Hakimiyyətin bu gün səhərdə Nardaranda başlatdığı əməliyyat davam edir. Polislə atışmada ölən yerli sakinlərin cənazələri hələ sahiblərinə verilməyib.
Musavat.com-un Nardaranda olan reportyoru xəbər verir ki, nazir müavini Vilayət Eyvazov Bu dəqiqələrdə kəndə gəlib.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov açıqlama verərək bildirib ki, hazırda evlərdə yoxlama aparılır: "Siyahı ilə evlərdə axtarış aparırlar. Yəqin ki, axtarışda olanlar var".
Natiq Kərimov əməliyyat keçirilən zaman heç bir qarşıdurmanın olmadığını bildirib. Meyitlərin dəfn olunması xəbərinə gəlincə isə N.Kərimov qeyd edib ki, bu haqda məlumatı yoxdur: "Heç kimin məlumatı yoxdur. Mümkün qədər əlaqə saxlayırıq. Bilsək dəfn mərasimində iştirak edəcəyik".
Hazırda kənddə vəziyyətin normal olduğunu deyən N.Kərimov əlavə edib ki, istənilən kənd sakini evdən çıxıb mağazaya gedə bilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?