu cür mehriban kollektivdə çalışmaq, fəaliyyət göstərmək və xidmət etmək bizə daha da stimul verir".

Qeyd edək ki, Nadirli Faiq İlqar oglu 1996-cı ilin iyunun 23-də Cəlilabad rayonun Kövüzbulaq kəndində anadan olub. O, 2014-2016-cı illərdə N saylı hərbi hissədə o zamankı ön xətdə həqiqi hərbi xidmət keçib.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Prezidenti: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”

    Azərbaycan Prezidenti: “Biz döyüş meydanında ...

    26-10-2020, 13:06

  • 
  • Masallıda Novruz bayramı münasibətilə şəhid və qazi ailələri ziyarət edildi - FOTOLAR

    Masallıda Novruz bayramı münasibətilə şəhid və ...

    18-03-2021, 22:36

  • 
  • Dörd oğlu Vətən Müharibəsində döyüşmüş ana: “Məğlub xalq” ifadəsini üzərimizdən götürdük”

    Dörd oğlu Vətən Müharibəsində döyüşmüş ana: ...

    12-11-2020, 16:00

  • 
  • Vətən müharibəsində Raket və Artilleriya Qoşunlarının 184 hərbçisi şəhid olub

    Vətən müharibəsində Raket və Artilleriya ...

    9-02-2021, 11:48

  • 
  • “Təcili surətdə peşəkar ordu yaradılmalıdır” - Boşluqlar var

    “Təcili surətdə peşəkar ordu yaradılmalıdır” - ...

    25-01-2021, 13:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu