Gundemxeber.az » Müsahibə » "30 il ərzində Vasif Talıbov Naxçıvanda ailə hakimiyyəti yaradıb" - Partiya sədri
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dünən axşam saatlarında Bakıya gəlib.
Onun Bakıya gəlişinin Naxçıvandakı "fırtına" ilə bağlı olduğunu düşünənlər var. Çoxları hesab edir ki, Talıbov bu "fırtına"nı yatırmağa gəlib. Onların fikrincə, Talıbov bağışlanılması üçün Bakıya minnətçi düşəcək. Bəziləri isə düşünür ki, Naxçıvan MR Ali Məclisinin sədri Bakıda həbs ediləcək.
Bəs görəsən, Vasif Talıbov Bakıda həbs edilə bilərmi? Ümumiyyətlə, Talıbovun taleyi necə olacaq?
GUNDEMXEBER.AZ-ın məlumatına görə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenisabah.az-a açıqlamasında Naxçıvan əhalisinin Vasif Taslıbovdan dəfələrlə dövlət qurumlarına şikayət etdiklərini bildiirb. Partiya sədrinin sözlərinə görə, əgər mətbuatda gedən xəbərlər təsdiq olunarsa, bu, Talıbovun həbsinə kifayət edəcək:
“Qanun qarşısında hamı bərabərdir. Əgər doğurdan da Vasif Talıbovun əməllərində cinayət tərkibi varsa, istintaq cinayəti sübut edibsə, o, mütləq həbs olunmalıdır. Onun Naxçıvanda yaxud Bakıda olmasının bu məsələyə qətiyyən aidiyyatı yoxdur. Təbii ki, 30 il ərzində Vasif Talıbov Naxçıvanda ailə hakimiyyəti yaradıb, dövlətə çox ciddi ziyan vurub. Xüsusən sadə vətəndaşların qanunla müdafiə olunmalı olan maraqlarının pozulması istiqamətində çox ciddi fəaliyyəti olub. Dəfələrlə Naxçıvan əhalisi kütləvi şəkildə, həmçinin tək-tək dövlət orqanlarına onunla bağlı müraciət edib. Amma bu günə qədər kimsə heç bir tədbir görməyib. İstintaqda hansı materiallar var bilmirəm, amma mətbuatda gedən məlumatlar doğrudursa, bu, Vasif Talıbovun həbsi üçün kifayət edir”.
Gundemxeber.az
16-11-2017, 15:10
9-07-2019, 16:18
8-04-2016, 00:11
22-12-2017, 11:50
9-12-2019, 17:17
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?