Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov keçmiş daxili işlər naziri Muammer Gülərin oğlu Barış Gülərlə görüşüb. Mənsimov Metris həbsxanasında yatan, ailə dostu olan Barışla görüşmək üçün Bakırköy ədliyyəsinin baş prokuroru Hadi Salihoğlundan icazə alıb.
Qeyd edək ki, Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağar da dekabrın 17-də həyata keçirilən "Böyük rüşvət əmliyyatı" zamanı həbs olunan keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Saleh Kağan Çağlayanla Metris həbsxanasında görüşüb. Mübariz Mənsimovla Ağarın Ədliyyəyə "Palmali"yə məxsus iki maşınla getdiyi bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?