GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Georgi Pxakadze: “Əlbəttə ki, “Omikron” ştammının yeni variantına hamı yoluxacaq” - MÜSAHİBƏ

Georgi Pxakadze: “Əlbəttə ki, “Omikron” ştammının yeni variantına hamı yoluxacaq” - MÜSAHİBƏ

Tarix: 15-08-2023, 00:13 Bölmə :Müsahibə Baxış: 544


Son həftələrdə koronavirusun “Omikron” ştammının yeni variantlarının - EG.5 və EG.5.1-in - sürətlə yayılması ilə bağlı narahatedici xəbərlər yayılıb.

Məsələn, ABŞ-də təkcə Nyu-York ştatında COVID-19-a yoluxma halları bir həftə ərzində 55%, xəstəxanaya yerləşdirmələr 22% artıb. Ümumiyyətlə, KİV-in məlumatına görə, EG.5-in yeni versiyası bütün ölkə üzrə yoluxma hallarının 17%-ni təşkil edir.

Koronavirusla bağlı nələrin baş verdiyi, qlobal peyvəndin yeni dalğasının gözlənilib-gözlənilmədiyi ilə bağlı Oxu.Az-a müsahibəsində ictimai sağlamlıq məsələləri üzrə ekspert, “Accreditation Canada” beynəlxalq təşkilatının Gürcüstanda xəstəxanaların akkreditasiyası üzrə rəsmi nümayəndəsi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki məsləhətçisi, Qlobal Peyvəndləmə və İmmunlaşdırma Alyansının (GAVI) müşaviri, BMT Baş katibinin keçmiş müşaviri, hazırda Parisdə yaşayan professor Georgi Pxakadze danışıb.

- Ümumdünya Səhiyyə Təşkilatı heç vaxt deməyib ki, koronavirus artıq mövcud deyil. Təəssüf ki, COVID heç hara yox olmayıb. Bütün virusların öz dövranı var, koronavirusun isə aktiv mutasiyaları da ortaya çıxır. Koronavirusun yeni EG.5 variantı bizə yaxşı tanış olan “Omikron” ştammının “kötücə”lərindən biridir.

İndi bütün dünya KİV-i virusun yeni versiyasından yazır. Bizdə Fransada əsas xəbərlərdən biri COVID-in qayıdışı ilə bağlıdır. Yaponiyadan tutmuş Azərbaycan və Gürcüstana qədər bütün dünya xəstəxanalarında hələ də koronavirusla yatan xəstələr qalır. Bəs “Omikron” ştammının yeni variantı haqqında nə bilirik? Birincisi, bu, pandemiyanın başlanğıcında olduğu qədər qorxulu deyil. İkincisi, əlbəttə ki, olduqca sürətlə yayılır. Üçüncüsü, sentyabrda o, ən azı ABŞ-də və çox güman ki, dünyanın əksər ölkələrində dominant virusa çevriləcək.

Ən vacib şeyi başa düşmək lazımdır ki, 70 yaşdan yuxarı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkənlər risk qrupundadırlar. Xəstələndikləri zaman onlarda ağırlaşmaların olması mümkündür. Əlbəttə ki, hamımız COVID-19-un əvvəlki versiyaları ilə xəstələndiyimiz kimi, “Omikron” ştammının yeni versiyasına da demək olar ki, hər kəs yoluxacaq. Amma əhalinin haqqında bəhs etdiyim ən həssas təbəqəsini qorumaq lazımdır.

- Bəs necə qorumaq lazımdır? Yenə peyvəndləmə?

- Hər hansı qlobal peyvəndləmə olmayacaq. Amma Avropa və ABŞ-də artıq oktyabrda yeni peyvəndləmə olacaq. İndi isə Avropada yeni peyvənd olmadığı üçün qocalar evlərində bivalent peyvənd təklif olunur. Payızın ortalarından etibarən yeni preparat meydana çıxacaq ki, o da yalnız “Omikron” ştammının variantlarına “hədəflənəcək”. Amma bu preparat bütün dünyaya təklif edilməyəcək, dünya özü də bunu istəməz. Bu preparat ABŞ, Avropa, Avstraliya, Cənubi Koreya, Yaponiyada ortaya çıxacaq.

Dünyanın əksər yerlərində antipeyvənd əhvali-ruhiyyəsi hökm sürür. Bir çox hökumətlər, sadəcə, gözlərini yumacaq, yeni peyvəndlərin yaranması ilə bağlı xəbərləri gözardı edəcəklər. Belə ki, hazırda qrip mövsümüdür. Lakin dünya miqyasında, xüsusən də yaşlı əhali arasında ölüm halları artacaq. Və bizim tibbi maskalar, məsafə saxlanması, əllərin məcburi yuyulması kimi köhnə silahlarımız qalır. İndi çoxları bunu unudublar, amma əbəs yerə. Ən azından, tibb müəssisələrində maska taxılması məcburi olmalıdır.

