"Ukrayna iqtisadi, demoqrafik və hərbi çöküşlə üz-üzədir, ABŞ bu incə vəziyyətdən necə çıxacağını düşünməlidir”.
Gundemxeber.az xəbər verir ki, bu barədə amerikalı iqtisadçı Cefri Saks Yunanıstanın Kathimerini nəşri üçün köşə yazısında bildirib.
Saks hesab edir ki, ABŞ-dakı neokonlar və Londondakı siyasətçilər Vaşinqtonu münaqişəni gərginləşdirməyə sövq edir, lakin daha çox sakitliyə ehtiyac var. İqtisadçı Amerika hakimiyyətini Moskva ilə danışıqlara başlamağa və NATO-nu şərqə doğru genişləndirməyəcəyinə söz verməyə çağırıb.
"Prezident Co Bayden prezident Vladimir Putinə məlumat verməlidir ki, ABŞ NATO-nun yeni təhlükəsizlik razılaşması əldə edəcəyi təqdirdə onun şərqə doğru genişlənməsini dayandıracaq", - Saks bildirib.
O, hesab edir ki, Bayden Putinin 2021-ci ilin dekabrında təklif etdiyi kimi Rusiya ilə yeni təhlükəsizlik müqaviləsi üzrə danışıqlara razılıq verməlidir. İqtisadçının sözlərinə görə, Bayden əvvəllər səhvən belə danışıqlardan imtina edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?