GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Türkiyəyə milyardlar yatıran "aşpaz" Mənsimov - Müsahibə

Türkiyəyə milyardlar yatıran "aşpaz" Mənsimov - Müsahibə

Tarix: 27-11-2013, 00:31 Bölmə :Müsahibə Baxış: 634
Türkiyəyə milyardlar yatıran "aşpaz" Mənsimov - Müsahibə

Qaradənizin əsas daşıyıcısı


Mübariz Mənsimov Türkiyənin Bodrum şəhərində Yalıkavakda tikdikləri Palmarinanın arxasındakı ərazidə Parisin məşhur prospekti Şanzelizə oxşayan bir prospekt inşa edəcəklərini, bu yay ora Las Veqas və Brodvey şoularını gətirəcəklərini söylədi. O, 270 mindən ibarət gəmisi ilə Qara dəniz neft daşıyıcılığının 100-də 65 faizini həyata keçirir. İşinin böyük qismi dənizdə olsa da, 40 ölkədə 45 min işçisi olan “Palmali Qrup”u, eyni zamanda, enerji, daşınmaz əmlak və turizm sektorunda da yatırımlar edir.


Parisi Bodruma gətirən


“Palmali Qrup”un bu qədər sürətlə böyüməsində 12 yaşından bəri sadəcə 3 saat yatmasının, yoxsa hərbçi ailəsindən olduğu üçün o intizamı həyatında əsas qanun kimi qəbul etməsinin payının daha çox olması məlum deyil, amma Mənsimovun enerjisinə çatmağın çətin olduğu məlumdur. Bodrumda 120 metrlik gəmilərin belə yan aldığı Palmarinanı 5 aya tikdirmişdi. Elə bilirdik bitib. Sən demə, hələ Parisin məşhur Şanzelisiz (Champs-Elysees) prospektı varmış. Palmarinanın arxasında Parisi canlandıracaqlar. Səki kafelərinin, restoranların olacağı prospekt Şanzelisizdən geri qalmayacaq. Bodrumdakı marinanın arxasında yerləşən böyük torpaq sahəsi bunun üçün ayrılıbmış.


Mənsimovun iş görmə sürətinə baxdıqda “yerli Şanzelisiz”in 3-4 ay içində tamamlanacağını təxmin etməküçün öncəgörən olmağa ehtiyac yoxdur. “Marina 5 ayda 45 milyon TL endossament edir. Sadəcə biz yox, Bodrum da qazandı. Buradan Aralıq dənizinə açıldı”, - deyir.

İndi Yalıkavakda 500 milyon dollarlıq nəhəng bir turizm kompleksi sərmayəsinə başlayırlar. Gördüyüm qədəriylə bu sərmayələrlə Bodrumun mərkəzi Yalıkavaka doğru sürüşür. Həftədə 4 gün yemək bişirir, plovu əladır.


Uzun müddət tək yaşadım


- Dənizçilər gözəl yemək bişirər? Mətbəxlə aranız necədir?


- Uzun müddət tək yaşadığım və gəncliyimdə bir müddət gəmidə aşpazlıq etdiyim üçün bilirəm də, sevirəm də yemək bişirməyi. Müxtəlif növ yeməklər bişirə bilirəm. Evdə olanda həftədə 3-4 gün yeməyi özüm bişirirəm. Uşaqları məktəbə aparmazdan əvvəl nahar hazırlamağı, stress atmaq üçün, dostlarım üçün yemək bişirməyi sevirəm. Makaronu, plovu gözəl bişirirəm.


Boru, dəniz rəqib ola bilməz


- Yeni neft boru xətti “Trans Anadolu Qaz Boru Xətti” proyektində (TANAP) varsınız?

- SOKAR-la onsuz da həmkaram. Çox işlərdə birik.

- Binaya girərkən rast gəldiyim oğlunuz Məcidə “atan nə işlə məşğuldur” deyəndə “gəmiçidir” dedi. Ən böyük işiniz neft daşıyıcılığıdır, həqiqətən də... Boru xəttləri tankerlərə rəqibdir?