- Amma iyulun sonunda ÜST bəyan etdi ki, dünya ölkələrinin yarısında koronavirus qeydə alınmayıb...

- Axı ÜST dünya ölkələrinin səhiyyə nazirliklərinin ötürdüyü məlumatlardan asılıdır. Ümumdünya Səhiyyə Təşkilatının hətta öz laboratoriyaları belə yoxdur. Bir çox dövlətlərdə isə sadəcə olaraq, COVID testlərini dayandırdılar. Demək olar ki, koronavirusla bağlı statistikanın dərc edilməsinə son verdilər. Bundan əlavə, bəzi ölkələr, Gürcüstanda olduğu kimi, COVID-19 xəstələrinin müalicəsi üçün ödənişləri dayandırdılar. Və dərhal xəstələr “yoxa çıxdılar”, onların, sadəcə, rəsmi qeydiyyatdan keçirilməsinə son verildi.

Hazırda Yaponiyada, ABŞ-də, Fransada haqqında danışdığımız “Omikron” koronavirus ştammının yeni variantının alovlanması müşahidə olunur. Bu ştamm çox tez yayılır. Bundan əlavə, pandemiya zamanı insanlar səyahət etmək üçün darıxırdılar, ona görə də indi aktiv şəkildə başqa ölkələrə səyahət edirlər. Təyyarələr, hava limanları, kurortlar, hotellər - hamısı doludur. Hər kəs koronavirus, COVID sözlərindən o qədər yorulub ki, hətta sadəcə maska taxsanız belə, sizə düşmən kimi baxacaqlar. Lakin panikaya çevrilən aqressiya bir seçim deyil. Mən bir daha insanları maska taxmağa və məsafə saxlamağa çağırıram, xüsusən də nəzərə alsaq ki, regionumuzda, Cənubi Qafqazı nəzərdə tuturam, yeni vaksinlər olmayacaq. Koronavirus haqqında eşitmək istəmirsinizsə, buyurun! Onu “adsız virus” adlandırın. Ancaq xəstələnmisinizsə, sizdə xarakterik əlamətlər müşahidə olunursa, evdə qalın, başqalarını yoluxdurmayın.

Yeri gəlmişkən, pandemiya nəticəsində biz siyasi mənada nə əldə etdik? Əksər ölkələrdə, o cümlədən Gürcüstanda səhiyyə nazirlərini dəyişdilər. Tətbiq edilən məhdudiyyətlərə görə ödənilən siyasi əvəz çox yüksək oldu.

- Bəs pandemiyanın əvvəlində olduğu kimi qapanmalar gözlənilirmi?

- Hazırda heç kimin qapanma tətbiq etmək kimi bir fikri yoxdur...

- Bəs quru sərhədlərinin açılması necə? Azərbaycan hələ də bu sərhədləri bağlı saxlayır...

- Ola bilsin ki, dediklərim Azərbaycan xalqının o qədər də xoşuna gəlməyəcək, amma quru sərhədlərinin bağlanması hökumətinizin düzgün qərarıdır. Baxmayaraq ki, tam təcrid, əlbəttə, heç vaxt olmayacaq, amma “Omikron”un ştammının yeni EG.5 versiyası bütün ölkələrə gələcək, bu, sadəcə olaraq, qaçılmazdır.

Unutmayın ki, koronavirus bir insandan “qaynaqlanıb” və sonra bir çox mutasiyaya məruz qalıb.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir: “Gürcüstanda koronavirusun yeni ştammı aşkarlanmayıb”

    Nazir: “Gürcüstanda koronavirusun yeni ştammı ...

    28-12-2020, 12:54

  • 
  • ÜST koronavirus mutasiyalarının təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

    ÜST koronavirus mutasiyalarının təhlükəsi ilə ...

    10-02-2021, 10:49

  • 
  • Ekspert: “Koronavirusun növbəti dalğası iyun-iyul aylarında Azərbaycan və Gürcüstanı bürüyəcək”

    Ekspert: “Koronavirusun növbəti dalğası iyun-iyul ...

    11-05-2022, 10:27

  • 
  • ÜST: Avropanın əksər hissəsində COVID-19-a yoluxmada artım var

    ÜST: Avropanın əksər hissəsində COVID-19-a ...

    4-03-2021, 15:41

  • 
  • ÜST: Koronovirus pandemiyası qlobal səviyyədə şiddətlənir

    ÜST: Koronovirus pandemiyası qlobal səviyyədə ...

    9-07-2020, 17:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu