GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İnfeksionist: “Ölkəmizdə hazırda COVID-19 ilə yanaşı, qızılca riski də var” - MÜSAHİBƏ

İnfeksionist: “Ölkəmizdə hazırda COVID-19 ilə yanaşı, qızılca riski də var” - MÜSAHİBƏ

Tarix: 27-12-2023, 12:02 Bölmə :Müsahibə Baxış: 570


“Hazırda ölkəmizdə COVID-19 ilə yanaşı, qızılca təhlükəsi var”.

Bu sözləri müsahibəsində infeksionist Vasif Əliyev deyib.

Müsahibəni təqdim edirik:

- Vasif bəy, son həftə ərzində COVID-19-a yoluxma sayında artım müşahidə olunur. Sizcə, bu nə ilə əlaqəlidir?

- Qış aylarında olmağımız respirator infeksiyalara yoluxma riskini artırır. Bəlkə də, real yoluxma sayı statistik göstəricilərdən daha çox ola bilər. Sadəcə, insanlar buna qrip deyib, ciddi fikir vermirlər. Hamı gedib testdən keçmir. Konkret statistikanı vermək çətindir. Ölkəmiz üçün bir həftə ərzində 17 yoluxma elə də ciddi deyil. Ancaq növbəti aylarda virusa yoluxanların sayında artım müşahidə oluna bilər.

- Peyvənd olunanların sayı da azalıb. Səbəb artıq hər kəsin xəstəliyə yoluxub, sağalması ola bilərmi? Bu səbəbdənmi artım müşahidə olunur?

- Bəli, peyvənd olunanların sayı azalıb. İnsanlar düşünürlər ki, peyvənd, sadəcə, xəstəliyin aktual olduğu zamanda vurulur. Hazırda hansısa riskin olduğunu düşünmürlər. Ona görə peyvənd olunan insanların sayı azalıb. Başqa səbəblər də var. İnsanların əksəriyyətinin pandemiyanın əvvəlində peyvənd vurdurmasını, həm xəstəliyə yoluxub-sağalmasını, həm də xəstəliyin fəsadlarının zaman keçdikcə zəifləməsini misal gətirmək olar.

- Qarşıdan Yeni il bayramı gəlir. Kütləvi toplantılar qaçılmazdır. Virusa yoluxma sayı arta bilərmi?

- Əlbəttə, virusa yoluxma arta bilər. Qorunmaq lazımdır. Hazırda COVID-19 ilə yanaşı, qızılca riski var. Və bunun təhlükəsi daha yüksəkdir. Qızılca COVID-19-dan daha yoluxucudur. Qızdırması və səpgisi olanlar evdən çıxmamalı, maska taxmalıdırlar. Xəstəlikdən qorunmaq üçün ara məsafəsinə diqqət etməlidirlər.

-  Ölkədəki epidemioloji vəziyyəti necə qiymətləndirirsiniz?

- Hazırda epidemioloji vəziyyəti əvvəlki dövrlərə nisbətən daha normal qiymətləndirirəm.

- Yeni ştammın (JN.1) ölkəmizdə peyda olması gözlənilirmi?

- Dünyadakı vəziyyəti yaxından izləyirik. Əgər dünyada belə təhlükə yaranarsa, Ümumdünya Səhiyyə Təşkilatı hər hansı bir ştammın ciddi xəstəliyə səbəb olacağını göstərərsə, virusun ölkəmiz üçün təhlükəli olub-olmayacağını öncədən analiz edərik. Fikirlərimizi bölüşərik.

- COVID-19-un bir neçə dəfə mutasiyaya uğradığını müşahidə etdik. Hər mutasiya ilə virus sanki bir az zəifləyir, artıq xəstəliyi bəziləri adi qrip kimi keçirirlər. Lakin ağırlaşmalar da müşahidə olunur.

- Hər bir virus mutasiyaya uğrayır. Amma bu mutasiya bəzən daha yoluxucu olmağı ilə yanaşı, yüngül fəsadları da ola bilər. Hazırkı mutasiyanın ciddi xəstəliyə səbəb olacağını düşünmürəm.

-  Qrip əleyhinə peyvəndlər vurulur. Koronavirusa təsirləri ola bilərmi? Qrip peyvəndlərinin koronavirusa qarşı qoruyucu effekti varmı?

- Qrip və ya qızılcaya qarşı vurulan peyvəndin koronavirusa təsiri yoxdur. Bunlar spesifik peyvəndlərdir. Sadəcə, xəstəlikdən qoruyur.

Xatırladaq ki, Azərbaycanda son bir həftə ərzində (04.12.2023-10.12.2023) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Həmin müddətdə infeksiyaya 17 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 12 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan bir nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 834 189 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib. Onlardan 823 770 nəfər müalicə olunaraq sağalıb, hazırda 42 aktiv xəstə var. Bu günə qədər 10 377 nəfər vəfat edib.

Son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 089, bu günə qədər isə ümumilikdə 7 721 568 test icra olunub./oxu.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlikdən qızılca xəbərdarlığı

    Nazirlikdən qızılca xəbərdarlığı ...

    13-08-2013, 12:31

  • 
  • COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

    COVID-19 əleyhinə peyvənd olunanların sayı ...

    5-05-2021, 19:03

  • 
  • Yoluxma hallarındakı artım qışın bizim üçün daha çətin olacağı deməkdir - Hande Harmancı

    Yoluxma hallarındakı artım qışın bizim üçün daha ...

    9-11-2020, 12:30

  • 
  • Həkim-infeksionist: “Koronavirusa yoluxma sayı artarsa, həkim qıtlığı yarana bilər”

    Həkim-infeksionist: “Koronavirusa yoluxma sayı ...

    14-10-2020, 22:27

  • 
  • Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım, 3 nəfər öldü

    Azərbaycanda koronavirusa yoluxanların sayında ...

    7-03-2021, 15:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu