GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Nikolay Kryuçkov: “Qızılca epidemiyası aysberqin görünən tərəfidir” - İMMUNOLOQLA MÜSAHİBƏ

Nikolay Kryuçkov: “Qızılca epidemiyası aysberqin görünən tərəfidir” - İMMUNOLOQLA MÜSAHİBƏ

Tarix: 8-12-2023, 19:18 Bölmə :Müsahibə Baxış: 563

Son aylar və xüsusilə həftələr ərzində Bakıda və Azərbaycanın regionlarında lokal qızılcaya yoluxma  faktları ilə bağlı sonsuz xəbər axını var. Yoluxduruculuq qabiliyyəti yüksək olan bu virus xəstəliyindən artıq dünyasını dəyişən uşaqlar da var. Eyni vəziyyət təkcə Azərbaycanla qonşu olan ölkələrdə - Türkiyə, Rusiya, İran, Qazaxıstan, Gürcüstan, Ermənistanda deyil, Avropa və ABŞ-də də müşahidə olunur.

Dünyada qızılca xəstəliyinin yayılmasına səbəb nə oldu? Bunun COVID-19 pandemiyasına səbəb olan SARS-CoV-2 yeni növ koronavirusun dolayı nəticələri olması mümkündürmü?

KEQ müqavilə-tədqiqat şirkətinin baş direktoru, rusiyalı ictimai səhiyyə eksperti, immunoloq, tibb üzrə fəlsəfə doktoru Nikolay Kryuçkov vəziyyəti oxu.az-a şərh edib.

- Belə bir versiya səsləndi ki, koronavirus pandemiyası zamanı karantin səbəbindən bir çox uşaqlar qızılcaya qarşı peyvənd olunmadılar və indiki xəstəlik epidemiyası da məhz bununla bağlıdır...

- Bu kimi qapanmalar milli peyvənd təqvimində peyvənd əhatəsinin azalmasına səbəb olmamalıdır. Peyvənd səviyyəsinin aşağı düşməsindən danışa bilərik, lakin bu proses COVID-19-dan çox əvvəl başlayıb və pandemiya fonunda bu məsələ, sadəcə olaraq, daha da pisləşə bilərdi.

Bir çox ölkələrin, o cümlədən Rusiyanın statistikasına baxmaq olar. 2014-cü ildə və ondan sonrakı illərdə, xüsusilə 2019-cu ildə qızılca xəstəliyinə yoluxma hallarında kəskin artım müşahidə olunub. Əvvəlki illərlə müqayisədə bunlar, sadəcə olaraq, rekord rəqəmlər idi. Qeyd olunan 2019-cu ildə Rusiyada 4 500 hadisə baş verib. Sonra intensiv epidemiyaya qarşı qeyri-dərman tədbirlərinin tətbiqi ilə əlaqədar azalma oldu. Amma artıq 2022-ci ildə, dünyanın əksər ölkələrində məhdudiyyətlər götürüldükdə, bir sıra infeksiyalara - göy öskürək, suçiçəyi, meningit və əlbəttə ki, qızılcaya yoluxma halları artdı. Proses 2023-cü ildə sürətləndi və biz peyvəndin qeyri-kafi səviyyədə olması fonunda uzunmüddətli trend əldə etdik.

SARS-CoV-2 infeksiyasının nəticələrindən birinin digər əvvəlki infeksiyalar nəticəsində və ya peyvənddən sonra əldə edilmiş spesifik immunitetin zəifləməsi olduğu barədə başqa bir fərziyyə var. Ancaq bu, təkrar edirəm, bir fərziyyədir, baxmayaraq ki, qızılca üçün bu, çox güman ki, doğrudur.

- Gəlin əhalinin kateqoriyalarına nəzər salaq. Sovet dövründə, demək olar ki, bütün uşaqlar peyvənd   olunurdular, buraya, həmçinin, qızılcaya qarşı peyvənd daxil idi. Bu da əhalinin nəzərəçarpan təbəqəsidir. Onilliklər keçdi, bu insanlar indi risk altındadırlar?

