Gürcüstanda koronavirusun yeni ştammının yayılması faktı hələ təsdiqlənməyib.
Bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Riçard Luqar adına laboratoriyada şübhəli yoluxma halları ilə bağlı araşdırmalar davam etdirilir: “Nəticələr məlum olan kimi ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, Gürcüstanın baş epidemioloqu Amiran Qamkrelidze ölkədə COVID-19-un yeni ştammının yayıldığını istisna etmir./report/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?