İsrail rəsmiləri gəminin raketlərlə silahlandığını və Fələstinin Qəzza zolağına doğru irəlilədiyini iddia edirdilər.
İsrailin hərbi dəniz qüvvələri Qırmızı dənizdə ələ keçirdiyi gəmini Eylat limanına gətirib. İsrail rəsmiləri gəminin raketlərlə silahlandığını və Fələstinin Qəzza zolağına doğru irəlilədiyini iddia edirdilər. Məlumata görə, gəmidə Suriyada hazırlanan M-302 tipli raketlər olub. Hərbi nazirlik silahlar Qəzzada silahlı dəstərlərin əlinə keçəcəyi təqdirdə bunun İsrail şəhərləri üçün ciddi təhlükə mənbəyinə çevrilə biləcəyini qeyd edib. İsrail rəsmiləri faktla əlaqədar İranı günahlandırsalarda, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iddiaları yalan adlandırıb. İsrailin baş naziri Benyamin Netanyahu qeyd edib ki, hökumət bu cür yollarla İranın İsrail dövlətini dağıtmasına imkan verməyəcək. «Gəmiyə qarşı ilkin hərbi əməliyyatlar keçirmək zəruri idi. İran bizim yalan dediyimizi bildirir. Lakin gəmi limana çatdıqdan sonra hər şey aydın olacaq. Biz İsrail dövlətini bu cür təhlükələrin qarşısını almaq üçün qurmuşuq. Mən ölkənin baş naziri olaraq İranın dövlətimizi məhv etməsinə imkan verməyəcəm» İsrail hərbisi hələlik silahların konkrekt hansı ünvana çatacağı barədə dəlil göstərə bilməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?