Gundemxeber.az » Müsahibə » Səfir: “Aİ sosial təminatın inkişafı sahəsində Azərbaycana bundan sonra da dəstək verəcək”
“Avropa İttifaqı (Aİ) sosial təminatın inkişafı sahəsində Azərbaycana bundan sonra da dəstək verəcək”.
Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko “Azərbaycanda pensiya islahatlarına dəstək-Faza 2” Avropa İttifaqının tvinninq layihəsinin açılış mərasimində deyib.
O xatırladıb ki, bu layihənin birinci mərhələsi 2017-2019-cu illərdə həyata keçirilib: “Bu layihə sosial təminat sahəsində əməkdaşlığımızın çoxsaylı nümunələrindən biridir. İndi bu, bizim üçün prioritet sahələrdən biridir. Aİ-nin bu sahədə təcrübəsini bölüşməkdən çox məmnunuq”.
P.Mixalkonun sözlərinə görə, dayanıqlı pensiya sistemi sosial sabitliyin təməllərindən biridir: “Bu layihənin həyata keçirilməsi sosial təminatın inkişafınını göstərir və bu məsələdə bundan sonra da Azərbaycana dəstək verəcəyik”.
GUNDEMXEBER.AZ
28-04-2014, 10:33
3-10-2018, 16:29
24-01-2014, 14:47
2-07-2019, 10:40
9-01-2019, 11:38
Sorğu
Yeni dizaynımız necədir?