Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu, ordumuzun şəhid mayoru Rasim Məmmədovun yas mərasimində iştirak edib. Bu barədə məlumatı Moderator.az saytı yayıb.
Məlumata görə, şəhid mayorun cənazəsinin qarşılanması, dəfni və yas mərasimini şəxsi nəzarətində saxlayan Ali Məclisin sədri şəhidin Babək rayonunun Cəhri kəndinə gələrək yas mərasiminə gedib, bir müddət orada olub və Rasim Məmmədovun yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, bu gün şəhid mayorumuzun 3 mərasimi idi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?