GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » MÜHİTİMİZ BİZİ HƏM YETİŞDİRƏ, HƏM DƏ MƏHV EDƏ BİLİR - MÜSAHİBƏ

MÜHİTİMİZ BİZİ HƏM YETİŞDİRƏ, HƏM DƏ MƏHV EDƏ BİLİR - MÜSAHİBƏ

Tarix: 8-12-2022, 08:09 Bölmə :Müsahibə Baxış: 838


Onun adını ilk dəfə 2016-cı ilin yayında bir oxucu Seyran Səxavətin “Daş evlər” romanını axtarıram deməsiylə eşitdim. Bir müddət sonra adı çəkilən əsəri oxumaq qərarına gəldim. Yazçının qələmə aldığı “Daş evlər” də insan faciələri, paralelliklər, hadisələrin rəngarəng coğrafiyalarda cərəyan etməsi, ən əsası Çanko ilə Rufanın acı istirabları və zəfər tağları məni heyran etdi. Seyran Səxavətin digər əsərlərini oxusam da, heç biri “Daş evlər”in yerini vermədi. 6 il sonra ədiblə görüşüb söhbət etmək də nəsib oldu. 


- Seyran müəllim, çıxışlarınızın birində: “Daş evlər” romanımı yazmaq üçün “Sovetski” evlərində bir-birinin ardınca kirayəlik evlərdə yaşadım” demisiniz. Sizi tez-tez mənzil dəyişməyə nə məcbur edirdi? 


- (gülür) Şəxsi mənzilimin olmamasına görə evdən-evə köçürdüm. Ramiz Rövşənlə tələbəlik illərindən tanışıq. Bir dəfə qələm yoldaşım dedi ki, “əgər sən nə vaxtsa məşhur adam olsan, kirayədə qaldığın evlərin qarşısında barelyeflərin qoyulacaq”. Həmçinin məhz “sovetski”dəki köhnə evlərdə yaşayanda “Daş evlər” romanını yazmaq qərarına gəldim.


- “Daş evlər”də Çanko obrazı var. Onu Adolf Hitlerlə müqayisə edərdim. Fürer böyük rəssam, Çanko isə fizika sahəsində böyük alim olmağı arzulayırdı. Amma acı tale hər ikisinə qarşı amansız oldu. Sizə elə gəlmirmi istedadlı insanlar çoxdur, sadəcə onların mütləq çoxluğunun istedadı batırıldığından, oğurlandığından dolayı üzə çıxmır? 


-Nə Hitlerə, nə də Çankoya istedadı batmış insanlar demək olmaz. İnsanda istedad varsa, o, yerin deşiyində də olsa, özünü büruzə verir. Sadəcə istedadın forması, məzmunu, istiqaməti dəyişir. Hitlerin rəssam olmağına imkan vermədilər. Əvəzində böyük siyasi lider oldu. Çanko alim olmaq istəyirdi, arzusunu gözündə qoydular. Bunun müqabilində o oğru dünyasında flaqman oldu.


- “Daş evlər” əsərinizdə Rufa obrazı var. Rufanın bədbəxt olmasında anasını günahkar hesab edirsizmi?


- Bir ailədə övlad bədbəxt olursa, mütləq valideynin günahı var. Həzrəti Əli deyir: “İnsanlar valideynlərindən çox mühitinə oxşayır”. Mühitimiz bizi həm yetişdirə, həm də məhv edə bilir. Rufa anasının, qohumlarının, ən əsası mühitinə uyğunlaşmadığına tənhalığa məruz qaldı. 


- Seyran müəllim, dövrlərində avanqard olan Əbülhəsən, Mirzə İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov və onlarla adını çəkmədiyim yazıçılarımız niyə unuduldu? 


- Bu barədə uzun-uzadı çox danışmaq olar, amma iki əsas səbəbi deyəcəyəm. Birinci, cəmiyyətimizin, xalqımızın laqeydliyi, ikinci, həmin ədiblərimizin özlərinin zəmanəyə uyğunlaşa bilməməyindən dolayı hərəkətsizliyi. 


- Sevdiyiniz yazıçılar kimdir? 


- Ən çox sevdiyim yazıçı Əbdürrəhman bəy Haqverdiyevdi. Mənə görə bənzəri olmayan yazıçıdı. Öz dövrümün ədiblərindən Yusif Səmədoğlunun qələmini sevirəm. Xaricilərdən Nodar Dumbadzenin əsərlərinin hamısını sevə-sevə təkrar oxumuşam. Xoşbəxtlikdən onunla görüşmüşəm də. Alman yazıçısı Ziqfrid Lenç də heyran olduğum yazıçılardandı. Onun “Gözəgörünməz qonşu” hekayəsi dahiyanədi. O əsəri bütün nobelçi yazıçıların roman-povestlərindən üstün hesab edirəm. Cerom Selincer ilə Edqar Alan Ponun qələmini də xoşlayıram. Gənclərdən Kəramət Böyükçöl, Təranə Vahid, Nuranə Nur, Arzu Nehrəmli və onlara bənzər üslubda yazan yazıçıları izləyirəm.


- Cek Londonun deyir: bütün böyük insanlar sadəcə xoşbəxtliyinin quyruğundan tutmağı bacarıblar. Seyran Səxavət xoşbəxtliyin quyruğundan tuta bilibmi?

 

-Mən quyruğu ancaq kababda xoşlayıram (gülür), Özü də təpədən dırnağa realistəm. Odur ki, xoşbəxtlik, bədbəxtlik məfhumlarına uydurma kimi baxıram. 77 yaşlı Seyran Səxavətə görə insan iki dəfə xoşbəxt olan bilər: dünyaya göz açanda və dünyadan köçəndə. Bu ikisinin arasında qalan ömürdür, onu da hərə bir cür yaşayır. 


- Cek London “Martin İden” əsərində yazır: “Onlar kitabı oxuyub həyatı öyrənəndə, o həyatı yaşayırdı”. Seyran Səxavət həyatı yaşayaraq kitablara müraciət etdi, yoxsa kitabları oxuyub həyata atıldı? 


- Həyatı yaşamaq yaradıcılıqla məşğul olmaqdan dəfələrlə çətindir. Bir az da geniş ifadə etsəm, mənim bu vaxta qədər yazdığım bütün külliyyatım sadəcə kserokopiyadı. Orijinal kitabım hazırkı görüşümüzdü. Yəni canlı ünsiyyət, həyatı yaşamaq əsl həqiqi kitabdı.


Abdulla İsmayıloğlu 

GundemXeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nardaranda evlər “şmon” edilir

    Nardaranda evlər “şmon” edilir ...

    1-12-2015, 20:23

  • 
  • ​Bu ərazidəki evlər qanunsuz tikilib – RƏSMİ

    ​Bu ərazidəki evlər qanunsuz tikilib – RƏSMİ ...

    11-10-2017, 18:10

  • 
  • Məzəmdə evlər belə atəşə tutuldu - dramatik görüntülər

    Məzəmdə evlər belə atəşə tutuldu - dramatik ...

    4-09-2015, 16:45

  • 
  • Daş karxanasında qanlı dava

    Daş karxanasında qanlı dava ...

    21-08-2014, 12:08

  • 
  • Seyran Ohanyanın maliyyə hesablarına və əmlakına həbs qoyuldu

    Seyran Ohanyanın maliyyə hesablarına və əmlakına ...

    1-03-2019, 12:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (488)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu