GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Psixoloq nazirlərdən danışdı: - “Nə qədər əziyyət çəkiblər...”

Psixoloq nazirlərdən danışdı: - “Nə qədər əziyyət çəkiblər...”

Tarix: 6-02-2023, 14:37 Bölmə :Müsahibə Baxış: 306


Psixoloq nazirlərdən danışdı:

Ötən gün Gənclər və idman naziri Fərid Qayıbov İTV-də yayımlanan “Şənbə axşamı” verilişinin qonağı oldu. Nazir verilişdə səmimi açıqlamaları ilə diqqət çəkdi. Xüsusən, “İndi saqqal çox populyardır. Bir çox gənclərimiz saqqal saxlayır. Mən də hər zaman bığ saxlamaq istəyirdim, amma yoldaşım icazə vermədi” – deyə açıqlama verməsi sosial şəbəkələrdə qısa zaman ərzində xeyli adam tərəfindən paylaşıldı.

Bundan əvvəl nazir Emin Əmrullayev də bu tip səmimi çıxışları ilə yadda qalıb.
Lakin nazirlərin səmimiyyətinə cəmiyyət tərəfindən münasibət birmənalı deyil, bəziləri nazirlərin bu səmimiyyətini tənqid edir.

Bəs görəsən, Azərbaycan cəmiyyəti necə məmur görmək istəyir?

Gundemxeber,az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülnar Orucova bu gün bir çox ölkələrdə vəzifəli şəxslərin səmimi davranışı ilə yadda qaldığını bildirib:
“Ümumiyyətlə, Emin Əmrullayev nazir olandan sonra fərqli bir stil gətirdi. Onun çox istiqanlı, səmimi olduğunu hər kəs açıq şəkildə gördü. O, insanlarla ünsiyyət qurmağı çox yaxşı bacaran biridir və fikirlərini də konkret, açıq şəkildə ifadə edir. Emin müəllim həqiqətən, çox fərqli insandır.
Burada bir məsələ var, bütün dünyada kifayət qədər vəzifəli şəxslər, məmurlar çox səmimidir, amma bizdə məmurlar hədsiz dərəcədə ciddidir. Bəzən onlar düşünürlər ki, ciddiliyi mütləq qoruyub saxlamaq lazımdır, ciddi olanda cəmiyyətin gözündə fərqli olduqlarını, əzəmətli göründüklərini düşünürlər, lakin bu belə deyil. İnsan nə qədər səmimi olursa, bir o qədər sevilir.
Ukraynanın, digər dövlətlərin rəsmi şəxslərinə baxın, görün nə qədər səmimi, insanlara yaxındırlar, öz hisslərini paylaşmağı bacarırlar. Fərid Qayıbov, Emin Əmrullayev də öz yaşadıqlarını, həyatını danışır, bu bir tərəfdən insanlara maraqlıdır, digər tərəfdən isə kimlərinsə xoşuna gəlməyə bilər. İnsanlar sanki hər zaman vəzifədə olan, irəliyə gedən şəxslərin cüzi bir səhvini axtarır”.

Onun sözlərinə görə, bu gün Azərbaycanda yüksək rütbəli məmurların səmimi çıxışlarını qınayanlar hələ də Sovet təfəkküründən çıxa bilməyən insanlardır.
Məsələyə psixoloji tərəfdən yanaşan Gülnar Orucova bunun həmin dövrdən şüurda qalmış bir davranış olduğunu qeyd edib:
“İnsan səmimi olanda, xoş münasibət göstərəndə bəzən düzgün qəbul edilməyə bilər. Amma bu doğru bir şey deyil, nazirimiz çox səmimi insandır, hisslərini də açıq şəkildə deyib. Burada qeyri-adi bir şey yoxdur.
Ümumiyyətlə, bizim problemimiz bir insanı olduğu kimi qəbul edə bilməməkdir. Biz bir naziri, məmuru, vəzifəli şəxsi səmimiliyi ilə qəbul etməliyik və həmin şəxs o cür yadda qalmalıdır. Biz bunu edə bilmirik, biz onda qüsur axtarmağa çalışırıq. Biz yüksələn, cəmiyyət tərəfindən dəyər verilən insanları gözdən, nüfuzdan salmaq istəyirik, amma düşünmürük ki, həmin insan olduğu yerə çatana qədər nə qədər əziyyət çəkib.
Bunları düşünmədən ön yarğılı oluruq, ancaq o insanı nələrdəsə günahlandırırıq. Kimsə səmimi insandırsa, səmimi çıxışları ilə yadda qalırsa, cəmiyyətin müəyyən Sovet ideologiyasında qalan kütləsi bunu qəbul edə bilmir.
Məsələn, biz o vaxt elə bilirdik ki, müəllim robotdur, o yemək yemir, su içmir. Eləcə də digər vəzifə sahiblərindən o qədər sərtlik görürdük ki, kimsə xoş münasibət göstərəndə ona fərqli yanaşırdıq. Amma indi tamam tərsinədir. Bu gün kimsə bu cür səmimi çıxışları pisləyirsə, bilin ki, onlar sovetlər dönəmində də qalıblar”. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Emin Əmrullayev Təhsil Naziri təyin edildi

    Emin Əmrullayev Təhsil Naziri təyin edildi ...

    27-07-2020, 12:24

  • 
  • Emin Əmrullayev “Teams” proqramının tətbiqi məsələlərindən danışdı: “Bu gündən...”

    Emin Əmrullayev “Teams” proqramının tətbiqi ...

    30-10-2020, 11:47

  • 
  • Saqqal saxlayan Avropa çempionu ilə bağlı RƏSMİ açıqlama

    Saqqal saxlayan Avropa çempionu ilə bağlı RƏSMİ ...

    4-02-2014, 12:11

  • 
  • Qədiməliyevi Əmrullayev hansı işgüzarlığına görə işdə saxlayır? – ŞOK İDDİA

    Qədiməliyevi Əmrullayev hansı işgüzarlığına görə ...

    28-06-2022, 12:11

  • 
  • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - Halına ağlayan lazım...

    Əmrullayevin BATIRDIĞI TƏHSİL... - Halına ağlayan ...

    13-09-2022, 13:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (385)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu