GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İlham Əliyevin Ərdoğana salamlarını Putin niyə söylədi? - rəylər

İlham Əliyevin Ərdoğana salamlarını Putin niyə söylədi? - rəylər

Tarix: 21-07-2022, 11:07 Bölmə :Müsahibə Baxış: 735


Rauf Arifoğlu: “Putin belə bir jestin Ərdoğana xoş gələcəyini düşünərək bu cür danışıb”


Tehranda keçirilən Astana üçlüyünün sammiti dünyanın diqqət mərkəzində idi.  Sammitdə maraqlı açıqlamalar, münasibətlərin aydınlaşdırılması, o cümlədən də kuryoz hadisələr yaşanıb. Həmin maraqlı hadisələrdən biri də Rusiya və Türkiyə prezidentlərinin ikili görüşündə yaşanıb. Belə ki, görüş zamanı V. Putin deyib ki, bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşüb. Və sonra da sosial medianın Azərbaycan seqmentində dərhal müzakirələrə, tənqidlərə səbəb olan bu sözləri söyləyib: “Sizə Əliyevdən böyük salam gətirmişəm”.

Putin bu sözləri niyə söylədi? İki qardaşın birindən digərinə salamını bir rus prezident niyə gətirməlidir? Bu ifadələrlə Putin nə demək istəyib? “Azərbaycan mənimlədir, mənim yanımdadır” mesajımı verildi?

Gec saatlar olsa da, sosial mediada məhz bu suallar istiqamətində şərhlər və müzakirələr, hətta mübahisələr vüsət götürdü.

Təhlükəsizlik eksperti İlham İsmayıl özünün facebookdakı hesabında bunu “Putinin təxribatı” adlandırıb. Sitat: “Tehranda Türkiyə prezidenti Ərdoğanla görüş zamanı Rusiya prezidenti Putin açıq təxribata əl atıb. Putin bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşdüyünü xatırladıb və Türkiyə prezidentinə ”Sizə ondan böyük salam var" deyib.

İlham İsmayıl: “DTX nəhayət peşəkara həvalə edildi”

İlham İsmayıl

Putin bununla nə demək istəyib? Azərbaycan Prezidenti Rusiyaya Türkiyədən daha yaxındırmı? Türkiyədən çox Rusiya iləmi problemlərimizi bölüşürük? Bu, keçməyən təxribatdır. Bunu həm Türkiyənin, həm də Azərbaycanın sıravi vətəndaşlarından tutmuş dövlət başçılarına qədər hamı bilir ki, Türkiyə bizim üçün ən yaxın qardaş ölkədir. Rusiya isə bütün bəlalarımızın başında gəlir. Putinin bu təxribatı da indiyədək bizə qarşı yönəlmiş Rusiya təxribatlarının tərkib hissəsidir".

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO -  Sonxeber.net

Xəyal Bəşirov 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan balanslaşdırılmış siyasət yürüdür: “Bütün dövlətlər və təşkilatlarla bərabər səviyyəli münasibət qurmuşuq, qarşılığında da eynisini tələb edirik. Rusiya və Türkiyə ilə münasibətlərimiz digər ölkələrdə müqayisədə bir qədər fərqlidir. Eyni kökə malik olduğumuz üçün bu amil Türkiyə ilə dostluq, eyni zamanda müttəfiqlik münasibətlərinin qurulmasında əsas amillərdən biridir. Bu münasibətlər xüsusilə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə daha da inkişaf edib. Bunu İkinci Qarabağ müharibəsi və sonrakı dövrdə daha aydın görürük. Bütün dünya da bunun şahididir. Dövlətimiz Rusiya ilə münasibətlərə böyük önəm verir. Baş verən neqativ hadisələrə baxmayaraq, Rusiya ilə uzun illərə söykənən diplomatik münasibət var. Lakin məsələyə daha geniş baxmaq lazımdır.  Avropada 1-ci və 2-ci dünya müharibələri zamanı dövlətlər bir-birinə qarşı amansız olublar. Nəticədə ölkələr xeyli zəifləyib, iqtisadi tənəzzülə gətirib çıxarıb. Buna baxmayaraq, bu gün Avropa təşkilatlanmış region kimi diqqət mərkəzindədir. İngiltərənin baş naziri olmuş Henri Palmerstonun deyib ki, Böyük Britaniyanın daimi dostları və daimi düşmənləri yoxdur. Böyük Britaniyanın daimi maraqları var. Azərbaycan dövləti uzaqgörən siyasət yürüdür. Türkiyə ilə münasibətlər istisnadır. Rusiya və digər qonşulara, hətta işğalçılıq siyasətinə rəğmən, düşmənçilik münasibətini unudarsa, ehtiyatlı olmaqla Ermənistanla münasibətdə də eyni siyasəti yürütməyə çalışmalıyıq. Putinin səsləndirdiyi fikirlər İlham Əliyevin nüfuzunun miqyasından xəbər verir. Qonşularla maraqların uzlaşdırıldığı siyasət yürütməliyik. Təbii ki, Azərbaycanın qırmızı xətti var. Bu xətti İlham Əliyev hər zaman əsas götürüb. Bu qırmızı xətt Azərbaycan dövlətinin və xalqının milli maraqlarıdır”.

Foto Rauf Arifoglu.jpg

Rauf Arifoğlu

Bu hadisəyə dair fikirlərini Musavat.com-la bölüşən əməkdar jurnalist Rauf Arifoğlu isə tamamilə əks fikirdədir: “Putin belə bir jestin Ərdoğana xoş gələcəyini düşünərək bu cür danışıb. Ərdoğanla ikisinin ortaq dostu olduğuna işarə edib və burada mən heç bir neqativ element görmürəm. ”Oqromnıy, bolşoy privet" hər bir rusun söhbətə körpüsüdür və bu ifadə o qədər yayğındır ki, bəzi azərbaycanlılar da onu hər gün sosial mediada işlədirlər. Putinin Ərdoğana və İlham Əliyevə tövr yapacaq, təxribat edəcək halı isə yoxdur. Türkiyə və Azərbaycanı incitmək hazırda Putinin etmək istədiyi ən axırıncı şey ola bilər. Qardaş türk ölkələrinin Rusiya ilə münasibətlərinin səviyyəsi Putinin taleyini həll edə bilən amildir. Bu baxımdan, Putinin Ərdoğana Əliyevdən salam söyləməsi Tehran-22-nin ən pozitiv fraqmentlərindən biri sayılmalıdır".


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Ərdoğana zəng etdi - Yeniləndi

    Putin Ərdoğana zəng etdi - Yeniləndi ...

    29-06-2016, 15:39

  • 
  • Putin: Trampla G-20 sammitində görüş mümkündür

    Putin: Trampla G-20 sammitində görüş mümkündür ...

    16-05-2019, 11:41

  • 
  • Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Yeni il münasibəti ilə təbrik edib.

    Vladimir Putin Azərbaycan prezidenti İlham ...

    31-12-2014, 19:19

  • 
  • Putin və Obama görüşüb

    Putin və Obama görüşüb ...

    16-11-2015, 12:31

  • 
  • Trampla Putin yenidən razılaşdı - Görüş

    Trampla Putin yenidən razılaşdı - Görüş ...

    25-07-2018, 14:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu