GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Peter Dunai: “Macarlar şərq xalqıdırlar, həm türklərlə, həm də azərbaycanlılarla qohumdurlar” - MÜSAHİBƏ

Peter Dunai: “Macarlar şərq xalqıdırlar, həm türklərlə, həm də azərbaycanlılarla qohumdurlar” - MÜSAHİBƏ

Tarix: 17-05-2024, 17:21 Bölmə :Müsahibə Baxış: 721

Son bir neçə həftə ərzində Macarıstan Cənubi Qafqazla bağlı ciddi fəallıq nümayiş etdirir. Elə bu günlərdə ölkə Avropanın Gürcüstana qarşı sanksiyalarına veto qoyacağını açıqlayıb. Avropa institutları Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanuna (xarici agentlər haqqında qanun) baxılmasından və sonra qəbul edilməsindən narazıdırlar.

Aprelin sonunda Macarıstan Ermənistana Avropa İttifaqının Sülh Fondundan 10 milyon avro məbləğində dəstək verilməsi layihəsini blok edib. Budapeşt Azərbaycanın proqrama daxil olunmasını tələb edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Macarıstana səfəri Budapeştin mövqeyinə təsir etməyib.

Bundan əlavə, Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştin Aİ-yə sədrliyi dövründə (1 iyul tarixindən) Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün səy göstərəcəyinə söz verib:

“Biz ümid edirik ki, gələcək sülh müqaviləsi iki ölkə arasında sabit, uzunmüddətli sülhü təmin edəcək. Onlar buna layiqdirlər”.

Macarıstanın türk dünyası ilə əlaqələri xüsusi diqqətə layiqdir. Bu ölkə Türk Dövlətləri Təşkilatında (OTS) müşahidəçi statusuna malikdir və Macarıstanın mədəniyyət və innovasiyalar naziri Yanoş Çakın bu yaxınlarda Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində dediyi kimi, macarlar özlərini Orta Asiyadan olan türk xalqı hesab edirlər.

Macar jurnalist və analitik Peter Dunai oxu.az-a müsahibəsində Macarıstanın regionumuzdakı fəaliyyətini belə şərh edib:

- Macarıstanın Cənubi Qafqazda iqtisadi və siyasi maraqları var. İqtisadi maraqlar ilk növbədə Azərbaycandan, Orta Asiyadan Azərbaycan, Türkiyə və Balkan ölkələri vasitəsilə enerjinin ötürülməsindən ibarətdir. Buna təbii qaz, elektrik enerjisi aiddir. Macarıstanla Azərbaycan arasında siyasi simpatiya da var. Bir çox məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür, ümumi maraqları var. Təbii ki, Budapeşt Cənubi Qafqazda hər hansı münaqişənin olmasını istəmir.

Gürcüstana gəlincə, məncə, o, kifayət qədər çətin vəziyyətdədir. İki il əvvəl hamı Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu alacağını gözləyirdi, lakin Brüsseldə siyasi səbəblərdən Gürcüstanı kənara sıxışdırmaq qərarına gəldilər, əvəzinə Ukrayna və Moldova namizəd oldular. Yalnız ötən ilin sonunda Gürcüstan çoxdan gözlənilən statusu aldı.

İndi vəziyyət elədir ki, gürcü cəmiyyəti parçalanıb, hansı istiqamətdə hərəkət etməklə bağlı ümumi fikir yoxdur. Gürcüstan Rusiya ilə düşmənçilik etmək istəmir, lakin eyni zamanda Qərblə də yaxın olmaq istəyir. Bu isə çox çətin vəziyyətdir. Tbilisidə gürcü fəalların fikrincə, Rusiyanın qanununa çox oxşar olan “Xarici təsirin şəffaflığı haqqında” Qanuna etirazlar keçirilir. Macarıstan bu ölkədəki vəziyyəti izləyir, lakin biz bunu Gürcüstanın daxili işi hesab etdiyimiz üçün rəsmi mövqeyimizi bildirməmişik.

Ermənistana gəlincə, bizim bu ölkə ilə o qədər də sıx əlaqələrimiz, xüsusi iqtisadi maraqlarımız yoxdur. Bizim üçün vacibdir ki, regionda sakitlik bərqərar olsun və ermənilər başa düşsünlər ki, Qarabağ məsələsi keçmişdə qalıb, bura Azərbaycanın qanuni ərazisidir və bununla barışmalıdırlar.

Yeri gəlmişkən, Ermənistan çətin vəziyyətdə qalıb. Fransa erməniləri silahla təmin etmək qərarına gəlib, baxmayaraq ki, bu heç bir şəkildə vəziyyəti dəyişməyəcək, çünki erməni silahlarının 90-95%-i Sovet İttifaqında və ya Rusiyada istehsal olunub. Beləliklə, Fransanın tədarükləri bölgədəki güc balansını dəyişdirmir. İrəvan indi Moskva və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə yeni münasibətlər qurmağa çalışır.

Amma ilk növbədə Ermənistana qonşu Azərbaycanla bağlı vəziyyəti həll etmək lazımdır. Bu, İrəvan üçün həyati məsələdir və bunun üçün siyasi iradə lazımdır.

- Gəlin Macarıstanın müşahidəçi qismində iştirak etdiyi Türk Dövlətləri Təşkilatına və ölkənizin türk dövlətləri ilə münasibətlərinə toxunaq. Bu yaxınlarda Macarıstanın mədəniyyət və innovasiyalar naziri Yanoş Çak bildirib ki, macarlar üçün Türkiyə böyük qardaş kimidir, macarların özləri isə türk xalqıdırlar. Yanoş Çak əlavə edib ki, Budapeşt Türkiyəyə Macarıstanın strateji tərəfdaşı kimi baxır. Bunlar Macarıstan, Azərbaycan və Türkiyə arasındakı əlaqəni göstərən çox maraqlı açıqlamalardır. Bir çox Avropa və beynəlxalq platformalarda ənənəvi olaraq Azərbaycan və Türkiyəyə dəstək verən Macarıstanın hərəkətlərində bu amil rol oynayırmı?

- Hesab edirəm ki, Macarıstanın türk dövlətləri ilə münasibətləri dərin qarşılıqlı rəğbətə əsaslanır, bu Macarıstanla Azərbaycan arasında, Macarıstanla Türkiyə və digər ölkələr arasında mövcuddur. Budapeşt bu əlaqələri dəstəkləyir. Bizdə türk dünyasına mənsubluq hissi var, biz şərq xalqıyıq, həm türklərlə, həm də azərbaycanlılarla qohumuq. Bu, bir çox cəhətdən bizim siyasi fəaliyyətimizi müəyyən edir.

Nair Əliyev


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Tramp ABŞ prezidenti seçiləndən Avropa məyus olub"

    "Tramp ABŞ prezidenti seçiləndən Avropa ...

    23-01-2017, 21:28

  • 
  • Prezident Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidentini videoformatda qəbul edib - Yenilənib

    Prezident Avropa Yenidənqurma və İnkişaf Bankının ...

    11-03-2021, 21:14

  • 
  • "Biz həmin əraziləri sıfırdan yenidən qurmalıyıq" - Prezident İlham Əliyev

    "Biz həmin əraziləri sıfırdan yenidən ...

    10-03-2021, 13:38

  • 
  • KİV: "Macarıstan Aİ-nin Ukraynaya 20 milyard avroluq dəstək planına qarşıdır"

    KİV: "Macarıstan Aİ-nin Ukraynaya 20 milyard ...

    21-07-2023, 23:17

  • 
  • ABŞ səfiri Gürcüstan parlamentinə xarici agentlər haqqında qanun qəbul etməməyi tövsiyə edib

    ABŞ səfiri Gürcüstan parlamentinə xarici agentlər ...

    6-03-2023, 19:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu