GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Politoloq: Hər gün keçdikcə İsrail-HƏMAS müharibəsinin qlobal müharibəyə çevrilmə ehtimalı artır...

Politoloq: Hər gün keçdikcə İsrail-HƏMAS müharibəsinin qlobal müharibəyə çevrilmə ehtimalı artır...

Tarix: 5-03-2024, 23:48 Bölmə :Müsahibə Baxış: 517

İsrail HƏMAS-la danışıqları dayandırıb və buna görə HƏMAS-ı ittiham edib...

Politoloq: “Bir şey aydındır ki, Ramazan ayı boyunca atəşkəsdən imtina etmək olduqca təhlükəli əməldir. Bu həm İsrailə, həm də HƏMAS-a aiddir”.

“İsrailin Ramazan ayında müharibəni dayandırmaq jestini etməsi hələ gec deyil. Ola bilsin ki, qarşıdakı günlərdə həm İsrail, həm də HƏMAS bunun məsuliyyətini dərk edəcəklər”.

Bu sözləri politoloq Zaur İbrahimli İsraillə HƏMAS-ın danışıqları dayandırmasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, dünən İsrail HƏMAS-la danışıqları dayandırıb və buna görə HƏMAS-ı ittiham edib. Dünəndən başlayaraq İsrail aviasiyası Qəzza şəhərlərini intensiv bombardman etməyə başlayıb. İsrailin və bir çox liderlərin Ramazan ayı boyunca atəşkəs əldə etməklə bağlı ümidləri isə artıq yoxdur. Yəni müharibənin bütün Ramazan ayı boyunca davam etməsi gözlənilir.

Bu arada ABŞ aktiv şəkildə istər İsrailə, istərsə Misir və Qətər vasitəsi ilə HƏMAS-a təzyiqlər göstərərək atəşkəs əldə etməyə çalışır. ABŞ-ın vitse-prezidenti Kamala Harris İsraili Qəzzada ağır humanitar yardıma görə ittiham edərək anklava humanitar yardınların çatdırılmasını artırmağa çağırıb.

Bu durumda Yaxın Şərqdə yaranmış ümumi vəziyyəti necə dəyərləndirmək olar və İsrailin beynəlxalq dəstəyi itirməsi fonunda İsrail-HƏMAS müharibəsinin daha geniş regional müharibəyə çevrilə bilməsinə ehtimal vermək olar?

İsrail-HƏMAS müharibəsinin bundan sonrakı mümkün mərhələsini Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “İsrail ramazan ayı ərəfəsində güclü tərəf kimi jest edə bilər və barış əlini uzada bilərdi. İsrailin bu jestinə görə müsəlman aləmində onlara qarşı olan münasibət yumşala bilərdi”.

Artıq Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və o cümlədən, ABŞ və Avropa İttifaqının da diplomatik təşəbbüslərə başladığını qeyd edən politoloq bildirib ki, hələlik vaxt var və Ramazan ayında atəşkəs əldə oluna bilər:

“Çox təəssüf ki, HƏMAS-la İsrail arasında atəşkəs razılaşması əldə oluna bilmədi. Real olaraq əslində əvvəldən tərəflər Ramazan ayıyla əlaqədar ABŞ-ın səyləri ilə müəyyən razılaşma əldə etmişdilər. Xüsusilə, Misirin rolu burada qeyd olunmalıdır. Misir bəyan etmişdi ki, İsrail danışıqlar masasından qalxsa, onlar ümumiyyətlə, sülh danışıqlarında iştirakını dayandıracaq. İsrailə təzyiqlərdən sonra bu danışıqlar baş tutdu və atəşkəs barədə razılıq əldə olundu. Lakin sonradan HƏMAS-ın danışıqları dayandırması barədə məlumat səsləndi. Müxtəlif mənbələrdən tərəflərin mövqeləri ilə bağlı fikirlər səsləndirilir. Bizim bu iddiaların hansının doğru, hansının yalan olduğunu qiymətləndirməyə imkanımız yoxdur.

Bir şey aydındır ki, Ramazan ayı boyunca atəşkəsdən imtina etmək olduqca təhlükəli əməldir. Bu həm İsrailə, həm də HƏMAS-a aiddir. Çünki Ramazan ayı müsəlman aləminin müqəddəs ayıdır və bu ay sülh, barış ayıdır. İsrail fasilə götürüb kəşfiyyat və sair əməliyyatları apara bilərdi. İsrailin imkanları yetərlidir ki, bu müddətdə HƏMAS-ın hərbi potensialının bərpa olunmasına imkan verməsin. Qısa müddətdə HƏMAS-ın hərbi potensialı bərpa edəcəyi də ağlabatan görünmür. İsrail güclü tərəf kimi jest edə bilər və barış əlini uzada bilərdi. İsrailin bu jestinə görə müsəlman aləmində onlara qarşı olan münasibət yumşala bilərdi. Təssüf ki, bu baş vermədi və artıq ölən fələstinlilərin sayı 30 mini keçib. Bu da olduqca ürəkdağlayan mənzərədir.

Hər gün keçdikcə bu müharibənin İsrail-HƏMAS müharibəsindən çıxıb bütün müsəlman aləminin qoşulduğu bir konfliktə çevrilməsi ehtimalı artır. Artıq müsəlman ölkələrində ictimai rəy o qənaətə gəlir ki, sülh danışıqları ilə bu qırğına son qoymaq mümkün olmayacaq. Burada İsrailin nə qədər haqlı, nə qədər haqsız olduğu ön plana gəlmir, ön plana qırılan dinc Fələstin əhalisi gəlir.

Zaur İbrahimli: “İsrailin imkanları yetərlidir ki, bu müddətdə HƏMAS-ın hərbi potensialının bərpa olunmasına imkan verməsin”.

İsrail nəzərə almalıdır ki, coğrafiyada müsəlman aləmi ilə birgə yaşamağa məhkumdur və Ramazan ayında bu cür hücumların davam etməsi, əlbəttə,yaxşı heç nə vəd etmir. Bu həm də tarixin qırılma nöqtəsinə, nifrət notları ilə yazılmasına gətirib çıxarır. Bu da gələcək nəsilləri məhz nifrət ruhuna kökləyəcək. Bu da əlbəttə, arzuolunmazdır. Bu o deməkdir ki, artıq sülh sazişləri formal xarakter daşıyacaq, hətta müvəqqəti tədbir kimi effekt verə biləcək.

Amma İsrailin Ramazan ayında müharibəni dayandırmaq jestini etməsi hələ gec deyil. Ola bilsin ki, qarşıdakı günlərdə həm İsrail, həm də HƏMAS bunun məsuliyyətini dərk edəcəklər. Əminəm ki, artıq Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və o cümlədən, ABŞ və Avropa İttifaqı da diplomatik təşəbbüslərə başlayacaq. Rusiya da bu istiqamətdə çalışır. Hələlik vaxt var və Ramazan ayında atəşkəs əldə oluna bilər. Bu atəşkəsdən isə artıq sülh quruculuğu üçün istifadə etmək olar. Əks halda, indi baş verənlər gələcəyi də zəhərləyəcək və hər hansı tərəfin qələbəsi yalnız müvəqqəti qələbə olacaq. Ən azı Ramazan ayının verdiyi fürsətdən istifadə edib ziyanın yarısından da qayıtmaq məqbul olardı”.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsrail aviasiyası HƏMAS-ın Qəzza zolağındakı obyektlərinə zərbələr endirib

    İsrail aviasiyası HƏMAS-ın Qəzza zolağındakı ...

    6-05-2016, 02:25

  • 
  • İsrail Qəzzada HƏMAS-ın mövqelərini vurdu

    İsrail Qəzzada HƏMAS-ın mövqelərini vurdu ...

    27-06-2017, 17:45

  • 
  • İsrail HƏMAS-ın PUA-sını vurdu

    İsrail HƏMAS-ın PUA-sını vurdu ...

    24-02-2017, 11:33

  • 
  • “Həmas”dan İsrailə qəfil həmlə

    “Həmas”dan İsrailə qəfil həmlə ...

    10-07-2014, 02:19

  • 
  • HƏMAS atəşkəs olmadan girovları azad etməyəcəyini bildirib

    HƏMAS atəşkəs olmadan girovları azad etməyəcəyini ...

    27-10-2023, 21:39


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu