ABŞ-ın Azərbaycandakı səfirliyi “Haqqin.az” saytının rəhbəri, tanınmış jurnalist Eynulla Fətullayevə viza verməkdən imtina edib. Jurnalist payızda ABŞ-də keçiriləcək prezident seçkilərini işıqlandırmaq üçün Vaşinqtona və Nyu-Yorka səfər etmək niyyətinə olduğunu bildirib.
“Səfirlik birdən 2007-ci ildə həbs olunduğumu xatırladı və məhkəmə hökmlərini tələb etdi. Bu olduqca gözlənilməz oldu, çünki həbsdə olarkən ABŞ və Qərb hökumətləri məni siyasi məhbus kimi tanıdılar. Onların qısa yaddaşı mənim üçün tamamilə sürpriz oldu. Mən məhkəmə hökmlərimi, həmçinin Avropa Məhkəməsinin və Azərbaycan Ali Məhkəməsinin bəraət qərarlarını onlara təqdim etdim. Axı mən Azərbaycanda və Strasburqda tamamilə bəraət aldım, mənə qarşı bütün ittihamlar götürüldü”, - jurnalist bildirib. E. Fətullayev iddia edib ki, səfirliyə sonuncu dəfə müraciət edərkən ona qarşı hörmətsizlik və hətta təhqiramiz rəftar ediblər. “Məni ABŞ səfirliyinin ərazisinə buraxmadılar, məhkəmə hökmlərini götürdülər amma nədənsə pasportumu unutdular. Gülməlidir, çünki onlar 20 il əvvəlki məhkəmə hökmünə yox, pasporta möhür vururIar!” – jurnalist qeyd edib. “Amerikalıların mesajını başa düşdüm: biz Ukraynanı deyil, Vladimir Putini dəstəkləməliyik. Mesaj alındı! Vladimir Vladimiroviçi dəstəkləyəcəm. Və mən Rusiyadan üzr istəyirəm”, – E.Fətullayevin bəyanatında deyilir.
Sorğu
Yeni dizaynımız necədir?