- Əsas işimiz, bəli, neft quyularının xidmətləri, nəqliyyat, tankerlərdi, dünyada ilk üçlüyə girən flotumuz var. Liman işlərimiz var. Sualınıza gələndə isə qətiyyən elə deyil. Dəniz daşıyıcılığı tarix boyu ən ucuz, ən effektiv nəqliyyat növü olub. İstər qatar, istər təyyarə nəqliyyatından çox aşağı qiymətə başa gəlir.


- Bakı-Ceyhan boru xəttindən illik 50 milyon xam neft gəlir. Bu gəmilərə ziyan verir?

- Xeyr. Boruyla gələn neft zatən dəniz olmayan yerlərdən gəlir. Dəniz olan yerdə boru daşıyıcılığı effektiv deyil, sərf eləməz. Gəmiçiliyin alternativi gələcək 50 ildə belə olmayacaq.

- Neft daşıyıcılığının nə qədərinə nəzarət edirsiniz?

- Qara dəniz neftinin 100-də 65-dən çoxuna biz nəzarət edirik.


Şahenk ilə eyni cür hərəkət edirik


- Marinaya böyük pul yatırdınız? İlk 5 ayda nə qədər yatırım etdiniz?

- 120 metrlik gəmi belə bu yay bizim limana gəldi. İyundan başlayaraq bu günə qədər ilk 5 ayda 45 milyon TL yatırım edilib.

- Yeni turizm kompleksiniz harada olacaq? Nə qədərə başa gəlir?

- Yenə Yalıkavakda. Çox lüks bir otel tikdirəcəyik. Bura 500 milyon dolları keçər. İçində otel, villalar, qolf sahəsi olacaq. 2014-cü ildən başlayacağıq, bir ilə bitirməyi planlaşdırırıq. Bu il hələ ki, Marinanın böyüməsi var. Biz marinanı hələ bitirməmişik. Bu il onu da tamamlayacağıq...

- Fərid bəylə ortaq nə edəcəksiniz?

- O hələ məlum deyil. Fərid Şahənk istəsə ortaq olar. Tək də ola bilərik. Biz Fərdi Şahənk ilə qardaşıq, istədiyi an, istədiyi nisbətdə, istədiyi şirkətə, istədiyi qiymətlə ortaq olar. Bizim aramızda söz ola bilməz. Çox sevdiyim bir insandır. İkimizin də başı eyni işləyir. O da mənim kimidir. Çox düşünməyi sevməz, sürətlə qərar verər. Sürətlə irəli gedər. Marinadakı restoranların az qala hamısı “Doğuş Qrup”a aiddir.


“Palmalife”ın detoks qrupu qışda İstanbulda işləyəcək

- Çox şıx görünürsünüz. Detoks oteliniz var. İdman edirsiniz?

- Hər səhər üzür və qaçıram. Amma son vaxtlar 1.5 kilo kökəlmişəm. Bodrumdakı “Palmalife” otelimizin detoks qrupu qışda 3 ay İstanbulda işləyəcək. Gündə iki saatlıq paketlər hazırlayacaklar.
Onlar gələnə qədər verə bilməsəm mən də o paketlərdən götürəcəm artıq! Sağlamlıq, konqres, qolf turizmi, marina, bunlar Bodrumun ehtiyacı olan sərmayələr. Qış aylarında bir fabrikdə 5 adam işləsə belə, cəmi 300-400 adamlıq izdiham yaranar. Bodrum sezonluq bir yer olmaqdan çıxmalıdır. Bodrum Türkiyənin ən qiymətli yerlərindən biridir.


Bilirəm, müharibədən heç kim xeyir görməz.


- Üç il əvvəl ermənilərlə sərhədin açılmasıyla bağlı Azərbaycanla əlaqələrimiz gərginləşdi. Bir müddət əvvəl Azərbaycan prezidenti Əliyev ölkəmizə ziyarət edib Ərdoğanla görüşdü. Yeni səhifə açıldığı görülür. Siz nə düşünürsünüz?

- Türkiyə prezidenti Abdulla Gülün Əliyevin şərəfinə verdiyi ziyafətdə mən də var idim. Bir Azəri olaraq çox xoşbəxtəm. Bu gün artıq iki dövlətin təkcə şüarlarda deyil, həqiqətən tək bir millət olduğunu görürük. Sözün düzü, Ermənistanla sərhədlərin asanlıqla açılacağını düşünmürəm. O sərhədi türk xalqı bağlayıb. Onsuz da, baş nazir Ərdoğan, “Qarabağ problemi həll edilmədiyi müddətcə o sərhəd açıla bilməz”, deyib. Təbii ki, Qarabağ problemi həll edilsə, açılsın, niyə açılmasın. Özüm hərbçi nəslindən olsam da, bir şeyi bilirəm ki, heç bir müharibədən heç bir xeyir gələ bilməz. Azərbaycan torpaqlarını geri versələr, hər şeydən əvvəl Ermənistan üçün yaxşı olar. Azərbaycan ilə, Türkiyə ilə ticarət əlaqələri inkişaf edər. Kasıb vəziyyətdə yaşayan Ermənistan xalqı da daha xoşbəxt həyat sürər. Bir lobbi icazə vermir bu işin dostluqla, razılaşma ilə bitməsinə. Düşmənlik, kin yaxşı şey deyil.


- Düzələn əlaqələrin iş dünyasına təsiri necə olar?

- Bilirsiniz, Əliyevin siyasəti çox dəqiqdir. İstəyi Türkiyədən iş adamlarının Azərbaycana gedib tenderlərə qoşulub sərmayə qoymağıdır. Eyni cür Azəri iş adamlarının Türkiyədə iş qurması. Bunu həmişə prioritet hesab edib. Azərbaycanın son üçü ildə Türkiyədə qoyduğu sərmayə 17 milyard dollara çatıb...




Mənsimovla reportaj edərkən 13 yaşındakı qızı Nüşabə otağa girdi. Piano dərsinə getməmişdən əvvəl atasına baş çəkməyə gəlmişdi. O vaxta qədər suallara böyük ciddiyyətlə cavab verən atasını möhkəm-möhkəm qucaqlayanda cib teleonumun kamerası işə düşdü, fürsəti qaçırmadım!


Pomidor, pendirlə hazırlanmış buterbrod ən sevdiyim yeməkdir


- 15 il əvvəl Türkiyəyə gəlib burada yaşamağa başlayan Mübariz Mənsimov ilə bu qarşımda oturan Mənsimovun lüks vərdişləri necə dəyişdi?

- Bir çox türk iş adamını başa düşmürəm. İqtisadiyyat sinifində buna sadə həyat deyər. Xeyr, əfəndim, buna xəsislik deyirlər. Qazancımın yüzdə 10-nu özümə, ailəmə, dostlarıma xərcləməyi sevirəm. Lüks nədir? Yetər ki, rahat olsun, hər şeyi geyinərəm. Pomidor, pendirlə hazırlanmış buterbrod ən sevdiyim yeməkdir. 15 il bundan əvvəl kiçik təyyarə ilə uçurdum, indi böyük təyyarə ilə uçuram. Lüksdü, ya yox, mənimçün fərq etməz. Kiçik təyyarədə də bir kresloda otururdum, böyükdə də. Ev desəniz? Sovet dövründə hər kəs bərabər yaşayırdı, bilirsiniz. Dövlətin hər şeylə təmin etdiyi 60 metrlik bir evdə doqquz uşaq böyümüşük. Evin böyüklüyü xoşbəxtlik mənasına gəlmir. Evdəkilər razılaşsa, balaca evə köçərəm. Üzməyi, dənizin altında gəzməyi çox sevirəm. Suyun altının lüks olub olmağını bilmirəm!


Varlı müştərini Bodrum Yalıkavak çəkdi


- Marinada daha nələr edəcəksiniz?

- Hələ üstündə tikinti aparmadığımız böyük bir ərazimiz var, marinanın arxasındakı yolun üstündə. Orada daha çox əyləncə sektorunu genişləndirəcəyik, dükanlar, restoranlar, küçə kafeləri olacaq. Palmarinanın dünyada alternativi yoxdur Şanzelizənin balacası kimi təsəvvür edin. Uşaqlar üçün çox gözəl əyləncə mərkəzi də olacaq. 40 milyon dollara başa gələcək. Palmarinanın dünyada alternativi yoxdur. Bu dəqiqə 100 faiz doludur. Bir gündə 80 metrlik 6 gəmi yan alır... 3 milyard dollarlıq gəminin yan aldığı çox gün oldu yayda. Hər gün ortalama 20 min adam Marinaya girib-çıxdı. İtaliya, Yunan adalarından varlı müştəriləri ora cəlb elədik. Yeni ildə daha böyükn surprizlər olacaq.

