Avropa İttifaqı (Aİ) artıq Ukraynaya 134 milyard avro, o cümlədən silahlar üçün 50 milyard avro ayırıb və Aİ ölkələri tərəfindən təlim keçmiş ukraynalı hərbçilərin sayı yanvarın sonuna kimi 75 minə çatacaq.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib.
“Biz artıq Ukraynaya ümumilikdə 134 milyard avro, o cümlədən silahlar üçün 50 milyard avro təmin etmişik, bu ayın sonuna qədər Aİ-də təlim keçmiş ukraynalı hərbçilərin sayı 75 minə çatacaq”, - deyə Kallas bildirib.
Onun sözlərinə görə, Brüssel ABŞ olmadan da təkbaşına Kiyevi dəstəkləməyə hazırdır.
“Biz bunu tərəfdaşlarla və ya özümüz edəcəyik”, - deyə Aİ diplomatik xidmətinin rəhbəri əlavə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?