Qarabağda qalmaq istəməyən erməniəsilli sakinlər Ermənistana tam təhlükəsiz şəkildə gedirlər.
“Laçın” dövlət sərhəd-buraxılış məntəqəsindən (SBM) Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maneəsiz keçidi təmin olunur.
Ermənistan istiqamətində hərəkət edən sakinlər heç bir təhlükə və təhdidlə qarşılaşmadıqlarını, könüllü şəkildə getdiklərini bildiriblər.
“Ailəlikcə köçürük. Əsgəranda pis yaşamırdım. Yenə buraya qayıtmaq istəyirəm. Azərbaycanlılarla bərabər futbol oynamışıq. Hətta o vaxt Xocalıdan olan gənclərlə birlikdə Zaqatalaya da getmişik”, – Qarabağı tərk edən erməni Baku TV-yə açıqlamasında deyib.
Sorğu
Yeni dizaynımız necədir?