“Mən Söyün Sadıqovın vücudunu bir neçə ay əvvəl qəzet və saytlarda görmüşəm”
Bu barədə haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev bildirib. O qeyd edib ki, Söyün Sadıqovu heç vaxt görməyib və buna çox sevinir: “Bu adam 50 ildir Moskvada yaşayır və ikinci- üçüncü sinif şagirdi səviyyəsində yazır. Belə bir çoban itinə bənzəyən bir insanı bağlayıblar Kremilin həyətinə və lazım olanda kiminsə üstünə qısqırdıb hürdürürlər”. Qeyd edək ki, Rusiya Prezident Administrasiyasının Millətlərarası əlaqələr şöbəsinin üzvü və Vladimir Putinin rəsmi nümayəndəsi Söyün Sadıqov mətbuatda onunla bağlı yayılan yazılara münasibət bildirərkən Eynulla Fətullayev haqqında sərt fikrlər səsləndirib. Musavat.com mənasız söz davasına və məhkəmə çəkişmələrinə cəlb olunmamaq üçün bundan sonra tərəflərin bir-birinə qarşı işlətdikləri təhqiramiz ifadələri verməyəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?