İranda “Ticarət News” xəbər saytının baş redaktoru Mərziyə Mahmudiyə İran məhkəməsi tərəfindən ikinci dəfə 24 milyon tümən cərimə verilib.
Jurnalist həmçinin 1 il müddətinə Xorasan-e Rəzəvi əyalətinin ucqar Türbət Cam şəhərinə sürgün edilib.
Gundemxeber.az bildirir ki, bu barədə "Sherg.az"a açıqlamasında politoloq Sədrəddin Soltan bildirib ki, bu Tehran hakimiyyətinin acizliyinin göstəricisidir.
ƏEkspert qeyd edib ki, Mərziyə Mahmudi İranın söz azadlığı üzərində mübarizə aparan azad fikirli xanım jurnalistlərindən biridir:
"O, İranın keçmiş deputatı Həmid Rəsayinin qadınları əxlaqsız adlandırdığı üçün ona qarşı tənqidi məqalə həsr edib və məqaləni sosial şəbəkədə paylaşıb. Bu paylaşımına görə xanım Mahmudini həbs ediblər. Ümumilikdə İranda ötən ilin sentyabrndan indiyə qədər 100-dən çox xanım jurnalist həbs olunub və müxtəlif cəzalara məhkum edilib. İranda Qadın və insan haqlarının pozulması davamlı olaraq Beynəlxalq hüquq müdafiəçiləri, dünyanın aparıcı ölkələri, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya və.s tərəfindən ciddi tənqid olunur. Əvvəla İran hakimiyyəti bu istiqamətdə olan tənqidlərin heç birinə məhəl qoymur. BMT-nin insan haqları üzrə təmsilçisi indiyə qədər Tehrana səfər edə bilməyib. İran hakimiyyəti insan haqları üzrə məruzəçilərin ölkəyə gəlməsinə imkan yaratmır.
Hesab edirəm ki, İnsan hüquqlarının vəziyyəti sözdə mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı kimi məsələlər İran üçün nüvə dobramından heç də vacib məsələ deyil. Beynəlxalq ictimaiyyət İranın nüvə proqramına həssaslıqla yanaşdığı kimi İnsan hüquqlarının, söz və mətbuat, həmçinin siyasi azadlığın pozulması kimi məsələlərə də daha ciddi diqqət yetirməsinə ehtiyac var. İran hakimiyyəti söz, sərbəst toplaşmaq azadlığı uğrunda mübarizə aparan neçə-neçə qadını qətlə yetirib. Sentyabrın 17-dən başlayan Qadın ədalət etiraz aksiyaları xanımın hicab qaydasını pozduğuna görə qətl edilməsindən sonra başlayıb və davam edir. İran hakimiyyəti jurnalistlərin səsini kəsməklə hesab edir ki, ölkədəki çatışmazlıqların, etirazların, pozuntuların qarşısını ala biləcək. Ötən ilin sentyabrnda Əmininin qətli ilə bağlı məsələni işıqlandırdığına görə Rufə Həmidi və İlahə Məhəmmədi həbs olunublar. Bu tip hadisələr İranda son zamanlar daha geniş vüsət alıb.
Bu, onu göstərir ki, İranda söz və mətbuat azadlığı uğrunda mübarizə genişlənir, əvvəlki illərlə müqayisədə daha da artır. Həm də İran hakimiyyətinin fikir və söz azadlığına dözümsüzlüyünün nümayişidir. Halbuki İran "Ana yasa"sında demokratik dəyərlərin bu kimi məsələləri öz əksini tapıb. Deməli Tehran rejimi qəbul etdiyi konstitusiyanın müddəalarını pozur. Eləcə də xanım Mərziyə Mahmudinin sürgün və cərimə edilməsi İran hakimiyyətinin qadınlara, jurnalistlərə qarşı zorakılığının göstəricisidir. Rejim öz vətəndaşının etirazına dözə, tələblərini yerinə yetirə bilmirsə, deməli acizdir".
Sorğu
Yeni dizaynımız necədir?