- Əvvəllər hesab olunurdu ki, qızılcaya qarşı peyvənd standart ömürlük immunitet verir. Ancaq görünür, bu, bütün peyvənd edilmiş insanlara aid deyil. Peyvənd bir neçə onilliklər ərzində güclü toxunulmazlıq təmin edir, lakin onun hər kəs üçün ömürlük olması ehtimalı azdır. Ola bilsin ki, hələ sovet dövründə uşaqlıqda peyvənd edilmiş, indi 50-55 yaşdan yuxarı olan bir çox insanların qızılcadan kifayət qədər müdafiəsi yoxdur.

İndi uşaqların peyvənd edilməsinə, yeniyetmələr arasında revaksinasiyaya, böyüklər arasında təmizləyici immunizasiyaya diqqət yetirmək vacibdir. Bütün bunlar birlikdə aparılarsa, immunoloji qılaf yaranacaq. Yaşlı insanlar infeksiyaya həssas olsalar da, peyvənd olunan insanların çoxluğunu nəzərə alsaq, infeksiya effektiv şəkildə yayılmayacaq. Baxmayaraq ki, qızılca insanlar üçün çox yoluxucu bir infeksiyadır. Onun 16-18 əsas reproduktiv sayı (R0) var. Bu, lap çoxdur.

Daha bir nüans var. Biz bilirik ki, peyvəndlərin əhatə dairəsi sovet dövrünün axırı və erkən postsovet dövrlərində vahid formada deyildi. Bunun üçün də böyüklər arasında qızılcaya görə ən çox risk altında olanlar orta yaşlı insanlardır - 35 yaşdan 50 yaşa qədər. Məhz bu qrup arasında peyvənddə azalma baş verdi. Çoxları ya ümumiyyətlə peyvənd almadılar, ya da tam kursu almadılar (bir və altı yaşında). Yeri gəlmişkən, bu, müəyyən dərəcədə təkcə postsovet məkanına deyil, Avropa ölkələrinə də aiddir.

Bundan əlavə, peyvənd nisbətlərinin tədricən azalması 2000-ci illərin sonu və 2010-cu illərin əvvəllərində baş verdi. Lakin bu cür yoluxucu infeksiyalar son dərəcə yüksək səviyyədə kollektiv immunitet tələb edir - bütün əhalinin təxminən 90%-i. Nəticədə hər şey üst-üstə gəldi. Səhiyyə xidmətləri və əhalinin məlumatsızlığı daha çox günahkardır. İnsanlar anlamadıqları məsələlərlə bağlı qərar qəbul etməli oldular.

- Siz peyvənd əleyhinə olanları nəzərdə tutursunuz?

- Bəli, dəqiq. Valideynlərin uşaqları üçün peyvənddən imtina etmək imkanı yarandı. Amma bir çox insanlar, sadəcə olaraq, bu sahədə biliyin olmaması səbəbindən adekvat seçim edə bilmirlər. Nəticədə dünyada peyvəndə qarşı olanların sayı artdı (bu barədə çox yazılıb). Bunda qızılca peyvəndinin (canlı, lakin zəifləmiş peyvənddir) autizmə və digər fəsadlara səbəb olduğunu iddia edən məqalələrin də əli var.

Bu yalan məlumat dəfələrlə təkzib edildi, lakin yenə də kütləvi yayıldı. Hər şey Böyük Britaniya və ABŞ-də başladı və yalnız sonra dünyaya yayıldı.

Bundan əlavə, uzun illər heç kim qızılca kimi təhlükəli bir xəstəliyin nəticələri ilə məşğul olmadı. Həm uşaqlar, həm də böyüklər arasında ölüm halları var. Lakin uşaqlar üçün bu daha təhlükəlidir, peyvənddən əvvəlki dövrdə qızılca həmişə uşaq ölümünün ilk on səbəbindən biri olub. Çox ciddi nəticələr ensefalit kimi qalır, ürək, sinuslar, gözlər və sairə fəsad verir. Ancaq cəmiyyət bir çox onilliklər ərzində əvvəlki peyvənd sayəsində bu nəticələrlə qarşılaşmadı. Nəticədə, bir çoxları təhlükə aradan qalxdığı üçün peyvənd etməyin mənası olmadığı qənaətinə gəldilər. Bunun səhv olduğu məlum oldu.

- Lokal qızılca epidemiyaları ilə bağlı vəziyyət nəzarətdən çıxacaqmı?

- Bu, uzun müddət davam edə bilməz, vəziyyətin olduqca kritik olmasına baxmayaraq, hələ də düzəldilə bilər. Əgər düzəldilməzsə, onda cəbri yox, həndəsi silsilə ilə artım olacaq. Qızılcaya yoluxma hallarının getdikcə artan amillə çoxalması baş verəcək.

İndi bizim aylarla böyük peyvənd işlərinə ehtiyacımız var; bu, qlobal miqyasda problemi həll etməyin yeganə yoludur. Düzdür, həmin vaksinlərin çatışmazlığı faktoru da var. Ancaq müsbət cəhət odur ki, bütün infeksiyaların peyvəndi olmasa da, qızılcanın var.

Yerli epidemiya əleyhinə tədbirlər də lazımdır, əgər bir yerdə epidemiya baş verərsə, bu, nəticələrə qarşı mübarizə olsa da, ərazinin karantinə alınması vacibdir. Xəstəliklər aysberqin görünən tərəfidir, çünki bildirilməyən sporadik xəstəliklər var.

- Əgər insan qızılca olubsa, ikinci dəfə xəstələnmək ehtimalı azdır, düzdür?

- Mən belə cavab verim: “Əgər insan qızılca keçiribsə, deməli, onun peyvənd edilməsinə ehtiyac yoxdur”. Bir uşaq tələb olunan cədvələ uyğun olaraq peyvəndin iki inyeksiyasını alıbsa, revaksinasiya tələb olunmur. İki əvəzinə bir inyeksiya almış və tez-tez iş və ya səhhəti ilə əlaqədar birbaşa infeksiya təhlükəsi halında olan şəxs təcili revaksinasiyaya ehtiyac duyur. Uşaqlıqda peyvənd vurulmayan şəxs isə tam vaksinasiya olunmalıdır.

- Yaşlı vətəndaşlar peyvənd olunmalıdırlarmı? Azərbaycanda bu mövzu aktiv müzakirə olunur.

- Buna çox da ehtiyac duyulmur. Ən azından, peyvənd onlar üçün birinci yerdə deyil. Amma vəziyyət nəzarətdən çıxarsa və əvvəllər peyvənd olunmuş yaşlı insanların neçə faizinin (hər halda nəzərə çarpacaq dərəcədə olsa) yoluxma riski altında olduğunu müəyyən edəriksə, o zaman onları peyvənd etmək lazım gələcək. Ancaq indi ilk növbədə peşə və sağlamlıq riski olan uşaqlara, yeniyetmələrə və böyüklərə diqqət yetirmək lazımdır.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlikdən qızılca xəbərdarlığı

    Nazirlikdən qızılca xəbərdarlığı ...

    13-08-2013, 12:31

  • 
  • Qızılcaya qarşı onillər əvvəl peyvənd edilənlər bir də peyvənd edilə bilər

    Qızılcaya qarşı onillər əvvəl peyvənd edilənlər ...

    29-04-2019, 10:52

  • 
  • Bu xəstəliyə tutulan hər 10 uşaqdan 1-i öləcək – Azərbaycanda da körpələrin 70 faizi təhlükədədir

    Bu xəstəliyə tutulan hər 10 uşaqdan 1-i öləcək – ...

    11-01-2018, 16:58

  • 
  • Valideynlər arasında qızılca xofu - "Uşağı məktəbə göndərməyə qorxuruq"

    Valideynlər arasında qızılca xofu - "Uşağı ...

    4-12-2023, 21:45

  • 
  • İmmunoloq: “Yeni pandemiyanın ortaya çıxması istisna edilmir”

    İmmunoloq: “Yeni pandemiyanın ortaya çıxması ...

    13-02-2021, 10:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (472)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu