Gundemxeber.az » Dünya » Zəngəzur Ermənistandan qoparılır? - Dəhlizin açılması LABÜDDÜR
"Zəngəzur dəhlizi məsələsi həm Ermənistan, həm Azərbaycan üçün çox aktualdır. Azərbaycan həmişə Naxçıvanla gediş-gəlişi təmin etmək üçün Zəngəzur dəhlizinin vacib olduğunu diqqətə çatdırır".
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu Publika.az-a politoloq Samir Hümbətov deyib
Onun sözlərinə görə, dəhlizin açılması, Zəngəzuru Ermənistandan qoparılıb Azərbaycana birləşdirilməsi anlamına gəlməməlidir".
"Əsas məqsəd odur ki, bu yol Ermənistan ərazisindən keçməklə, dəhliz funksiyasını yerinə yetirsin və Azərbaycanla Naxçıvanı birləşdirəcək quru yolu formalaşdırsın. Beləliklə də, həm nəqliyyatın hərəkəti təmin olunur, həm də kommunikasiyaların keçməsi üçün imkanlar yaranır. Bu da həm 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin, 11 yanvar 2021-ci il üçtərəfli Moskva bəyanatının və 26 noyabr 2021-ci il üçtərəfli Soçi bəyanatının, həm də dörd dəfə baş tutan Brüssel görüşlərində müzakirə olunan müddəaların həyata keçirilməsi deməkdir".
Prezident İlham Əliyevin Ermənistana irəli sürdüyü beş əsas şərti xatırladan ekspert vurğulayıb ki, əslində bunlar həm Azərbaycanın, həm də Ermənistanin ərazi bütövlüyünün tanınmasını ehtiva edir:
"Nikol Paşiyanın BMT-nin 77-ci sessiyasında çıxışı zamanı ölkəsinin 29,8 min kv-kilometrlik ərazisindən bəhs edib. Bu da onu göstərir ki, o, Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını və Ermənistanın yalnız SSRİ dağılana qədər olan sərhədlər daxilində mövcud olduğunu birbaşa təsdiq etdi".
Gundemxeber,az
11-03-2021, 16:15
22-04-2021, 09:35
6-04-2022, 11:58
4-02-2021, 19:01
11-03-2021, 11:36
Sorğu
Yeni dizaynımız necədir?