“Oyunumuz alınmadi. Məcburi dəyişikliklərə görə oyun planınımız pozuldu. Bəzi futbolçulardan narazı qaldım. Rəqib də yaxsı oynadı. Onları təbrik edirəm, bundan sonrakı oyunlarında uğurlar arzulayıram. Biz isə Avroliqanı gözləyirik”.
Bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq”la cavab oyunundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib.
O, hakimin bəzi qərarları ilə razılaşmadığını, ancaq bu haqda danışmağın mənasız olduğunu qeyd edib: “Hakimlik haqda danışmağın artıq mənası yoxdur. Birinci qolda İlqar Qurbanov zədələndiyi üçün meydanın kənarında idi. Namiq Yusifovu onun əvəzinə meydana buraxmaq istəsəm də, hakim buna icazə vermədi. Ona görə hakimə etiraz etdim. Digər epizodda isə hakim Çumbinyonun hərəkətini qayda pozuntusu kimi qiymətləndirdi. Ancaq oyunu saxlamaya bilərdi. İndi bunları danışmağın mənası yoxdur".
Q.Qurbanov rəqibin "Qarabağ"ın oyun planından əvvəlcədən xəbərdar olduğunu deyib: “Rəqib bilirdi ki, beş müdafiəçi ilə oynayacağıq. Onlara bu haqda əvvəlcədən məlumat ötürülmüşdü. Heyf ki, Reynaldo ən yaxşı formada olduğu bir vaxtda bizə kömək edə bilmədi. Ancaq biz tək Reynaldodan ibarət deyilik. Bəzi aparıcı oyunçumuzun olmaması özünü göstərdi. İlqar Qurbanovun zədəsi isə ciddidir. Onun əzələsində yırtıq var.
Q.Qurbanov yeni transferlərin olub-olmayacağı haqda Bakıda qərar verəcəyini bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?