GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Yeni nazir kənd təsərrüfatının MƏCNUNU OLA BİLƏCƏKMİ? - Köhnə nazir İNAMIMIZI ÖLDÜRÜB...

Yeni nazir kənd təsərrüfatının MƏCNUNU OLA BİLƏCƏKMİ? - Köhnə nazir İNAMIMIZI ÖLDÜRÜB...

Tarix: 4-05-2023, 14:05 Bölmə :Müsahibə Baxış: 385

“Yeni kənd təsərrüfatı naziri təyin olunanda düşündüm ki, əvvəlkindən fərqli olaraq indiki nazir heç olmazsa bu sahə ilə bağlı müəyyən müddət fəaliyyət göstərib, hansı problemlər varsa, əsas bunlara diqqət yetirəcək və həlli üçün ictimaiyyətə müəyyən informasiya ötürəcək. Məsələn, hansı dövlət proqramını qəbul edəcəklər, hansı siyasəti yürüdəcəklər, geriləmə olan sahələrdəki problemləri necə həll edəcəklər? Təəssüf ki, bunu görmürük. Belə hesab etmək olar ki, indiki kənd təsərrüfatı naziri də əvvəlkinin gördüyü işləri təkrarlayır. İnam Kərimov gedib quzu ilə şəkil çəkdirmişdi, indiki nazirin də barama qurdunun toxumu ilə şəklini gördüm. Bu gün barama qurdu və onun toxumu problem deyil. Barama qurdu problemi digər problemlərin qarşısında əhəmiyyətsizdir. Məsələn, Azərbaycan özünü çörəklə təmin edə bilməyəcəksə, kənd təsərrüfatı nəyimizə gərəkdir? İlk gündən taxılçılığın inkişafı, buğda istehsalının artımı ilə bağlı müəyyən işlər görülməli idi. Daha ciddi problemlərdən biri - su problemi həll olunmalıdır. Daha çox Kənd Təsərrüfatı Nazirliyi bu problemlə bağlı narahatlığını bildirməlidir. Çünki ölkədə suyun 90%-i kənd təsərrüfatında istifadə olunur, bu sahəni susuz təsəvvür etmək mümkün deyil. Ölkənin əsas ərzaq məhsullarına olan tələbatın, hətta yarısı belə ödənilmədiyi halda kənd təsərrüfatı nazirinin gedib barama qurdunun toxumu ilə maraqlanması göstərir ki, kənd təsərrüfatına gələn məmur qeyri-peşəkardır, nə edəcəyini bilmir. Peşəkar olsaydı, çıxış edib deyərdim ki, nəhayət, bu sahə öz adamını tapdı. O, kənd təsərrüfatı mütəxəssisi  deyil. Abşeronda MMC rəhbəri olub. Bu, göstərici deyil...”

GUNDEMXEBER.AZ xəbər verir ki, bu sözləri “Kanal 13”ə müsahibəsində kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.
O bildirib ki, kənd təsərrüfatı təkcə zeytun, badam istehsalı ilə məşğul olmur: “Nazirin əsas sahələrdən anlayışı olsaydı, təyinat aldığı gündən dərhal sonra əsas sahələr üzrə peşəkarları, institut rəhbərlərini yığardı. Belə peşəkarlar ölkədə kifayət qədərdir. Çıxış yolu axtarmaq üçün onlarla məsləhətləşməli idi. Əlbəttə, irəliləyiş 10-15 gündə baş vermir. Amma 10-15 gündə əvvəlki nazirin fəaliyyəti ilə müqayisədə Nazirlikdə dəyişiklik hiss olunmalı idi, canlanma yaranmalı idi. Təbii ki, sahədə irəliləyiş müəyyən vaxt tələb edir. Yeni gələn nazir normal fəaliyyət göstərsə, problemlərin həlli üzrə tədbirlər həyata keçirsə, 1 ildə müəyyən sahələrdə irəliləyişlərə nail olmaq mümkündür. Bazarda monopoliyanın aradan götürülməsi üçün bir həftə lazımdır. Nazir danışıqlara gedə və xahiş edə bilər ki, mövcud monopoliyanın aradan qaldırılmasında ona köməklik etsinlər. Hüquq mühafizə orqanları, hökumət bu məsələyə cəlb edilə bilər. Sizi əmin edirəm, 1 həftə ərzində bazardan monopoliyanı götürmək mümkündür. Jurnalistlər nazirə sual verdilər ki, bazarda niyə qiymətlər yüksəkdir? O da dedi ki, bazar iqtisadiyyatıdır, qiyməti bazar müəyyən edir. Yaxşı, bazar müəyyən edirsə, sən nəyə lazımsan?”
V.Məhərrəmlinin sözlərinə görə, o, Azərbaycanda “kölgə iqtisadiyyatı”nın mövcudluğu ilə bağlı hökuməti xəbərdar edib: “Ölkədə iqtisadiyyatın 60%-i, yəni yarıdan çoxu “kölgə iqtisadiyyatı”nın əlindədir. Bunların istehsal etdikləri məhsul qeydiyyata alınmır, vergi ödənilmir. Nəticədə ölkə iqtisadiyyatı böyümür, bu da bütün sahələrə mənfi təsir edir. Digər ölkələrdə Azərbaycanla müqayisədə kölgə iqtisadiyyatı çox az səviyyədədir. Bu gedişlə bizdə əmək haqqı nə vaxt Belarus səviyyəsində olacaq? “Kölgə iqtisadiyyatı” aradan götürülmədikcə bizdə irəliləyiş ola bilməz. Bu işlə məşğul olanlar elə ən yüksək vəzifəli məmurlardır. Böyük bizneslə məşğul olanlar qeydiyyatda olduqları halda belə, gəlirlərini gizlədirlər, guya ziyanla işləyirlər, yaxud az gəlirlə. Bu məsələ uzun müddətdir, dilə gətirilsə də, hökumət məşğul olmur. Monopoliya aradan götürülməsə, Azərbaycan ərzaq məhsullarına olan tələbatını ödəyə bilməyəcək. Təsəvvür edin, ölkəyə ötən il 2 milyard 363 milyon dollar dəyərində yeyinti məhsulları idxal edilib. Deməli, kəndlilərimizə çatacaq vəsait əcnəbi fermerlərin cibinə getdi, biznesləri genişləndi, sosial durumları yaxşılaşdırıldı. Kənd təsərrüfatı naziri bunu düşünməlidir ki, o pullar bizim kəndlilərin cibinə getməlidir. Baş nazir də yenidir, o da nazirləri bu məsələnin həlli ilə bağlı yığa bilər. Göstəriş verər, Prezidentdən də xahiş edər ki, hüquq-mühafizə orqanları ona bu məsələdə yardımçı olsun, “kölgə iqtisadiyyatı” aradan götürülsün. Baş nazir, yaxud kənd təsərrüfatı naziri bunu edə bilərmi? Xeyr. Çünki bu gün “kölgə iqtisadiyyatı” ilə məşğul olanlar, bazarı monopiliyaya alanlar elə oliqarx məmurlardır. Onların maraqlarına toxunanlar ciddi cəza ala bilərlər. Deputat Vahid Əhmədov da buna işarə etmişdi. O, bunu deyirsə, problemin harada olduğunu yaxşı bilir. Sadəcə, ad çəkmir. Hansı resursu yoxdur ki, Azərbaycan inkişaf etməsin? İxrac kəskin şəkildə azalıb, idxal artıb. Çay ixracımız 94% azalıb, digər məhsullar da həmçinin. Deməli, gəlirimiz azalıb. Keçən ilin birinci rübü ilə müqayisədə bu il 90 milyon dollar dəyərində idxalımız artıb”.
V.Məhərrəmli subsidya məsələsinə də toxunub: “Avropada dövlət məmurları bu işə qarışmaq marağında deyillər. Biz də təklif vermişik ki, işi dolaşdırmayın. Nəyə görə kəndliyə deyirsiniz ki, verdiyiniz subsidiyanın 75%-ni gübrəyə ver? Həmin 75% gübrənin idxalı ilə məşğul olan oliqarx məmura gedir. Bu nə deməkdir? Kim o məmura səlahiyyət verir ki, gedib gübrəni xarici ölkədən alsın, gətirib dövlət büdcəsi hesabına birbaşa kəndliyə satsın? Monopolist keyfiyyətsiz gübrə gətirir, buna görə kəndlilərimiz də heç bir nəticə əldə edə bilmirlər. Onlar bir gündə bir neçə şirkət yaradırlar. Axtarsanız, görərsiniz ki, bir ünvanda on-on beş MMC yaradıblar. Bir gündə yaradırlar, səhər tenderə buraxırlar, tenderi həmin MMC udur, sonra dövlət hesabına məhsul idxal edir və daimi müştəriləri var. Müştərini də dövlət müəyyən edir. Qətiyyən yolverilməzdir. Ölkə üzrə hektara ən azı 400-500 kiloqram gübrə istifadə olunmalıdır. Amma ümumi baxırıq ki, 100 kiloqrama çatıb. Bir sözlə, subsidiyanın 75%-nin gübrəyə verilməsi qərarı da nəticə vermədi. Subsidiya sanballı olmalıdır”.
V.Məhərrəmov əlavə edib: “Kənd təsərrüfatı naziri dedi ki, institut rəhbərlərinə tapşırıq verib, suya tələbatı az olan bitki sortlarının yetişdirilməsi ilə bağlı iş görülsün. Nazirin qeyri-peşəkar olduğunu bilirdim, amma sahədən bu qədər uzaq olduğunu bilmirdim. Azərbaycan suya az ehtiyacı olan bitki növü ilə məşğul olmalı deyil. Azərbaycanın suyu kifayət qədərdir. Azərbaycan daha çox hansı məhsula ehtiyacı varsa, onun istehsalına önəm verməlidir. Nazir deyə bilərdi ki, stress amillərə dözümlü yeni sortların yetişdirilməsi. Məsələn, buğda. Bu bitkiyə daha az su verməklə daha az məhsul verəcək. Düzdür, İsraildə elə yeni sortlar yetişdirilir ki, suya tələbatı azdır. Amma İsraildə modifikasiya olunur. Azərbaycanda hələ genetik modifikasiya ilə ciddi məşğul olan alim tanımıram. Biz yaxın bir neçə il içində İsrail ola bilmərik, gərək bu sahədə çalışaq. 25 milyard kubmetr suyumuz var. Bizə cəmi 5 milyard kubmetr su lazımdır ki, kənd təsərrüfatı məhsullarını beynəlxalq normaya uyğun istehsal edək, içməli su kimi və digər sahələrdə də istifadə edək. Su problemini ona görə şişirlər ki, bacarmırlar, axı su idarə olunmalıdır. Ölkə başçısı Sərəncam imzaladı, Agentlik yaradıldı. On ildir, təklif veririk, deyirik ki, suyun yiyəsi yoxdur, yiyəsi olmalıdır. Amma biz nazirlik yaradılmasını təklif vermişdik. Çünki su ilə bağlı digər oyunçular da var, məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərenerji, Fövqəladə Hallar Nazirliyi. Su idarə olunmadığı üçün ciddi itkiyə yol verilir. Təsəvvür edin, mənbədən götürülən suyun nəql zamanı 30%-i itkiyə gedir, nəql etdikdən sonra təsərrüfata çatır, təsərrüfatda isə 50%-i itirilir. Gələn nazir də, hamısı problem axtarırlar, halbuki Azərbaycanda su kifayət qədərdir. Çünki sabah nəyəsə nail olmayanda, sahə geriləyəndə bunlara əsaslandırma lazımdır. Nə ilə əsaslandıra bilər? Yenə bazar, su problemi. Ölkədəki bahalaşmanı dünyadakı bahalıqla əsaslandırırlar, deyirlər, biz də idxal edirik, bu, bazara təsir edir. Aprelin əvvəlində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yaydığı hesabatda qeyd edir ki, son 12 ayda dünya bazarında ərzaq məhsullarının qiyməti 20,5% ucuzlaşıb. Azərbaycanın Dövlət Statistika Komitəsinin isə aprel ayında yaydığı məlumatda görə, bilərsiniz ki, son 12 ayda hansı məhsullar dünyada ucuzlaşıbsa, o məhsullar Azərbaycanda bahalaşa-bahalaşa gedib. Azərbaycanın daxili bazarını beynəlxalq bazarın əlverişsiz konnekturasından qorumaq üçün hökumət hansı addımları atır? Düşünürlər ki, bilmirik. Nağıl danışırlar, hesab edirlər ki, əhali başa düşmür. Milli Məclis qanun qəbul etməlidir. Oturub parlamentdə boş-boş onu-bunu tənqid etməklə məşğul olmalı deyillər. Hər biri təkliflə gəlməlidir. Bu gün deputat olsam, üç qanun layihəsini masanın üstünə qoyaram. İş görmək əvəzinə bəhanə gətirirlər...”.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yeni kənd təsərrüfatı naziri İnam Kərimov kollektivə təqdim edilib

    Yeni kənd təsərrüfatı naziri İnam Kərimov ...

    24-04-2018, 14:18

  • 
  • İnam Kərimov bu il Göyçaydan barama gözləməsin... - İLGİNC FAKT

    İnam Kərimov bu il Göyçaydan barama gözləməsin... ...

    8-06-2021, 12:02

  • 
  • Ölkədə ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb - Nazir

    Ölkədə ət və süd məhsulları ilə özünü təminetmə ...

    22-01-2019, 13:43

  • 
  • İnam Kərimov Cocuq Mərcanlıda - FOTO

    İnam Kərimov Cocuq Mərcanlıda - FOTO ...

    22-10-2018, 16:58

  • 
  • Nazir daha iki direktoru işdən çıxarıb

    Nazir daha iki direktoru işdən çıxarıb ...

    14-11-2019, 18:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu