"Ustad şairimiz Məmməd İsmayılın səhhəti ilə bağlı vəziyyət hamımızın diqqətindədir".
Gundemxeber.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib. Deputat bir az əvvəl mədəniyyət nazirinin müavininin Məmməd İsmayılın yanında olduğunu və onun səhhəti ilə maraqlandığını bildirib:
"Nazir müavini vəziyyəti tam öyrəndikdən sonra Səhiyyə Nazirliyinə məlumat veriləcək. Hazırda onun səhhəti ilə bağlı durum hər birimizin diqqətindədir, nə kömək lazımdırsa, ediləcək. İnanıram ki, Heydər Əliyev Fondu tanınmış şairin müalicəsinə dəstək verəcək. Məmməd İsmayıl dəyərli ziyalıdır və onun müalicəsi üçün əlimizdən gələni etməliyik".
Mədəniyyət Nazirliyindən Qaynarinfo-ya verilən məlumat görə, nazirin müavini Murad Hüseynov tanınmış şair, publisist Məmməd İsmayılın səhhətində yaranmış problemlərlə əlaqədar onu ziyarət edib:
"Mədəniyyət Nazirliyi Məmməd İsmayılın səhhəti ilə yaxından maraqlanır və bunu diqqət mərkəzində saxlayır. Şairin müalicəsinə zəruri dəstəyin göstərilməsi üçün müvafiq qurumlara müraciət ediləcək".
Qeyd edək ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan şair Məmməd İsmayılın vəziyyəti pisləşib. 85 yaşlı şair hazırda müalicə alır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?