GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İsrail səfirinin paylaşımı iranlı həmkarını niyə narahat etdi? - ŞƏRH

İsrail səfirinin paylaşımı iranlı həmkarını niyə narahat etdi? - ŞƏRH

Tarix: 21-07-2022, 15:33 Bölmə :Müsahibə Baxış: 859


İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşımı iranlı həmkarının narazılığına səbəb olub. "Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm" sözləri ilə paylaşım edən Corc Dikə İranın Azərbaycandakı səfiri Abbas Musəvindən sərt cavab gəlib. “Bu macəraçı oğlana məlumat üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!", - deyə diplomat cavab verib.


İsrail səfirinin paylaşımı İranı nəyə görə narahat edib?

Politoloq Sədrəddin Soltan saytımıza açıqlamasında bildirdi ki, İsrail səfirinin paylaşımında İrana qarşı hər hansı pis fikir yoxdur. Lakin Abbas Musəvinin həmkarını ölümlə hədələməsi bir diplomatın işi deyil:

"İranlı səfirin “sionist” deyə adlandırdığı Corc Dik sadəcə Azərbaycan tarixi və Təbriz haqqında çox mətləbi öyrəndiyini yazıb. Onun tvitində İran hakimiyyətinə qarşı çağırış, Urmiyanın üstündəki buludları dağıtmağa cəhd və başqa pis fikir yoxdur. Əksinə, vətəndaşı olduğu ölkənin bir bölgəsinin tarixini oxuyub, öyrəndiyi üçün Musəvi Dikə təşəkkür belə edə bilərdi. Axı, diplomatlar həm də əlaqələr və münasibətlər qurmaq üçündür. Ölümlə hədələmək isə diplomatların deyil, terrorçuların işidir. Bir də Abbas Musəvi hakimiyyətinin ölkə daxilində səsləndirdiyi “İsrailə ölüm!” şüarını Azərbaycanda irəli sürməklə beynəlxalq normaları pozub.

Sədrəddin Soltan

İkinci bir məsələ isə “Birincilərin diyarı” ifadəsi ilə çoxmənalı fikirlərini bildirib. Corc Dik Təbrizin Azərbaycana aid olduğunu bildirməklə tarixi reallığı qeyd edib. Ancaq Abbas Musəvi İrana hakim olan İran mərkəzli fars düşüncə sisteminin nümayəndəsi olduğunu gizlədə bilməyib. O, “birincilərin diyarı” ifadəsinin Təbrizin Azərbaycana deyil, farslara məxsus olmasına dair saxta tarixi iddianı irəli sürür. Çünki panfarsçı və İran mərkəzli fars düşüncə sisteminə görə, farslardan başqa ölkədəki qeyri-farslar, özəlliklə türklər gəlmədir. İran və ətraf ərazilər, hətta Ərəbistanın bir hissəsi “Persiya”dır. Bu, təxminən ermənilərin “dənizdən dənizə” iddiasına oxşayır".

"Xain xoflu olar”

Sədrəddin Soltan deyir ki, İsraillə Güney Azərbaycan türklərinin yaxınlaşması ehtimalından doğan qısqanclıq Abbas Musəvinin cavab tvitində özünü büruzə verir:

"Üçüncü məsələ, belə ehtimal etmək olar ki, İran səfiri İsraillə Güney Azərbaycan türklərinin yaxınlaşacağından ehtiyat edirmiş kimi tez bu statusu paylaşıb. Onların yaxınlaşmaması üçün guya Təbriz əhalisinin İsrailə qarşı olduğunu, hətta qısqanclıq edib “… dəfn edəcək” deyə yazıb. Yəni yəhudi dövlətinin səfirinin Təbrizi Azərbaycan ərazisi saymasına təbrizlilər etiraz edəcəklər. Təbrizin hazırda İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi olduğunu heç kim danmır. Deməli, səfirin iddialarını atalar sözü ilə belə ümumiləşdirmək olar: “Xain xoflu olar”…".

Politoqolun sözlərinə görə, Corc Dikin həyati təhlükəsinə çağırış edildiyi üçün Abbas Musəvi də məsuliyyət daşıyır:

"Adətən belə hallarda səfirdən izahat istənilir. Odur ki, Abbas Musəvi İsrailin səfirini ölümlə hədələdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilsə və hədələyici tvitinə görə ondan izahat alınsa, daha məntiqi olar. Çünki Corc Dikin həyati təhlükəsinə çağırış var. Baş verə biləcək hadisənin məsuliyyətini çağırış etdiyi üçün Abbas Musəvi də daşıyır".


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran səfiri İsrail səfirinin Təbrizlə bağlı paylaşımına reaksiya verdi - Bu macəraçı oğlanın…

    İran səfiri İsrail səfirinin Təbrizlə bağlı ...

    21-07-2022, 14:00

  • 
  • Səfir: “İsrail XİN vətəndaşları Azərbaycana getməməyə çağırmır”

    Səfir: “İsrail XİN vətəndaşları Azərbaycana ...

    24-01-2020, 11:59

  • 
  • İsrail Qırmızı dənizdə ələ keçirdiyi gəmini Eylat limanına gətirib

    İsrail Qırmızı dənizdə ələ keçirdiyi gəmini Eylat ...

    9-03-2014, 13:23

  • 
  • İran səfirinin qızı Moskvada ölü tapıldı

    İran səfirinin qızı Moskvada ölü tapıldı ...

    22-10-2019, 13:31

  • 
  • İsrail İranın 4 hədəfini məhv etdi: 3 müdafiə sistemi...

    İsrail İranın 4 hədəfini məhv etdi: 3 müdafiə ...

    10-02-2018, 15:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu