Gundemxeber.az » Müsahibə » Bakıda 15 sentyabr ajiotajı: Məktəb direktorları naziri eşitmir
“Məktəb direktoru fərdi qərar verə bilməz”.
Gundemxeber.az bildirir ki, bunu Yenisabah.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Yeni tədris ilinin başlanmasına hazırlıq məktəb və valideynlər arasında anlaşılmazlıqlara səbəb olub. Təhsil və Elm Nazirliyi məktəbli formasının şərt olmadığını dəfələrlə vurğulasa da, direktorlar mütəmadi olaraq bunun vacibliyini dilə gətirir. Valideynlər isə Bakı Tikiş Evinin hazırladığı formaların həm baha, həm də keyfiyyətsiz olmasından gileylənirlər.
Mövzuya münasibət bildirən ekspert qeyd edib ki, Elm və Təhsil Nazirliyinin göstərişinə uymayaraq, forma tələb edən məktəb direktorları birbaşa olaraq nazirə tabesizlik edir:
“Sentyabr müşavirəsində nazir qeyd etdi ki, məsələ məktəb direktorlarının və icmalarının ixtiyarına buraxılıb. Təhsil naziri təklif edir ki, məktəb bu məsələlərdə valideynlərə təkid etməməlidir. Həmin təklif yalnız müşavirədə deyil sosial, şəbəkələrdə də ictimaiyyətə çatdırılıb.
Bəzi məqamlara nəzər yetirmək lazımdır. Valideynlər bir çox məsələdə tələskənliyə yol verirlər. Bir halda ki, nazir sözügedən məsələ ilə bağlı məcburiyyətin olmadığını deyib, bəs valideynlər nədən narahatdırlar? Belə başa düşürəm ki, uşaqların digərlərindən seçilməməsi faktoru böyük rol oynayır. Şagirdlərin valideynə təzyiqi vardır ki, “mən mütləq 15-i forma ilə gedəcəm”.
Digər məqam isə vahid formanın məktəblər arasında müəyyənləşdirilməməsidir. Hər məktəbin özünə uyğun məktəbli forması var. Bunu Emin Əmrullayev dəfələrlə səsləndirib. Məktəb və valideynlər birgə konkret qərar verməlidir. Məktəb direktoru fərdi qərar verə bilməz”.
Gundemxeber.az
18-07-2013, 19:07
8-11-2013, 12:14
5-01-2016, 13:40
21-07-2017, 21:37
11-02-2014, 15:58
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?