GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » AQİL ABBAS "QARABAĞ"a GÖRƏ AVROPALILARI QINADI

AQİL ABBAS "QARABAĞ"a GÖRƏ AVROPALILARI QINADI

Tarix: 28-07-2022, 20:00 Bölmə :Müsahibə Baxış: 653


Dünən Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qarabağ" səfərdə "Sürix"lə ağır oyun keçirsə də, sonda mərhələni keçən tərəf oldu.


Daim komandanın yanında olan, dəstəyini əsigəməyən Aqil Abbasın oyunla bağlı fikrini öyrəndik. Millət vəkili “Football-plus.az” saytına bunları söylədi:

"Demişdim ki, "Qarabağ" "Sürix"i də tapdalayıb keçəcək. Söylədiyim gerçəkləşdi. Dünən "Qarabağ" meydanda futbol sərgiləmədi, əsl "köhlən atlar" kimi meydan çapdı. İsveçrəlilərlə matçda Qurban Qurbanovun yetirmələri "Yaşma"nın xüsusi təyinatlıları kimi döyüşdü. "Sürix"lə oyunda bir daha hakimlərin bizə qarşı qərəzini gördük. Ağdam təmsilçisi Avropada bir az uğur qazanan kimi referilər ədalət qoruyan tərəf yox, rəqiblərin 12-ci oyunçusuna çevrilir. Avropalıların bizə qarşı ikili standartını, yuxarıdan aşağı baxmasını isveçrəli azarkeşlərin, rəqibin baş məşqçisinin yekəxanalığından bir daha gördük. Qurban Qurbanov və "Qarabağ"ın futbolçuları avrokuboklarda yalnız gözoxşayan oyunları ilə yox, həm də davranışları, “feyr-pley”ə tam əməl etmələri, təmkin və mədəniyyətləriylə diqqəti çəkib. Ötən il Qurban Qurbanovun "Marsel" ilə Bakıdakı oyunda göstərdiyi nümunə futbol dünyasında təqdirəlayiq hal kimi qiymətləndirilsə də, avropalılardan həmin əməlləri görmədik. Rəqibin baş məşçisinin “topu onlara qaytarmayın” deməsi də onların necə “feyr-pley” qaydalarını tapdalamasını göstərir.

Dünənki matçda referilikdən, ümumiyyətlə, danışmağa dəyməz. Meydanda hakim ədaləti yox, rəqibin dəyirmanına su tökməklə məşğul idi. Futbolçularımıza haqsız yerə sarı vərəqələr verdi, bizə qarşı qayda pozuntularını görməzdən gəldi. Heç nə olmadığı halda oyunun əsas vaxtına 7 dəqiqə əlavə etdi. Qısası, hakim dünən rəqibin qələbə qazanıb, mərhələ keçməsi üçün əlindən gələni etdi. Amma "Qarabağ" layiqli oyunu, əsas da Ovusunun öldürücü zərbəsiylə onların arzusunu gözündə qoydu.

Avropalılar bizə hələ də 3-cü dünya ölkəsi kimi baxırlar. Baxmayaraq ki, çox şeydə biz onlardan əsrlərboyu üstün olmuşuq. Rəqibin ikinci qolu vurması və "Sürix"in prezidentinin sevinci, coşqusu diqqətimdən yayınmadı. O, düşünürdü ki, komandası əlavə vaxtda bizi darmadağın edib, boynubükük Bakıya yola salacaq. Amma özü miskin vəziyyətə düşdü. İlk oyunda itin xəstələnməsinə görə Bakıya gələ bilməyən klub prezidenti bundan sonra deyəsən, birdəfəlik Bakıya gələ bilməyəcək. Çünki biz onlara meydanda döyüşərək qalib gəlməyimizlə yaxşı futbol dərsi keçdik. "Sürix"in prezidentinin və isveçrəli azarkeşlərin bizə yuxarıdan aşağı baxması rəhmətlik Vaqif Səmədoğlunun 2000-ci illərdə Starsburqda avropalıları heyran etməsini yadıma saldı. Deməli, mən və Vaqif daxil bir qrup ziyalımız Starsburqda səfərdəydik. Bir çox konfraslarda, yığıncaqlarda olduq. Onda da bizə qarşı ikili standartı, qərəzi, riyakarlığı görürdük. Bizi son dərəcə geridə qalmış xalq kimi qiymətləndirirdilər. Yığıncaqların birində fasilə idi, bu zaman gözünə döndüyüm Vaqif bir piano tapdı. Dərhal onun arxasında əyləşərək, avropalı bəstəkarlarların musiqilərini ifa etməyə başladı. Şairimiz o qədər məharətlə ifa edirdi ki, bütün avropalı siyasətçilər, ombudsmanlar, ziyalılar, yazıçılar heyranlıqla ona tamaşa edirdilər. Vaqif Səmədoğlu pianodakı ifası ilə ağzıaçıq qalmış avropalılara göstərdi ki, biz heç də düşündüyünüz kimi geridəqalmış xalq deyilik. 44 günlük müharibədə də oğullarımız düşmənə, onların havadarlarına və bütün dünyaya nələrə qadir olduğumuzu göstərdi. İndi həmin uğuru Qurban Qurbanovun rəhbərlik etdiyi "Qarabağ" davam etdirir. Dünən oyundan sonra Qurban müəllimə zəng edərək, onu və bütün futbolçuları təbrik edib, bağrıma basdığımı söylədim. Sağ-salamat vətənə qayıtsınlar, onların şərəfinə qurban da kəsəcəm.

Növbəti mərhələdə Macarıstan təmsilçisini də üstələyəcimizə inanıram. Fürsətdən istifadə edərək "Qarabağ" azarkeşlərinə bir daha müraciət edirəm ki, bu gün Konfrans Liqasında cavab oyunlarını keçirən "Qəbələ" və "Neftçi"ni də tək buraxmasınlar. Hər bir klubumuzun avrokuboklardakı uğuru Azərbaycan futbolunun irəli getməsi və parlamasıdı.


Abdulla İsmayıloğlu

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Qarabağ” Gürcüstan çempionunu darmadağın etdi

    “Qarabağ” Gürcüstan çempionunu darmadağın etdi ...

    12-07-2017, 11:33

  • 
  • “Qarabağ” bizə oynamağa imkan vermədi”

    “Qarabağ” bizə oynamağa imkan vermədi” ...

    9-12-2013, 11:05

  • 
  • Çempionlar Liqası: "Qarabağ" növbəti oyununa çıxır

    Çempionlar Liqası: "Qarabağ" növbəti ...

    25-07-2017, 12:35

  • 
  • "Qarabağ" "Partizani"yə qalib gəlib - YENİLƏNİB-5

    "Qarabağ" "Partizani"yə qalib ...

    17-07-2019, 23:45

  • 
  • “Qarabağ”ın planını kim satıb? - Qurban Qurbanovdan şok açıqlama

    “Qarabağ”ın planını kim satıb? - Qurban ...

    8-08-2014, 02:47


Təqvim

«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arxiv xəbərlər

Sentyabr 2023 (534)
Avqust 2023 (582)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu