GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Rusiyalı ekspertlər: “Naxçıvana maneəsiz dəhlizin yaradılmasını tələb etmək Azərbaycanın haqqıdır”

Rusiyalı ekspertlər: “Naxçıvana maneəsiz dəhlizin yaradılmasını tələb etmək Azərbaycanın haqqıdır”

Tarix: 12-01-2024, 13:05 Bölmə :Müsahibə Baxış: 520


Azərbaycan Naxçıvana təhlükəsiz, yoxlanışsız və maneəsiz dəhlizin yaradılmasını tələb etməkdə tamamilə haqlıdır. Çünki bu dəhliz Azərbaycandan-Azərbaycana olacaq. Ermənistanın başqa seçimi yoxdur. Əks təqdirdə Ermənistan dalanda qalacaq. Azərbaycan bütün hallarda Zəngəzur dəhlizinin açılmasına nail olacaq.

Bu fikirləri APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı siyasi ekspertlər bildiriblər.

“Ermənistan Zəngəzuru itirməkdən qorxur, çünki bilir ki, bu ərazi əvvəllər Azərbaycanın olub”

Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov hesab edir ki, Naxçıvana Zəngəzur vasitəsilə gömrük yoxlanışı olmadan təhlükəsiz və maneəsiz dəhlizin yaradılmasını tələb etmək Azərbaycanın haqqıdır:

“Çünki bu dəhliz Azərbaycandan-Azərbaycana olacaq və Azərbaycan vətəndaşları və məhsulları bu dəhlizdən xarici ölkənin gömrük yoxlanışı olmadan keçməlidirlər. Bu, tamamilə normal təcrübədir. Belə “yelçəkən” dəhlizlər dünyada bir çox ölkələr arasında mövcuddur. Ukrayna münaqişəsinə qədər Kalininqrad vilayəti ilə Rusiya arasında belə dəhliz mövcud idi. NATO və Avropa İttifaqı ölkəsi olan Litva ərazisindən Rusiya vətəndaşları və yükləri gömrük rəsmiləşdirilməsi olmadan keçərək Kalininqrada gedirdilər. Ona görə də hesab edirəm ki, bu, Azərbaycanın prinsipial mövqeyidir və əminəm ki, bu mövqeyə dünya ölkələrinin əksəriyyəti anlayışla yanaşır. Ermənistan isə Azərbaycana bu cür imkanı vermək istəmir. Ona görə də Azərbaycanla mübarizə məntiqini davam etdirir. Ermənistan qorxur ki, Zəngəzur dəhlizinin eksterritorial statusu yekunda Zəngəzur ərazisinin itirilməsi ilə nəticələnəcək. Çünki əvvəllər bu ərazi Azərbaycanın olub”.

“Ermənistanın Zəngəzur dəhlizinə qarşı çıxmaq strategiyası da Qarabağ strategiyası kimi uğursuzluğa məhkumdur”

Rusiyalı politoloqun fikrincə, Ermənistan 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatının Zəngəzur dəhlizinin Rusiya sərhədçiləri tərəfindən mühafizə olunması ilə bağlı müddəasını pozur:

“Həmin razılaşmaya görə, Rusiya sərhədçiləri Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək dəhlizin təhlükəsizliyini təmin etməlidirlər. Ermənistan Rusiyadan qopmaq siyasətini davam etdirir. Çox güman ki, İrəvan həmin ərazidə Rusiyanın düşmənləri olan Fransa, Avropa İttifaqı və ya NATO-nun sərhədçilərinin dayanmasını arzulayır. Bu, əlbəttə ki, Üçtərəfli Bəyanatın kobud şəkildə pozulması deməkdir.

Ermənistan, eləcə də, Zəngəzur dəhlizi problemindən öz problemlərini həll etmək üçün təzyiq rıçaqı kimi istifadə etmək istəyir. Düşünürəm ki, İrəvanın bu istəyi də uğursuz olacaq. Çünki bu, Ermənistanın bir neçə onilliklər ərzində Qarabağla bağlı yürütdüyü strategiyanın davamıdır, hansı ki, həmin strategiya tam uğursuzluqla nəticələndi. Onilliklər ərzində Ermənistan düşünürdü ki, Qarabağa görə Rusiya Azərbaycanla münaqişəyə girəcək. İndi isə İrəvan düşünür ki, ABŞ, Fransa və Avropa İttifaqı Ermənistanın əvəzinə Azərbaycanla münaqişəyə girəcək və erməni problemini erməni maraqları çərçivəsində həll edəcəklər. Hesab edirəm ki, Ermənistanın bu strategiyası da uğursuzluğa məhkumdur”.

Rusiyalı polittexnoloq Yevgeni Mixaylov hesab edir ki, Azərbaycan bütün hallarda Zəngəzur dəhlizinin açılmasına nail olacaq:

“Hesab edirəm ki, Bakı Azərbaycandan-Azərbaycana yoxlanışsız nəqliyyat dəhlizinin yaradılmasında tam haqlıdır. Üstəlik, Ermənistan 2020-ci ilin 10 noyabrında mövcudluğunu itirmək qorxusundan danışıqlar masasına oturub Üçtərəfli Bəyanatı imzalayaraq bu dəhlizin yaradılması ilə bağlı üzərinə öhdəlik götürüb. İndi isə Ermənistanın öz sözündən imtina etməsi təəccüb doğurur. Lakin erməni siyasətini yaxşı bilən Rusiya və Azərbaycanda İrəvanın bu addımı təəccüb doğurmur. Düşünürəm ki, həm Moskva, həm də Bakı əvvəlcədən bu cür olacağını güman edirdilər. Lakin bütün hallarda Ermənistanın başqa seçimi yoxdur. Əks təqdirdə Ermənistan dalanda qalacaq. Azərbaycan bütün hallarda Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Ermənistan isə özünün adlandırdığı “Sülhün kəsişməsi”nə, prinsipcə heç nəyə nail ola bilməyəcək. Ermənistan dünya ictimaiyyətini qorxudur ki, guya Azərbaycan güc yolu ilə Zəngəzur dəhlizini ələ keçirmək istəyir. Bunun özü də əbədi Ermənistan təcrübəsidir: hamıya şikayət etmək, biz yazıqları incidirlər, gəlin xilas edin! Bu, vəziyyətdən çıxış yolu deyil. Bakı Zəngəzur dəhlizinin açılmasını təklif edir. Bu təklif Ermənistanın “Sülhün kəsişməsi” təklifindən, hansı ki, fransızlar bu təklifi dəstəkləyirlər, çox yaxşıdır”.

“Belə davam etsə, Ermənistan dövlətçiliyini tam itirəcək”

Mixaylovun fikrincə, Fransa bu gün Cənubi Qafqazdakı sülhə güclü maneə törədir. Ekspert düşünür ki, Ermənistanın Zəngəzur dəhlizini Rusiya sərhədçilərinin mühafizə etməsini istəməməsi də Fransanın arzusudur:

“Rusiya Ermənistanın bütün sərhədlərinin təhlükəsizliyini mühafizə edir. Ona görə də Ermənistanın Azərbaycanla Naxçıvanı birləşdirəcək dəhlizin təhlükəsizliyini Rusiya sərhədçilərinin təmin etməsini istəməməsi gülüncdür. Bu, hər şeydən əvvəl, siyasi oyundur. Rusiyanın Ermənistana təzyiq etmək üçün rıçaqları var. Lakin biz hər zaman yumşaq davranırıq. Rusiya ümid edir ki, Ermənistana bu məsələnin həllində güc tətbiqi və ya iqtisadi təzyiq göstərməyə ehtiyac olmayacaq. Rəsmi İrəvan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə və verdiyi sözə əməl etməyə özündə güc tapacaq. Lakin Ermənistanın Cənubi Qafqazda sülh nizamlanmasına qarşı çıxacağından təəccüblənmərəm. Bu zaman Ermənistanla ciddi məşğul olmaq lazım gələcək. Mən hər zaman deyirəm ki, əgər bu, belə davam etsə, Ermənistan dövlət kimi mövcudluğunu tam şəkildə itirəcək. Görünür ki, onlar bunu istəyirlər. Görünür ki, dövlət kimi yetişməyiblər. Nə qədər ki, razılaşmaq üçün şans var, razılaşmaq lazımdır”.

Rusiyalı ekspert Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivlərinə də toxunub.

“Əgər Bakı ilə İrəvan arasında sülh müqaviləsindən danışsaq, Zəngəzur dəhlizi məsələsi həll olunmadan, prinsipcə, sülh müqaviləsi uzun illər olmayacaq”, - Mixaylov fikrini yekunlaşdırıb.


Gundemxeber.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı Zəngəzur dəhlizini MÜTLƏQ AÇACAQ... - Ermənistanın keçmiş baş naziri

    Bakı Zəngəzur dəhlizini MÜTLƏQ AÇACAQ... - ...

    6-02-2023, 16:38

  • 
  • Zəngəzur Ermənistandan qoparılır? - Dəhlizin açılması LABÜDDÜR

    Zəngəzur Ermənistandan qoparılır? - Dəhlizin ...

    26-09-2022, 12:33

  • 
  • İDDİA: “9 noyabr 2020 - ci il tarixli bəyanatda Zəngəzur dəhlizindən danışılmır” - Paşinyandan növbəti HƏYASIZLIQ

    İDDİA: “9 noyabr 2020 - ci il tarixli bəyanatda ...

    22-04-2021, 09:35

  • 
  • Bakı Brüsseldə bu məsələni masaya qoya bilər - GƏLİŞMƏ

    Bakı Brüsseldə bu məsələni masaya qoya bilər - ...

    6-04-2022, 11:58

  • 
  • İranın səfiri Paşinyanın əvəzindən İZAHAT VERİR... - FAKT BUDUR!

    İranın səfiri Paşinyanın əvəzindən İZAHAT ...

    9-02-2023, 18:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu