Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla iyun ayında Yaponiyada keçiriləcək Böyük 20-lər sammitinin çərçivəsində görüşə biləcəyini bildirib.
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Putinlə Böyük 20-lər sammiti çərçivəsində görüşməyi planlaşdırır. Kremldən bildirilib ki, Putin belə görüşə razı ola bilər, lakin Moskva hələlik Vaşinqtondan belə bir görüşün keçirilməsi ilə bağlı rəsmi dəvət almayıb.
ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə axşamı Rusiyanın Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla iki saat sürən görüşdə “iki ölkənin qarşılaşdığı demək olar bütün məsələlərin” müzakirə edildiyini deyib, lakin fikir ayrılıqlarının qaldığını bildirib.
Müzakirələr zamanı İran məsələsi diqqət mərkəzində olub. Lavrov Soçidə amerikalı həmkarı ilə danışıqlardan sonra birgə keçirdiyi mətbuat konfransında deyib ki, iki ölkə arasında İranın nüvə proqramına dair bir çox fikir ayrılıqları var.
Birləşmiş Ştatlar və Rusiya bir sıra qlobal məsələlərdə maraqlara malikdirlər. Lakin iki ölkə müəyyən məsələlərdə əsas məqsəd bölüşsə də, məsələdə fərqli tərəflərdə durur.
Bu məsələrlərdən biri Suriya münaqişəsidir. Rusiya Suriya prezidenti Bəşar Əsədi dəstəklədiyi halda, Birləşmiş Ştatlar Suriyada Əsəd rejiminin süqutunu istəyən üsyançıları dəstəkləyir. ABŞ və Rusiyanın BMT-nin vasitəçiliyi ilə 2011-ci ildə başlayan münaqişəyə son qoyulması səyləri 2016-cı ildə nəticəsiz başa çatıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?