- Necə surprizlərdir bunlar?

- Doğuşun şirkəti İMG ilə Las Veqas, Brodveydən böyük şoular gətirəcəyik. Razılaşmalar üçün Amerikaya gedirik. Məqsəd varlı xarici turistləri Türkiyəyə cəlb eləməkdir. Bodrumun Marbelladan, Portaçelidən, İbizadan, Naysdan, Monakodan çox daha üstün bir yer olduğunu göstərmək istəyirik. Hal-hazırda Yalakavakda daimi işləyən personalımız üçün ailələriylə birlikdə qalacaqları 300 adamlıq mənzil tikirik. Köhnə Sovet Rusiyası kimi... Bodrumda üç otel, bir Marinamız var. Biz mənzil verə bilmədyimiz personalımızın da kirayəsini ödəyirik. Kommunist rejimin hər şeyi pis deyildi ki. Təhsil, sağlamlıq xidmətləri, insanların bərabərliyi vardı. İnsanların zəmanəti vardı.

İşçinə yaxşı şərait yaratmalısan

- Kapitalizm yaxşı işləmirsə, demokratiya demək deyil. Ən güclü demokratik tərif sosializmdə var, hər kəsin bərabər olması. Amma Sovetlər Birliyi dağılanda elə olmadığını gördük. Bu gün kapitalizmin də çat verdiyini görürük. İşçinə yaxşı şərait yaradacaqsan ki, qarşılığını görəsən. Dünyada ən çox neft daşıyan bir nömrəli şirkətik. Bunu hər halda mən tək başıma etmədim, kapitanlar, mühəndislər etdi. İl sonunda mütləq mükafat verirəm. Uşaqlarıma da deyirəm, bizim yediyimiz çörək parçası işçilərimizin sayəsindədir. Paylaşmağı bilmək məcburiyyətindəyik.


Xaricdə qazanıb Türkiyəyə yatırdım


- Otel xaricində hansı yatırımlarınız var?

- Mən xaricdə qazanıb Türkiyəyə yatırım etdim. Təkcə limanlara qoyduğumuz sərmayə 1 milyard dolları keçib. Limanlarda 2 milyard dollarlıq yeni gəmi sifarişimiz var. Enerjiyə böyük sərmayə qoyuruq.


Futbolçunun anası bizim də anamızdır


- Fərid Şahenklə yaxın dostsunuz. Fənərbaxça bu il yaxşı oynayır. Fərid bəy sizə sataşır?

- Heç futboldan danışmırıq. Fənərli qardaşım Fərdi bəy də, “Qalatasaray”lılar da inciməsin, amma mənə görə Türkiyənin tək xalq komandası Beşiktaşdır. Köhnə idmançıyam. Holiqanlığı dəstəkləmirəm. İdmanda holiqanlıq, küfr olmasın yetər. Mənim Azərbaycanda klubum var. 9 milyonluq Azərbaycandan 3 milyonu bu komandanı dəstəkləyir. Ağızlarından bircə dənə də olsun söyüş çıxmaz. Bu söyüşləri futboldan yığışdırmaq lazımdır. Futbolçunun anası da, bacısı da bizim anamız, bacımızdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mübariz Mənsimov: "Nə İŞİD? Dürüst olun!"

    Mübariz Mənsimov: "Nə İŞİD? Dürüst ...

    23-11-2015, 14:59

  • 
  • Mübariz Mənsimov Metris həbsxanasında (FOTO)

    Mübariz Mənsimov Metris həbsxanasında (FOTO) ...

    9-01-2014, 13:23

  • 
  • Mübariz Mənsimov ondan yazan saytları hədələdi

    Mübariz Mənsimov ondan yazan saytları hədələdi ...

    24-12-2013, 23:37

  • 
  • Mübariz Mənsimov “İlin iş adamı“ seçildi

    Mübariz Mənsimov “İlin iş adamı“ seçildi ...

    13-12-2013, 15:01

  • 
  • Mübariz Mənsimov Bakıya gəlib

    Mübariz Mənsimov Bakıya gəlib ...

    28-05-2013, 16:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu